Icma.az
close
up
RU
Şirkətlər universitet məzunlarını işə götürmür NİYƏ?

Şirkətlər universitet məzunlarını işə götürmür NİYƏ?

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya ölkələrinin bir çoxunda fəaliyyət göstərən şirkətlərin əksəriyyəti ali məktəblərdə təhsil alan tələbələri məzun olduqdan sonra öz müəssisələrində işlə təmin edirlər. 

Bu, həm məzunların işlə, həm də şirkətin gənc kadrlarla təminatında mühüm rol oynayır. Azərbaycanda fəaliyyət göstərən şirkətlər, müəssisələr ali təhsil müəssisələri ilə əməkdaşlıqda o qədər də maraqlı deyil.

Maraqlıdır, niyə ölkəmizdə fəaliyyət göstərən şirkətlər, müəssisələr universitetlərlə əlaqəli şəkildə çalışmır, buradakı ali təhsil ocaqlarının verdiyi təhsilə güvənmirlərmi? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, sahibkarların məzunlara birbaşa iş təklifi etməməsi təkcə müəssisələrin seçim davranışı ilə bağlı deyil, ali məktəblərin hazırladığı kadrların bacarıq səviyyəsi ilə əmək bazarının real tələbləri arasında yaranmış uyğunsuzluğun nəticəsidir: 

“Bu uyğunsuzluq əmək bazarında risk alğısını artırır və sahibkarın “məzunu işə götürmək əvəzinə təcrübəli işçi tapmaq” modelinə üstünlük verməsinə səbəb olur. Statistik göstəricilər bunu aydın təsdiqləyir. 

2023-cü il məzun monitorinqinə görə, məzunların yalnız 34%-i ilk ilində ixtisası üzrə iş tapır, 46%-i isə tamamilə başqa sahələrə yönəlir. Bu struktur nəticə sahibkarda məzunun kompetensiyası barədə qeyri-müəyyənlik yaradır və onun riskini yüksəldir”.

Ekspert deyib ki, “Təhsil haqqında” Qanunun 15-ci maddəsi ali təhsil müəssisələrinə istehsalat təcrübəsinin təşkili öhdəliyini versə də, təcrübə mexanizmi real istehsal prosesinə inteqrasiya olunmadığı üçün çox hallarda formal xarakter daşıyır:

“Qanunda nəzərdə tutulmuş “praktiki hazırlıq komponenti” müəssisələr tərəfindən real mentorluq və bacarıq transferi ilə müşayiət olunmadığından tələbə məzun olduqda iş dünyasının tələb etdiyi səviyyəyə çatmır. Bu isə sahibkarın gözləntilərini aşağı salır. Avropa İttifaqında isə ikili təhsil qanunla tənzimlənir və təcrübələrin 50–70%-i real iş mühitində keçirilir. Almaniyada tələbələrin 68%-i məhz təcrübə keçdiyi müəssisədə işə başlayır. 

İsveçrədə ixtisas üzrə məşğulluq səviyyəsi 80%-ə çatır. Müqayisə göstərir ki, institusional mexanizm real sektorla təhsil arasında körpü yaradanda sahibkar üçün risk azalır və o, məzunu işə götürməyə daha asan qərar verir”. 

Ekspertin sözlərinə görə, Azərbaycan reallığında təhlil göstərir ki, ixtisaslar üzrə praktiki hazırlıq səviyyəsi çox dəyişkəndir və bir çox universitetdə nəzəriyyə–praktika balansı pozulub: 

“Dünya Bankının 2022-ci il hesabatına görə, universitet məzunlarının 54%-i real əmək bazarı tələblərinə uyğun bacarıqlara malik deyil. Kompüter elmləri üzrə məzunların 70%-i kodlaşdırma üzrə standart tələblərə cavab vermir, iqtisadiyyat və idarəetmə ixtisaslarında tələbələrin yalnız 12–18%-i müasir biznes analitikası alətləri ilə tanış olur. 

Bu mənzərə sahibkarın seçim davranışına birbaşa təsir edir. İşəgötürən artıq bilir ki, məzunu işə götürəndə onun adaptasiya prosesi minimum 6 ay vaxt və əlavə maliyyət tələb edəcək. Təhlil göstərir ki, şirkətlər üçün bu maliyyət riskinə hazır olmaq real biznes mühiti üçün sərfəli deyil və bu səbəbdən onlar məzuna deyil, təcrübəyə əsaslanan namizədə üstünlük verirlər. 

Sahibkarların davranışlarını təhlil edəndə görünür ki, müəssisələr daha çox qeyri-rəsmi kanallara – tövsiyə, şəbəkə, əvvəlki təcrübə – əsaslanırlar. Çünki ölkədə əmək bazarında “işçi dövriyyəsi indeksi” çox yüksəkdir: orta hesabla bir işçi şirkətdə cəmi 1,4 il qalır. Sahibkar üçün bu, o deməkdir ki, yeni məzunu yetişdirmək üçün ayırdığı resursların geri dönüşü zəifləyir. Buna görə də riskli investisiya etməmək strategiyasını seçir”. 

Həmsöhbətimizin fikrincə, bu mənzərədə Elm və Təhsil Nazirliyinin son illərdə həyata keçirdiyi siyasət ciddi sistem dəyişikliyi yaradır:

“Universitet–sənaye əməkdaşlığının genişləndirilməsi, ikili təhsil pilotlarının tətbiqi, proqramların işəgötürənlərlə birgə hazırlanması, tələbələrin istehsalat təcrübəsinin real sektora yönləndirilməsi və kurikulumların yenilənməsi – bunların hamısı əmək bazarının tələb etdiyi real bacarıqların formalaşmasına xidmət edir. 

Nazirliyin ali təhsildə keyfiyyət təminatı sistemini gücləndirməsi, tədqiqat universiteti modelinə keçid və peşə bacarıqlarının artırılmasına yönəlmiş layihələri sahibkarın seçim davranışını orta müddətdə dəyişdirəcək. Bu siyasət dünya təcrübəsinə uyğun olaraq sistemli şəkildə davam etdirilirsə, nəticələr daha sürətli olacaq”. 

Ekspertin fikrincə, mənfi tərəf odur ki, universitetlərlə şirkətlər arasında əməkdaşlıq hələ də bütün ixtisaslarda eyni səviyyədə deyil və bəzi sahələrdə praktiki bacarıq çatışmazlığı davam edir: 

“Müsbət tərəf isə ondan ibarətdir ki, artıq müəssisələrin tədris prosesinə cəlb olunmasının ilk nəticələri görünməyə başlayıb:. 2024-cü ildə ikili sistemdə oxuyan tələbələrin 62%-i təcrübə keçdiyi müəssisədə iş tapıb, bəzi universitetlərdə isə bu göstərici 70%-ə qədər yüksəlib. Bu dəyişiklik təhsil-əmək bazarı əlaqələrinin gücləndirilməsinin real effekt verdiyini təsdiqləyir. 

Hesab edirəm ki, universitetlər iş dünyasının tələblərinə uyğun bacarıqlı kadr hazırladıqca sahibkarın məzuna olan inamı yüksələcək, təcrübədən birbaşa işə keçid mexanizmləri genişlənəcək və universitet–sənaye əməkdaşlığı kütləvi modelə çevriləcək. 

Dəyişməli olan isə kurikulumların yenilənməsi, praktiki komponentlərin artırılması, real sektorla əməkdaşlığın bütün ixtisaslara şamil edilməsi və tələbələrin təcrübəsinin formal yox, məzmun yönümlü təşkil olunmasıdır. Elm və Təhsil Nazirliyinin son illər apardığı islahat xətti bu boşluqları doldurmağa istiqamətlənmiş ən sistemli yanaşmadır və təhlil göstərir ki, bu siyasət davamlı tətbiq olunarsa, sahibkarların məzunlara güvəni qısa müddətdə əhəmiyyətli dərəcədə artacaq”. 

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Şirkətlər məzunlar Kamran Əsədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Noyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri