Kəpəzin icraçı direktoru ilə veteran futbolçu arasında münaqişə: Polis işə qarışdı
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Kəpəz"in icraçı direktoru Cabir İbrahimov və veteran futbolçu Firuz Qulami arasında münaqişə yaranıb.
Sport24.az xəbər verir ki, icraçı direktor aralarında yaşanan narazılığa görə veteran futbolçunun evinə adam göndərib. Firuz Qulami məsələnin dava-dalaş həddinə çatacağını, problemin daha da böyüyəcəyini hiss edərək Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vurub. Bundan sonra yaşananlara hüquq-mühafizə orqanı müdaxilə ediblər.
Mənbənin sözlərinə görə, Firuz Qulami baş verənlərlə bağlı polisə müraciət edib. Hazırda araşdırma gedir.
Firuz Qulami baş verən hadisə barədə danışmaq istəmədiyini bildirib:
"Müəyyən səbəblərə görə, indi baş verənlərlə bağlı danışmaq istəmirəm. Hər şeyin vaxtı var. Zamanı gələndə ictimaiyyətə bu barədə geniş açıqlama verəcəyəm".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 25 Noyabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















