Icma.az
close
up
RU
Kərə yağı günü gündən bahalaşır: niyə idxaldan asılıyıq? ARAŞDIRMA

Kərə yağı günü gündən bahalaşır: niyə idxaldan asılıyıq? ARAŞDIRMA

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Hər il Azərbaycana milyon dollar dəyərində ərzaq və yeyinti məhsulları idxal olunur. 50 faizdən çox kərə yağı tələbatının ödənilməsində də idxaldan asılıyıq. Elə bu səbəbdən də kənardan gətirilən məhsullar içərisində kərə yağı üstünlük təşkil edir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvarında Azərbaycana 18 milyon 106 min dollar dəyərində 2 601.80 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. 2024-cü ilin eyni ayında isə Azərbaycana 5 milyon 442 min dollar dəyərində 1 022.47 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 2.5 dəfə, dəyər ifadəsilə 3.3 dəfə artıb.

Bu gün yerli istehsal təlabatı ödəmədiyi üçün milyonlarla dollar xərc çəkib xaricdən yağ almağa məcburuq. İstər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələr bu və ya digər formada daxili istehlak bazarını istehsal, eləcə də idxal hesabına təmin eməyə çalışırlar. Hər bir ölkənin ərzaq təhlükəsizliyi deyilən problemi var. Xüsusilə də Azərbaycan kimi ölkələr üçün ərzaq təhlükəsizliyi məsələsi digərləri daha ciddi xarakter daşıyır. Ona görə də Azərbaycan bu gün böyük valyuta ehtiyatlarına sahib olduğu, maliyyə cəhətdən kifayət qədər gücə malik olduğu halda, daxili istehlak bazarının, xüsusən də ən çox tələb olunan istehlak məhsulları üzrə idxaldan asılılıq narahatlıq doğurmaya bilməz.

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Xalid Kərimli Bakupost.az -a deyib ki, Azərbaycanda yerli istehsalın olmasına baxmayaraq, bir çox istehsalçılar kərə yağını Belarus, İran, Yeni Zelandiya və digər ölkələrdən gətirir:


“Azərbaycanın hər zaman kərə yağı ilə bağlı idxaldan ciddi asılılığı olub. Biz heç vaxt özümüzü kərə yağı ilə təmin etməmişik. Rusiya-Ukrayna müharibəsindən sonra idxaldan asılılıq artdı. Çünki heyvan yemi kəskin şəkildə bahalaşdı. Bu da südün qiymətinə təsir göstərdi. Litri 65-70 qəpiyə olan süd bu gün 90-95 qəpiyə satılır. Demək olar ki, 30 faizə qədər qiymət artımı var. Yerli istehsal kərə yağının da qiyməti 30 faiz artdı. Bu zaman xaricdən məhsul idxal etmək iş adamlarına iqtisadi cəhətdən daha səmərəli olur.

Digər tərəfdən, ölkədə süd istehsalı ciddi şəkildə azalıb. Yemin qiyməti bahalaşıb, südün qiyməti artır. Yerli emal təsərrüfatları rəqabətə dözümlü olmur, məcbur qalıb istehsal həcmlərini azaldırlar. Nəticədə fermerlər müflis olur, təsərrüfatlarını bağlayırlar”.

1 kiloqram kərə yağı almaq üçün 22 litr süd tələb olunur. 1 ton kərə yağı hazırlamaq üçünsə yağllılıq dərəcələrinə görə, 17-28 ton arasında süd lazımdır. 500 min ton kərə yağı hazırlamaq üçün 7 milyon ton süd lazımdır.

Azərbaycanda ötən il ümumilikdə 2 milyon 284 min ton süd istehsal edilib. Bu daxili istehsal üçün tələb olunandan 4 dəfə azdır.

İqtisadçı ekspert Rauf Qarayevin sözlərinə görə, kərə yağının istehsalının azalması bizdə heyvandarlıq sahəsində müəyyən problemlər yaşandığını göstərir. Torpaq sahələri zəbt olunub, örüş yoxdur. Ölkədə yem bazası qıtdır, heyvanların bəslənməsi üçün yem azdır. Xaricdən alınma isə baha başa gəlir. Fermer də hesab-kitab edir, heç bir gəliri olmadığını görür və məcbur qalıb heyvan saxlamaqdan imtina edir, kənd təsərrüfatının digər sahələri ilə məşğul olur. Bu da ölkədə heyvandarlıqda müəyyən tənəzzülə gətirib çıxarır. Nəticədə biz kərə yağı istehsalının azalmasını müşahidə edirik:


“Hazırda biz əsasən, idxaldan asılıyıq. Yerli istehsalçılar üçün xərclər artır, otlaqlar və mal-qaranın sayı isə azalır. Belə şəraitdə yaxın gələcəkdə qiymətlərin azalmasını gözləməyə dəyməz. Görünür, bu faktor, monopoliyanın mövcudluğuna görə effektsizdir və müvafiq orqanlar belə əhəmiyyətli qiymət artımına heç bir reaksiya vermirlər. Həm qiymətə, həm də məhsulun keyfiyyətinə nəzarət gücləndirilməlidir. Müvafiq olaraq, yerli istehsal olan yağın da qiyməti qalxır. Biz ölkədə hasil edilən yağın xeyli hissəsini Rusiyaya satırıq. Rusiyanın özü bu məhsulu xeyli ixrac etsə də, son vaxtlar idxalını da xeyli artırıb. Amma ilk növbədə, özümüzü yerli məhsullarla tam təmin etməliyik, qalanını, əgər varsa, ixrac etmək olar”.

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, ölkədə kərə yağının qiymətinin bahalaşmasının əsas səbəbi bizim idxalçı ölkə olmağımızdır:


“Demək olar ki, kərə yağı istehsal etmirik. Mağazalarda olan Azərbaycan markaları adı altında satılan kərə yağının qablaşdırılması ölkədə baş verir. Bizim şirkətlər tonlarla yağı xaricdən alırlar, sonra 250 qramlıq, 1 kiloluq qablarda qablaşdırıb satışa çıxarırlar, guya yerli məhsul olur. Halbuki onun içindəki yerli məhsul deyil. Biz idxaldan asılıyıq, yerli məhsulumuz yoxdur. Digər məsələ, başqa sahələrdə də qiymət artımı olursa, yağ gətirən şirkətlər də onlara baxıb qiyməti artırırlar”.

Ekspert əlavə edib ki, bu, süni qiymət artımı deyil: “Azərbaycanda rəqabətli mühit çox zəifdir. Sövdələşmiş qiymətlərlə bazara çıxan topdansatış şirkətlər var. Pərakəndə satış mağazaları on minlərlədir. Bizdə nədənsə antiinhisar qurumu pərakəndə satış mağazalarında yoxlama aparır, bu, qeyri-qanunidir, orada inhisarçılıq elementləri ola bilməz. Topdansatış, iri şirkətləri isə heç kim yoxlamır. Onlara "gözün üstə qaşım var deyən yoxdur. Qiymətlər orada formalaşır. O iri şirkətlər bazara diktə edə bilirlər”.

İqtisadçı ekspert Akif Nəsirli bildirib ki, qiymətlərin yüksək olmasında marketlərin də rolu var. Onlar qiyməti istədikləri şəkildə qaldıra bilirlər:


“Bazarda qiymətlər razılaşma əsasında təyin olunur. Yerli kərə yağı istehsalımız mövcuddur. Lakin daxili bazarımızın tələbatını ödəyə bilmir. Tələbatın yalnız 30 faizini təmin edə bilir. Bu səbəbdən xarici ölkələrdən kərə yağı gətirilir. Yaxşı olardı ki, yerli istehsal daha da inkişaf etdirilsin”.

A.Nəsirliyə görə, problem ondadır ki, yağları idxal edən və pərakəndə satan subyektlər qiymətlərin aşağı salınmasına imkan vermirlər. Həmin sahibkarlar fəaliyyət göstərdikləri sahədə inhisarçı mövqeyə malikdilər: “Çox az sayda sahibkar ölkəyə yağ idxal edir və o da bəlli marketlərdə satılır. Bəlli marketlər də, bəlli idxalçılar da inhisarçıdır. Yağ idxalçılarının sayı az olduğuna görə, onlar sindikat razılaşmaya gedirlər və qiymətin aşağı düşməsinə imkan vermirlər”.

Sevinc,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 Fevral 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri