Icma.az
close
up
RU
Kərə yağı saxlamağın yeganə etibarlı yolu

Kərə yağı saxlamağın yeganə etibarlı yolu

Lent az saytına istinadən Icma.az xəbər verir.

Mütəxəssislər kərə yağını düzgün saxlamaq və onun dadını qorumaq üçün vacib tövsiyələri açıqlayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bir çox insan kərə yağını mətbəx masasında saxlasa da, ekspertlər bunu yalnız qısa müddət üçün məqbul hesab edir. Əgər məhsul bir neçə saat ərzində istifadə olunmayacaqsa, mütləq soyuducuda saxlanmalıdır.

ABŞ-ın Qida və dərman nəzarəti qurumlarının tövsiyələrinə əsasən, kərə yağı da daxil olmaqla süd məhsulları sərin şəraitdə saxlanılmalıdır. Otaq temperaturunda uzun müddət qalması yağın dadına və keyfiyyətinə mənfi təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, kərə yağı açıq vəziyyətdə saxlanılmamalıdır. Bu məhsul ətrafdakı qoxuları tez mənimsəyir. Xüsusilə soğan və sarımsaq kimi kəskin qoxulu ərzaqlardan uzaqda saxlanılması vacibdir.

Qeyd olunur ki, kərə yağını soyuducunun qapısında saxlamaq da düzgün deyil. Bu hissə daha az soyuq olduğu üçün məhsul tez xarab ola bilər. Ən yaxşısı yağı soyuducunun ən soyuq bölməsində saxlamaqdır.

Açılmış kərə yağı isə hermetik qabda və ya bağlı paketdə saxlanmalıdır ki, həm dadı, həm də keyfiyyəti qorunsun.

Uzun müddətli saxlama üçün yağın dondurulması da mümkündür. Bu zaman onu orijinal qablaşdırmada saxlamaq tövsiyə olunur. Dondurulmuş kərə yağı təxminən 4 ay ərzində istifadə edilməlidir.

İstifadədən əvvəl yağı soyuducuda tədricən əridilməsi məsləhətdir. Sürətli yumşaltmaq üçün isə onu rəndələmək olar.

Kərə yağının xarab olduğunu isə bir neçə əlamətə görə müəyyən etmək mümkündür. Əgər yağda xoşagəlməz qoxu yaranıbsa, dadı turşlaşıbsa və ya rəngi tündləşibsə, bu, onun yararsız hala düşdüyünü göstərir. Kif əlamətləri də məhsulun istifadəyə uyğun olmadığını bildirir.

Mütəxəssislər vurğulayır ki, düzgün saxlanma qaydalarına əməl etməklə kərə yağının həm dadını, həm də keyfiyyətini uzun müddət qorumaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 Mart 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri