Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Kərə yağının bahalaşması davam edəcək

Kərə yağının bahalaşması davam edəcək

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Kərə yağının qiymətində son dövrlərdə müşahidə olunan kəskin artım geniş müzakirələrə səbəb olub. 2025-ci ilin ilk dörd ayında Azərbaycana idxal edilən kərə yağının orta qiyməti 35%-dən çox artıb. Dövlət Gömrük Komitəsinin hesabatına görə, sözügedən dövrdə Azərbaycana 65 milyon 474 min ABŞ dolları dəyərində 9 min 323.5 ton kərə yağı idxal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 24.5 milyon ABŞ dolları, həcm baxımından isə 1 387 ton artıb. 

Bu il yanvar-aprel aylarında idxal edilən kərə yağının bir kiloqramının orta qiyməti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35.2% artaraq 11.9 manata bərabər olub. Bu dövrdə Azərbaycanda idxal kərə yağının orta satış qiyməti 23.59 manat, yerli kərə yağının orta satış qiyməti 20.90 manat təşkil edib.

Maraqlıdır, qiymət artımının səbəbləri nələrdir və gələcəkdə bu artımın davam edəcəyi proqnozlaşdırılırmı?

İqtisadçı-ekspert Pərviz Heydərov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, qiymət artımının əsas səbəbi idxaldan asılılıq və kərə yağına olan tələbatdır: "Statistika göstərir ki, son illərdə Azərbaycana ərzaq məhsullarının, o cümlədən kərə yağının idxalı əhəmiyyətli dərəcədə artıb. Bu asılılıq daha da güclənməkdədir. Nəticədə, idxalçı ölkələrdə qiymət dəyişiklikləri Azərbaycanın daxili bazarında da eyni şəkildə əks olunur və bu, qiymət artımının əsas səbəblərindən biri hesab edilir”.

Mütəxəssis bildirir ki, kərə yağı ilə bağlı idxaldan asılı olmağımızın səbəbi ölkədə heyvandarlıq sahəsindəki geriləmə ilə bağlıdır: "Azərbaycanda süd istehsalının yetərli olmaması kərə yağının qiymətinin artmasına birbaşa təsir göstərir. Bu vəziyyətin qarşısını almaq və qiymət artımını azaltmaq üçün ölkədə süd istehsalının artırılması və yerli istehsala dəstək verilməsi vacibdir. Yalnız belə olan halda kərə yağı və digər süd məhsullarının qiymətinin stabil qalması təmin oluna bilər. Son illərdə bu sahədə davam edən problemlər, xüsusilə mal-qara sayının azalması və yem bazasının zəifləməsi süd istehsalına mənfi təsir göstərir. Əvvəllər ət məhsulları ilə özünü yüksək səviyyədə təmin edən Azərbaycan, hazırda bu göstəricidə də ciddi geriləmə yaşayır. Bu, heyvandarlıq sektorunun əvvəlki gücünü itirdiyini göstərir. Pambıqçılığın inkişafı məqsədilə həyata keçirilən siyasət də heyvandarlığa zərbə vurub. Örüş sahələrinin azalması, torpaq qiymətlərinin artması və fərdi təsərrüfatların fəaliyyət göstərməsi üçün şəraitin çətinləşməsi süd istehsalını azaldan əsas amillərdəndir. Nəticədə həm ət, həm də süd məhsullarında idxaldan asılılıq artır, qiymətlər yüksəlir. Bu vəziyyətin dəyişməsi üçün heyvandarlığa dəstək verən sistemli və dayanıqlı islahatlara ehtiyac var”.

P. Heydərov deyir ki, daxili bazarın indiki vəziyyətində tənzimləmələr effektiv ola bilməz: "Əgər bazar bir məhsulla bağlı idxaldan asılıdırsa, həmin məhsul ərzaq bazarında əsas tələbat yaradırsa, bu halda yumşaq gömrük rüsumu siyasətinin tətbiqi qaçılmazdır. Əks halda həmin məhsul daha da baha olacaq ki, bu da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu səbəbdən, xüsusilə kərə yağının yerli istehsalında da artıma nail olmaq vacibdir. Əgər bu sahədə inkişaf təmin edilməsə, gələcəkdə qiymət artımının davam etməsi qaçılmaz olacaq”.

İqtisadçı-ekspert Xalid Kərimli də təsdiqləyir ki, kərə yağının bahalaşmasının əsas səbəbi dünyanın müxtəlif bölgələrində bu məhsula tələbin çoxalması, nəticədə idxal qiymətlərinin artmasıdır: "Azərbaycan kərə yağının xalis idxalçısıdır. Həm kərə yağını, həm də duru yağı idxal edir. Son bir neçə ayda dünya bazarında kərə yağına olan tələbatın artması, Okeaniya, Qərbi Avropa, MDB ölkələri və Türkiyədə istehsal olunan kərə yağlarının bahalaşması ölkəmizdə də ciddi qiymət artımına səbəb olub”.

İqtisadçı deyir ki, dünya bazarında qiymət artımı qlobal tələbin yüksəlməsi ilə əlaqəlidir: "Sahibkarlar idxal qiymətinin artması nəticəsində baha alıb, baha da satmağa məcbur olurlar. Yəni bazar tələbləri və idxal qiymətləri birbaşa məhsulun bahalaşmasına təsir göstərir. Ölkə daxilində kərə yağına olan tələbat stabil qalsa da, idxal qiymətlərinin dəyişməsi nəticəsində yerli bazarda da qiymətlər tez-tez dəyişir”.

Mütəxəssis vurğulayır ki, yerli istehsalın zəif inkişaf etməsinin əsas səbəbi heyvandarlığın kifayət qədər inkişaf etməməsidir: "Bu da əsasən kənd əhalisinin mal-heyvan saxlamağa maraqsız olması ilə əlaqəlidir. İnsanlar kənddə oturub mal-heyvan saxlamaqdan çox, şəhərdə, xüsusilə Bakıda rahat şəraitdə işləməyi üstün tuturlar. Kənd təsərrüfatı ilə bağlı çətinliklər - peyin, palçıq, dağ suyu ilə mübarizə, əkin sahələrinin məhdudluğu və otlaq yerlərinin azalması heyvandarlıq sahəsindəki əsas problemlərdəndir. Ərazilərin hasarlanması, preslərin bahalığı da bu vəziyyətə təsir edir. Yerli istehsal olsa belə, bu, ucuz olmayacaq”.

Gələcəkdə qiymətlərin artan templə davam etməsi məsələsinə gəldikdə isə, X.Kərimli bildirir ki, dünya bazarındakı idxal qiymətləri də bu məsələdə əsas rol oynayır: "Hazırda dünya bazarında qiymətlər bir qədər stabilləşsə də, yaxın aylarda kəskin qiymət dalğalanmalarının olması gözlənilir. Bu vəziyyət də yerli istehsalın və qiymətlərin formalaşmasında təsirli amil olaraq qalır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyun 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see568

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see298

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see293

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see217

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see217

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see216

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see216

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see204

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see203

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see203

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see203

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see202

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see199

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see199

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see197

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see196

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see195

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see195

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri