Icma.az
close
up
RU
Kərə yağının pərdəarxası: Saxtalarını necə ayırd edək?

Kərə yağının pərdəarxası: Saxtalarını necə ayırd edək?

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Hava ilə su qədər ən az yediyimiz yağlar da həyatımızın bir parçasına çevirilib. Yağlı yemək yeməyən adamlar belə, şirniyyatların tərkibində həmin yağlardan qəbul etmiş olurlar.

İllərdir ki, kərə yağları barədə həm geniş, həm də dar çərçivədə müzakirələr aparılır. İndi elədir ki, yağ alanda bir tərkibinə, bir də cibimizə baxırıq...

Bəs nə edək? Həm sərfəli, həm də təmiz yağları necə tapaq? 


Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, indiyə qədər bir sıra yağların tərkibinin sağlam olmaması ilə bağlı faktlar yayılsa da, onlar hələ də satışdadır:

“Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) kərə yağları ilə bağlı pardığı işlər zəruri olsa da, kafi deyil. Çünki AQTA malların, o cümlədən kərə yağlarının etiket məlumatları ilə tərkibini aşkarlayaraq, ifşa edir. Lakin əksər hallarda onlar satışdan çıxarılmır. Biznesin inkişafı siyasəti nəticəsində istehlakçı hüquqlarının arxa planda qalması sanki AQTA-nın əl-qolunu bağlayır. 

Çox təəssüf ki, ifşalanan malların geri çağırılması, məhv edilməsi həyata keçirilmir”. 

Bitki tərkibli yağlar bazarlarda, məhəllə marketlərində, meyvə-tərəvəz dükanlarında satılır

“Kərə yağlarında problem daim yaşanır. Xüsusən arzuolunmaz bitki tərkibli kərə yağları ara marketlərdə, meyvə-tərəvəz dükanlarında və bazarlarda satılır. Bitki yağlarından hazırlanmış bu kərə yağlarının pendir variantları da mövcuddur. Əksər hallarda pendirlər də üzsüz südə bitki yağları qarışdırılaraq hazırlanır. 

Böyük və tanınmış marketlərdə də istehlakçını aldadan, üzərində natural yağ yazılan, inək şəkli olan kərə yağları satılır”. 


“Endirim kampaniyalarındakı yağların heç də hamısının yararlılıq vaxtının keçdiyini demək olmaz”,-deyə AİB sədri vurğulayıb.

“Çox zaman yağlar endirim kampaniyalarına düşürlər. Bu heç də, o demək deyil ki, həmin yağların istifadə müddəti bitib. Ümumiyyətlə istifadə müddəti bitən yağların satışı qadağandır. Dövlət orqanları tərəfindən bu kimi hallar aşkarlandıqda biznes sahibləri minumum 1500 manat dəyərində cərimələnə bilərlər.

Bitki qarışığı olan yağlar kərə yağı adı altında satılır

Bəzi bitki yağları kərə yağı kimi istehlaka buraxılır. Həmin yağların etiketlənməsi zamanı kiçik hərflərlə tərkibində bitki yağlarının olduğu qeyd olunur. 

Təsadüfi deyil ki, hazırda Azərbaycan Standartlaşdırma İnstitutunda malların markalanmasına dair standartlar müzakirə olunur. AİB burada komitənin üzvü qismində öz təkliflərini verib”. 

Ən bahalı yağ da bitki tərkibli ola bilər

“İstehlakçılar kərə yağı alan zaman dasha diqqətli olmalıdırlar. Qiymət heç də yağın keyfiyyətindən xəbər vermir. Ən bahalı yağ belə, bitki yağı tərkibli ola bilər. 

AİB-yə uzun illər uzaq ölkələrdən, o cümlədən Yeni Zellandiyadan gətirilən yağlar barədə şikayətlər gəlib. Əhali həmin yağların qiymətinin optimal olmasından şübhələnirdilər. 6 il əvvəl Yeni Zellandiyada konfransda olanda, Azərbaycana yağ göndərən “West Land Milk Produkrs” zavodunda oldum. Orada etiketlərin azərbaycanca vurulduğunu gördüm. Bundan sonra həmin zavodun fermer təsərrüfatı ilə tanış oldum. 

Zellandiyada heyvanlar açıq havada otlayırlar, qış rejimləri yoxdur. Ona görə də, Azərbaycana müəyyən qədər əlçatan qiymətə gəlir.

Təkcə Yeni Zellandiyadan yox, Almaniya, Fransa kimi ölkələrdən də Azərbaycana yağlar gətirilir. Təəssüf ki, standartlara uyğun yağlarla bərabər, tərkibi ilə insanları aldadan yağlar da mövcuddur.

Bütün hallarda istehlakçılar şübhəli yağlara rast gəlibsə, “1003” Qaynar xətti ilə əlaqə saxlaya bilərlər”. 

Bəs şübhəli yağları evdə necə müəyyən etmək olar?

Qida üzrə ekspert Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, təbii kərə yağını yalnız laboratoriya analizləri ilə dəqiq seçmək mümkündür:

“Laboratoriyadan kənarda təmiz yağları seçmək çətindir. Lakin mütəxəssislər yağın dadına baxaraq, onun tərkibini müəyyənləşdirə bilirlər. Əgər kərə yağından hədsiz süd, qaymaq dadı, eləcə də spesifik qoxu gəlirsə, orada dadlandırıcıların istifadəsindən söhbət gedə bilər. 

Bu ipucları ilə yağın təmiz kərə yağı olduğunu anlamaq olar

Dadla yanaşı kərə yağının rəngiylə də onun təmiz olub-olmadığını deyə bilərik. Yağın bir hissəsi ağ, bir tərəfi sarıya meyillidirsə, orada rəngləndirici qatqısı ola bilər.

Təmiz kərə yağını əridən zaman o köpüklənməli və üzərinə süd, yaxud qaymaq yığılmalıdır”. 

Yağı suya ataraq onun qatqısız olduğunu bilmək olar?

Təmiz kərə yağları otaq tempuraturunda əriyir. Bəzən yağın tərkibində qatqı olub-olmadığını anlamaq üçün onu suya atırlar. Bu zaman bilmək lazımdır ki, isti suya atılan təmiz yağ ərisə də, toparlanmır. Əgər yağ suya atılanda toparlanırsa, onda sprey yağların qatqısından şübhələnməyə dəyər”,-deyə A.Salamov fikrini yekunlaşdırıb. 

Qəti şəkildə bu yağlardan istifadə etmək olmaz

Dietoloq Nigar Qarəhmədova Lent.az-a bildirib ki, satışda olan kərə yağları iki hissəyə bölünür: 

“Kərə yağları təbii tərkibli və qatqı maddəli olur. Təbii kərə yağlarının tərkibində süd və duz olur. Amma qatqı maddəli kərə yağlarının tərkibində emliqatorlar, rəngləndiricilər kimi bir çox zərərli maddələr var”. 

Bu problemləri olanlara kərə yağı qadağandır

“Sağlamlıq problemi olmayan insanlar hər gün kibrit qutusu qədər kərə yağı yeyə bilərlər. Lakin ürək-damar, öd problemi, eləcə də xolesterini yüksək olan şəxslərə kərə yağı istifadəsi qadağandır”.

Təbii tərkibli yağ almağa maddi gücü yetməyənlər nə istifadə etsinlər?

“Təmiz tərkibli kərə yağı almağa büdcə əl vermirsə, o zaman bitki tərkibli yağları istifadə etmək daha yaxşıdır. Bitki yağları arasında zeytun yağı ən iealıdır. Təbii zeytun yağı almaq mümkün olmadıqda isə günəbaxan yağı istifadə etmək olar”,-deyə dietoloq fikrini yekunlaşdırıb.  

Qeyd edək ki, AQTA-ya standartlara cavab verməyən yağların aqibəti və təbii tərkibli kərə yağlarının seçilməsi barədə sorğu ünvanlamışıq. Qurumdan cavab gəldikdə məqalə yenilənəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:291
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 May 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri