Icma.az
close
up
RU
Kərə yağının qiyməti sürətlə artır İdxaldan asılılığı azaltmaq üçün nə etmək lazımdır?

Kərə yağının qiyməti sürətlə artır İdxaldan asılılığı azaltmaq üçün nə etmək lazımdır?

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Hər il Azərbaycan daxili tələbatı ödəmək üçün ərzaq məhsullarının idxalına milyonlarla dollar vəsait xərcləyir. Ən çox vəsait xərclənən məhsullar içərisində kərə yağı da üstünlük təşkil edir. Kərə yağının qiyməti isə sürətlə artır. Hər ay böyük miqdarda valyuta xaricə axır. Məsələn, bu ilin yanvar-fevral aylarında Azərbaycana 5 338 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatına görə, bu həcmdə yağın dəyəri 36 milyon 843 min ABŞ dollar təşkil edib. Bunlar ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 370 ton (79.8%), dəyər baxımından isə 21 milyon 287 min ABŞ dolları (2.4 dəfə) çoxdur.

Bəs, görəsən, ölkə daxilində kərə yağı istehsalını artırmaq üçün niyə tədbirlər görülmür? Bu istiqamətdə hansı addımlar atıla bilər?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Emal müəssisələri effektiv işləmir

İqtisadçı-ekspert Cəfər İbrahimli deyir ki, yağ istehsalını artırmaq üçün ölkədə kifayət qədər intensiv südçülük təsərrüfatları olmalıdır: "Əslində Azərbaycanda belə təsərrüfatlar mövcuddur. Amma məhsuldar heyvan sayı yetərli deyil. Bizdə olan say təxminən 100 min baş civarındadır. Əsas yük ailə təsərrüfatlarının üzərindədir. Statistik rəqəmlərə əsasən, bu təsərrüfatların istehsal etdiyi süd ümumi istehsalın təxminən 80 faizini təşkil edir. Yəni, südün yalnız 20 faizi intensiv təsərrüfatlardan gəlir. Ölkədə 2 milyon 200 min iribuynuzlu heyvan var. Onların çoxu məhsuldar deyil, tamamilə cırlaşıb. Dolayısıyla, biz ailə təsərrüfatlarındakı cırlaşmış heyvanları damazlıq və məhsuldar heyvanlarla əvəzləyə bilsək, süd istehsalının artması çərçivəsində kərə yağına olan tələbatın daha da yaxşılaşdırılmasına nail ola bilərik. Çünki idxalı tamamilə sıfırlamaq çətin məsələdir".

Ekspertin sözlərinə görə, Azərbaycanda emal məsələsi istənilən səviyyədə olmadığı üçün süd böyük həcmdə itkiyə gedir: "Hesab edirəm ki, ölkədə süd məhsullarının emal sənayesinin inkişafı məsələsi təkrar gözdən keçirilməlidir. Təhlillərə görə, bu müəssisələr effektiv işləmirlər. Daxili bazarda fermerlərdən vaxtında və uyğun qiymətlərlə məhsulu almadıqları üçün istər-istəməz istehsalda kəsintilər yaranır. Əgər kəsintilər aradan qaldırılarsa, idxaldan asılılığı 80 faizə yaxın azaltmaq olar. Bu addımlar təkcə kərə yağı istehsalını artırmayacaq. Eyni zamanda, kərə yağı istehsalından sonra digər süd məhsullarının istehsalını da təmin edəcək".

Böyük həcmdə investisiyalara ehtiyac var

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov bildirir ki, Azərbaycanda heyvandarlığın inkişafına mane olan konkret səbəblər var. Onun sözlərinə görə, məhdud örüş sahələri və yem bazasının olmaması bu sahənin inkişafını ləngidir: "Ümumiyyətlə, ərazisi kiçik olan ölkələrdə heyvandarlığın inkişaf prosesi çətin olur. Ölkəmizdə həm örüş sahələri azdır, həm də yem idxal olunduğundan bahadır. Nəticədə yerli istehsal idxal olunan məhsuldan daha baha başa gəlir. Ona görə kiçik fermerlər bu işlə məşğul ola bilmirlər. Düzdür, perspektiv var. Məsələn, işğaldan azad olunmuş ərazilərimizdə bu sahəni inkişaf etdirmək mümkündür. Həmin ərazilərdə böyük komplekslər yaratmaq olar. Orada böyük otlaq ərazilərimiz var. Amma bununla yanaşı keyfiyyətli, yağlı süd əldə etmək üçün yem də olmalıdır".

Ekspert vurğulayır ki, dövlət bu sahənin inkişaf etdirilməsində maraqlıdır: "Neçə illərdir ki, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınan hər baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən 100 manat subsidiya verilir. Eyni zamanda, yem bazası sayılan yonca, arpa, buğda, qarğıdalı və s. əkin sahələrinə dövlət tərəfindən subsidiya ayrılır. Yəni, dövlətin bu sahəyə kifayət qədər qayğısı mövcuddur. Sadəcə, bu məsələ kəndlidən asılı deyil. Bu, iri şirkətlərin görəcəyi işdir. Bu sahəyə böyük həcmdə investisiyalar yatırılmalıdır. Böyük heyvandarlıq kompleksləri tikilməlidir".

Ekspert hesab edir ki, bu sahəyə sahibkarların marağı olmalıdır: "Kəndlinin dörd inək saxlaması ilə biz tələbatı ödəyə bilmərik. Düzdür, bu işi qurmaq istəyənlər olub. Amma idarəetmə düzgün qurulmadığından uğursuz alınıb. Çünki heyvan dağın başında, sahibkar Bakıdadır. Bakıda oturub dağın başındakı işi idarə etmək çətin məsələdir. Bu işi xaotik deyil, sistemli şəkildə qurmaq lazımdır".

"İdxaldan asılılığımız davam edəcək"

İqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, artıq kənd əhalisi heyvandarlığı qazanclı sahə kimi görmür: "Əvvəl mal-heyvanı boş sahələrdə otarmaq olurdu. İndi otlaq sahələri hasarlanıb. Digər tərəfdən, gənclər bu işlə məşğul olmaq istəmirlər. Hesab edirlər ki, bu sahədə gəlirlilik yaxşı səviyyədə deyil. Bakıya gəlib fəhlə işləməyi ondan qazanclı sayırlar. Otlaq sahəsi olmadığına görə kəndli məcburdur ki, heyvanlara ot bağlaması versin. Ot bağlamasının qiyməti növünə uyğun olaraq 3-6 manat arasındadır. Kəndlinin də o qədər pulu yoxdur. Aidiyyəti qurumlar da bu problemin öhdəsindən gələ bilmirlər. Nəticədə südçülük üzrə heyvandarlıq inkişafdan qalır. Ona görə kərə yağına olan tələbatda idxaldan asılı vəziyyətdəyik. Gələcəkdə də idxaldan asılılığımız davam edəcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Aprel 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: Rusiya və Ermənistan inamsızlıq məsələsini geridə qoyub

21 May 2025 19:43see249

Güləş Federasiyasının sabiq vitse prezidenti vəfat edib

21 May 2025 21:56see198

Türkiyə minifutbol yığmasının baş məşqçisi: Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir

21 May 2025 16:39see187

Məşhur türk bloger Azərbaycanı silkləyən qətllə bağlı çağırış etdi VİDEO

22 May 2025 03:11see140

Texnologiya Universiteti ilə İRİA arasında kibertəhlükəsizlik sahəsində birgə əməkdaşlığa start verilir

21 May 2025 18:04see133

TƏHLİL: BƏZİ ABŞ BANKLARI SƏHMLƏRİNİN TÜKƏNMƏSİ İLƏ ÜZLƏŞƏCƏK

22 May 2025 06:12see127

Azərbaycanla məsələni həll edərsə, Ermənistanın da bu fürsətdən yararlanmaq imkanı var

21 May 2025 16:40see127

Tbilisidəki bu məşhur tikili söküləcək

22 May 2025 03:17see126

Bu halda hər ay 200 manat ala bilərsiniz TƏLƏBLƏR

22 May 2025 07:04see125

Rubio etiraf edir...

21 May 2025 19:47see123

De Brüyne seçim arasındadır

21 May 2025 18:19see123

Çox çiyələk yemək sizi kökəldə bilər

22 May 2025 05:31see122

Sankt Peterburq sakini Azərbaycan konsulunun iradından sonra söyüşə görə həbs edilib

22 May 2025 02:06see122

Cəlal Qurbanova ağır itki

21 May 2025 21:55see121

“Məni öldürmək üçün 10 min dollar ayrılmışdı” Çingiz Abdullayevlə MÜSAHİBƏ

22 May 2025 14:07see120

Lavrov İrəvanda Paşinyana ultimatum verib: Rusiya Ermənistanın “kupça”sını istəyir

21 May 2025 21:57see117

Avropa İttifaqı Azərbaycan Təhlükəsizlik Dialoqunun 6 ci iclası keçirildi FOTO

23 May 2025 02:31see114

ABŞ da kiçik təyyarə evlərin üzərinə düşdü 15 ev və maşınlar yanıb

22 May 2025 20:27see114

“Hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir” Tramp

23 May 2025 06:45see114

Ölümdən sonraki həyatın SÜBUTLARI

22 May 2025 02:21see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri