Icma.az
close
up
RU
Kərə, yoxsa bitki yağı yeyək? Araşdırma bu suala cavab tapdı

Kərə, yoxsa bitki yağı yeyək? Araşdırma bu suala cavab tapdı

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Araşdırmalar göstərir ki, gündəlik kərə yağını bitki yağları ilə əvəz etmək ölüm riskini azalda bilər. 

Bu nəticələr son illərdə sosial mediada populyarlaşan və kərə yağı, heyvan yağları və sadə yağların üstünlük təşkil etdiyi qidalanma trendlərinə qarşı çıxır. 

Kərə yağı, yoxsa bitki yağları? 

"Cebheinfo.az" xəbər verir ki, məşhur qidalanma mütəxəssisləri arasında kərə yağının sağlamlıq üçün faydalı olduğu iddia edilsə də, Harvard Universitetinin professoru, epidemioloq Uolter Uillet bunun əksini düşünür.

“İnternetdə kərə yağının faydalı olması ilə bağlı miflər dolaşır, lakin bunu sübut edən heç bir elmi dəlil yoxdur”, - deyə Uillet vurğulayıb. "JAMA Internal Medicine" jurnalında dərc olunan araşdırmaya görə, daha çox kərə yağı istehlakı ölüm riskini 15% artırır. Bitki yağlarından (soya, kanola və zeytun yağı) istifadə isə ölüm riskini 16% azaldır. Gündə cəmi 10 qram kərə yağını bitki yağı ilə əvəz etmək ümumi və xərçəngdən ölüm riskini 17% azaldır. Harvard Universitetinin tədqiqatçıları 33 il ərzində 221 mindən çox insanın qidalanma vərdişlərini təhlil ediblər. Nəticələr göstərib ki, bitki yağlarının istifadəsi ürək-damar xəstəlikləri və xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır. 

Hansı yağ daha faydalıdır? 

Qidalanma mütəxəssisləri hesab edirlər ki, ən faydalı yağlar zeytun, kanola və soya yağlarıdır. Bu yağlar omega-3 ilə zəngindir və bədəndə iltihabı azaldaraq, immun sistemini gücləndirir. Digər bitki yağları, məsələn, qarğıdalı, günəbaxan və yerfındığı yağı isə omega-6 ilə zəngindir. Omega-6 da faydalıdır, lakin həddindən artıq istehlak edildikdə bədəndə uzunmüddətli iltihab riskini artıra bilər. Beləliklə, qidalanmada heyvan yağlarını azaltmaq və əsasən bitki yağlarına üstünlük vermək ürək və ümumi sağlamlıq üçün faydalıdır. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Mart 2025 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri