Kərkicahan bundan sonra daha da gözəlləşəcək Köç edən sakin DANIŞDI
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Avqustun 14-də Xankəndi şəhərinə və Kərkicahan qəsəbəsinə növbəti köç həyata keçirilib.
Kərkicahana qayıdan Vüsal Əliyev Redaktor.az-a açıqlamasında qeyd etdi ki, hər şey çox əla və mükəmməldir:
"Ailəmlə birlikdə doğma Kərkicahana qayıtdığımız üçün çox sevincliyik. İllər sonra yenidən öz torpağımızda, doğma yurdumuzda olmaq sözlə ifadə olunmayacaq qədər böyük hissdir. Burada görülən işləri, yaradılan şəraiti görəndə insan qürur hissi keçirir. İnanırıq ki, Kərkicahan bundan sonra daha da gözəlləşəcək və burada həyat əvvəlkindən də yaxşı olacaq. Allah Prezidentimizin canını sağ eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu torpaqlara qayıtmağımız üçün əməyi olan hər kəsə minnətdarıq".
Müsahibimiz bura qələnə qədər harada qaldıqları və hazırda nə işlə məşğul olduğu haqda da məlumat verdi:
"Bura gələnə qədər Oğuzda qalırdıq, burada isə sürücü işləyirəm".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 14 Avqust 2026 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















