Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

Kərkililər də yurd həsrəti ilə yaşayırlar

Kərkililər də yurd həsrəti ilə yaşayırlar

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son dövrlərdə həm Azərbaycan, həm də Ermənistan mətbuatında ən çox müzakirə olunan mövzulardan biri də Sədərək rayonunun Kərki kəndinin Azərbaycana qaytarılması haqqındadır. 

Ötən əsrin 90-cı illərində ermənilərin işğalçılıq siyasətinin ilk hədəfi olan Kərkinin işğalı Bakıdakı 20 Yanvar faciəsinin, eyni zamanda Sədərəyə silahlı basqınlarının başlanğıcı olub. Və indiyədək Naxçıvanın yeganə işğal altında olan bu kəndinin sakinləri də muxtar respublikanın, o cümlədən Azərbaycanın müxtəlif yaşayış məntəqələrində məskunlaşmağa məcbur olublar. 

Amma kərkililərin ən çoxu Kəngərli rayonunun ərazisində salınmış Yeni Kərki kəndində yerləşiblər. Elə kərkililərlə görüşümüzdə hələ də işğal altında saxlanılan Kərkinin keçmiş günlərindən, niyə strateji əhəmiyyət daşıdığından, sakinlərin ora qayıdışından danışdıq. 

“Xəritəyə baxdıqda, Kərki kəndi Naxçıvandan aralı düşmüş kiçik bir ada kimi görünür. Amma əslində kəndimizin 940 hektara yaxın ərazisi olub. Ərazidəki “Sulu zağa”, “Bəzirxana”, “Köhnə Kərki”, “Dəlik daş”, “Sənəm zağası”, “Gavurqala”, “Cəhənnəm dərə”, “Şırran”, “Qızıl daş”, “Qurdbaba”, “Qırmızı güney”, “Şurut bulağı” kimi toponimlər bu kəndin qədim türk yurdu olduğunu sübut edir. Sədərəkdən Kərkiyə qədər 8 kilometrdir. 

Əslində, kəndə qədər olan və ətraf ərazilər də bizim torpaqlarımız olub. Amma sovetlər birliyi dövründə bu torpaqlar hissə-hissə bizdən alınaraq Ermənistana birləşdirilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların da xeyli hissəsi Ermənistana verilib. Tarixi sənədlərdə də bu fakt öz əksini tapıb ki, o zaman Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində çalışan ermənilər təkcə Kərki kəndinin yerləşdiyi çox kiçik bir ərazini Azərbaycanın tərkibində saxlamaqla kənd ətrafındakı 900 hektardan artıq bir ərazini saxta sənədlərlə rəsmiləşdirmişdilər. Beləliklə, kənd Naxçıvan Muxtar Respublikasından tam təcrid olunaraq ada şəklinə düşmüşdür”. 

Bu sözləri Kərki kənd sakini, uzun illər kənd icra nümyəndəsinin müavini vəzifəsində çalışmış Elşad Məmmədov deyir. Elşad müəllim bunu da əlavə edir ki, 1988-ci ildən başlayaraq məlum hadisələrin gündən-günə daha da intensivləşməsi Kərkidən də yan keçmir. Kəndə edilən hücumların dəf edilməsində yerli sakinlərlə yanaşı, Şərurdan, Sədərəkdən də köməyə gəlirlər. 1989-cu ilin sonlarında Sədərəkdən Kərkiyə gedən yolun kəsilməsi, ərzaq ehtiyatının tükənməsi vəziyyəti daha da mürəkkəbləşdirir. 

Nəhayət, son günə qədər kəndi tərk etməyən kərkililər 1990-cı il yanvarın 15-də rus hərbçilərinin təkidli tələbi ilə axşam saat 6-7 radələrində doğma yurdu tərk etmək məcburiyyətində qalırlar. Yanvarın 18-də isə 3-ü polis əməkdaşı olmaqla, kəndin əli silah tutan sonuncu sakinləri Kərkini tərk etməyə məcbur olur. Beləliklə, SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanın Sədərək rayonunun Kərki kəndi ermənilərə verilir. 

Kərki kənd sakini, hazırda Yeni Kərkidə bələdiyyə sədri vəzifəsində işləyən Paşa Əhmədov bildirir ki, 400-dən çox sakinin yaşadığı Kərkidə 78 ev var idi. Kəndin səfalı təbiəti olub. İndi fotoşəkillərdə kəndin arxa hissəsində görünən dağ Tejgar dağıdır. O dağın zirvəsində Habil-Qabil ocağı deyilən bir yer də var idi ki, kənd sakinləri orada qurban da kəsərdi. Kərki kəndinin 10 hektara yaxın alma və armud bağı var idi. Burada elə gözəl almalar yetişirdi ki, həmin almaları həm İrəvana, həm də Naxçıvana satmaq üçün aparırdılar.

 Bir də kəndimizdə çox insanın məşğuliyyəti gülçülük idi. Kənd sakinlərindən Əziz Abbasov, Əli Məmmədov, İslam İsmayılov, Abbas Vəliyev və digərlərinin gül istixanaları var idi. Burada yetişdirilən gülləri satış üçün ən çox Rusiyaya göndərirdilər. Mal-heyvan saxlayan da az deyildi. Bundan başqa, hər il kəndimizdə pioner düşərgəsi təşkil olunurdu. Şərurdan, Sədərəkdən gələnlər çox olurdu.

Eyni zamanda, kəndimizin təbii gözəlliyi də turizm baxımından cəlbedici idi. Sədərək tərəfdən gələndə Kərkinin girəcəyində bir “Koroğlu” restoranı var idi. Həmin restoranı kənd sakinlərindən Əli Vəliyev, Əli Orucov və Adil Bağırov işlədirdi. Bu restoran heç zaman müştərisiz olmurdu. Yoldan keçən ermənilər də tez-tez bura gəlirdilər. 

Paşa Əhmədov deyir ki, ermənilərin kəndə hücumu rus hərbçilərinin gözü qarşısında baş verirdi və ilk hücumda kəndi yandırmaqla başlamışdılar. Kəndin aşağı hissəsindən  başlayan yanğın sonra silahlı hücumla davam etdirilmiş və elə həmin atışmada bu hücuma rəhbərlik edən Tiqran adlı erməni öldürülmüşdü. Daşnaksütyunun Vedi bölgəsinin rəhbəri olan Tiqranın ölümündən sonra ermənilər bu kəndi sonralar onun şərəfinə Tiqranaşen adlandırmağa başladılar. 

Həmin dövrdə qüvvələr nisbəti də eyni deyildi. Ermənilərdə döyüş üçün bütün lazımi silahlar olsa da, bizdə yalnız ov tüfəngləri idi. Bir də kəndimizdən Oruc adlı bir nəfər var. O, ruslardan qalma mərmi lülələrindən bir əldəqayırma top düzəltmişdi. Kustar üsulla hazırlansa da, həmin top ermənilərin kəndə ilk hücumunun dəf olunmasında böyük rol oynamışdı və onları bərk qorxutmuşdu. Ertəsi gün rus hərbçiləri gəlib kənddə o topu axtarırdılar. 

Yeri gəlmişəkən, bələdiyyə sədrindən söhbətləşmək üçün kəndin ən yaşlı sakinini də soruşuruq. O isə kəndin ən yaşlı sakininin Mənaf Bağırov olduğunu bildirir və hazırda onun Qax rayonunun Turaclı kəndində yaşadığını deyir. 

Digər sakin Cəlaləddin Cəfərov isə deyir ki, doğma yurd həsrəti kərkililəri hər zaman düşündürüb. 30 ildən çox zaman keçsə də, bu gün də Kərkinin həsrətini çəkir, doğulub böyüdüyü kəndin küçələri, dağı, düzü, yaylası gözünün önündən getmir. 1990-cı ildə kənddən çıxan Cəfərovlar ailəsi bir müddət Şərur rayonunda xəstəxana binasında məskunlaşıblar. Sonra isə Yeni Kərkidə əlavə evlər tikildikdən sonra ailələri burada yerləşib. 

Yeri gəlmişkən, onu da qeyd edək ki, indiki Yeni Kərki kəndi ötən əsrin 90-cı illərində əvvəlcə gənclər üçün bir qəsəbətipli layihə olaraq salınmağa başlanılıb. Amma sonralar məlum ictimai-siyasi hadisələr səbəbindən burada Kərki kəndindən köçmək məcburiyyətində qalanlar yerləşdirilib. İlk olaraq 36, sonra əlavə 8  fərdi ev tikilərək sakinlərə verilib. Ötən müddət ərzində isə kənddə zəruri infrastruktur layihələri həyata keçirilib, məktəb, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Müsahiblərimiz bildirirlər ki, Kərki kəndi Ermənistan üçün də mühüm strateji əhəmiyyət kəsb etdiyindən onlar bu kəndin Azərbaycana qaytarılmağından ehtiyat edirlər. Çünki Ermənistanın şimaldan cənuba uzanan əsas yolu Kərkidən keçir. Kəndin Azərbaycana qaytarılması onların bu yola nəzarət etməsinin qarşısını alır. Amma biz inanırıq ki, tezliklə Kərki bizə qaytarılacaq və hər birimiz ora qayıdacağıq. Biz yenidən o səfalı yerlərimizi əkib-becərəcək, sahmana salacağıq. Vətən müharibəsində qazandığımız Zəfərdən sonra kərkililərin buna inamı  daha da artıb.

Bəli, kənd sakinlərinin fikirlərinə biz də qoşuluruq. Buna da inanırıq ki, kərkililərlə bağlı növbəti yazımızı elə Kərkinin özündə hazırlayacağıq. 

Səbuhi HƏSƏNOV,
 XQ-nin Naxçıvan müxbiri  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:351
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Yanvar 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see604

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see535

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see406

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see316

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see278

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see274

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see272

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see264

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see263

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see239

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see224

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see215

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see212

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see210

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see205

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see197

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see195

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see189

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see177

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri