Icma.az
close
up
RU
Kesar kəsiyi haqda bütün cavablar bu yazıda OXUYUN, XANIMLAR!

Kesar kəsiyi haqda bütün cavablar bu yazıda OXUYUN, XANIMLAR!

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Təbii (vaginal) yolla doğuşu mümkün olmayan və ya bu doğuş üçün tibbi əks göstərişi olan hamilələrə cərrahi əməliyyat tətbiq olunur.

Qarnın ön divarı və uşaqlıq əzələsi kəsilərək döl xaric edilir. Bu əməliyyatın terminologiyası latın dilindən “cesarean” - kesar olaraq bilinib və hər nə qədər də Yuliy Sezarın adı ilə əlaqələndirilsə də, tibb tarixi bunun doğru olmadığını sübuta gətirir. Bəzi məlumatlara görə, Yuliy Sezar məhz bu prosedura ilə dünyaya gəlibmiş və onun yaşadığı dövrdə bu cür əməliyyatlar ananın ölümünə səbəb olurdu (antibiotiklərin və sterilizasiyanın olmaması səbəbindən). Ancaq Y.Sezarın səyahətlərində anası Aureliyanın yanında olduğunu göstərən tarixi faktlar bu nəzəriyyəni təkzib edir. Cərrahi doğuşun adında latınca “caedare” – kəsmək və “section” - hissə sözlərindən istifadə edilməsi fərqli ədəbiyyatlarda qarşımıza çıxmaqdadır. Azərbaycan ədəbiyyatında bu cərrahi doğuşun adı “kesar” və ya “qeysəriyyə” əməliyyatı kimi keçir.

Hansı hallarda kesar əməliyyatı tətbiq edilməlidir?

- Körpənin başı ilə hamilənin çanağı (pelvis) arasında uyğunsuzluq olduqda

- Uşaqlığın yığıla bilmədiyi hallarda

- Plasentanın yerləşmə anomaliyası (Plasenta previa) olduğu hallarda

- Plasentanın vaxtından qabaq (Ablasyo plasenta) ayrılması hallarında

- Körpənin duruşunun doğuş üçün münasib olmaması (çanaq gəlişi kimi)

- Hamiləlik hipertenziyası – toksemiyası (Preeklampsiya və eklampsiya)

- Fetal distres (körpədə sıxıntı vəziyyəti)

- Göbək ciyəsinin düşməsi (Kord prolapsusu)

- Diabet

- Qan uyğunsuzluğu (Eritroblastozis fetalis)

- Uşaqlıq boynu xərçəngi (serviks xərçəngi)

- Uşaqlıq boynu distosiyası

Hansı hallarda kesar əməliyyatı tətbiq edilməməlidir?

- Ən əsası, kesar əməliyyatına ehtiyac olmayan bütün hallarda

- Qarın divarında infeksiya olduqda

- Ölü körpə (fetus) olduqda kesar əməliyyatı mümkün olduğu qədər tətbiq edilməməlidir

Kesar əməliyyatının tətbiq edilməsi üçün aparılan hazırlıq prosesində nələr edilir?

- Ultrasəs ilə fetusun təxmini çəkisi, vəziyyəti və ciftin yerləşməsi təyin edilir.

- Qanaxma riski olan hallarda (aktiv qanaxma, HELLP sindromu, hamiləlik zəhərlənməsi, qanaxma pozuntuları) əvvəlcədən qan hazırlanır.

- Damar yolunun açılması, maye verilməsi kimi əməliyyatdan qabaq hazırlıqlar görülür.

Kesar əməliyyatı hansı mərhələlərdən ibarətdir?

- Damar yolundan profilaktik (qoruyucu) antibiotik verilməsi (xüsusilə dölyanı maye vaxtından qabaq axdıqda, doğuşun dövrləri uzun çəkərsə, maşa tətbiqi uğursuz olarsa).

- Anesteziya (ümumi, spinal və ya epidural anesteziya) tətbiq edilməsi.

- Qarın divarının kəsilməsi. Bəzi həkimlər eninə kəsiyə üstünlük verir. Əgər xəstə çox kökdürsə və ya fetal distres varsa, orta xətt (boylamasına) kəsiyə üstünlük verilir.

- Uşaqlığın kəsilməsi (uterin kəsilməsi).

- Körpənin doğuzdurulması.

- Ciftin çıxarılması.

- Uşaqlığın yığılmasını sürətləndirmək üçün damar yolundan oksitosin verilməsi.

- Uşaqlıq və qarın divarı kəsiklərinin tikilməsi.

- Anesteziyanın başa çatdırılması.

Kesardan sonra anada hansı problemlər yarana bilər?

- Puerperal infeksiya

- Yara yeri infeksiyası

- Əməliyyatdan sonra temperaturun qalxması

- Qanaxma

- Tromboemboliya (laxtalanma)

- Pulmonar tromboemboliya

Kesardan sonra körpədə hansı problemlər meydana gələ bilər?

- Yeni dünyaya gələn körpədə müvəqqəti taxipnoe (yaş ağciyər — wet lung): körpənin ağciyərinin içərisindəki maye boşalmadığı üçün tənəffüs sayının artması.

Kesar əməliyyatının rast gəlmə tezliyi necədir?

Son iyirmi ildə kesar əməliyyatının göstəricisi 5%-dən 20%-ə qalxmışdır. Hətta bəzi bölgələrdə bu göstərici 60%-ə yüksəlib. Kesar əməliyyatının çoxalma səbəbləri aşağıda qeyd edilmişdir:

- Boşluq maşalarının istifadə edilməməsi və çanaq gəlişlərinin vaginal yolla doğuzdurulmaması

- Hazırda doğuş prosesi vaxtı körpənin ürək döyüntülərinin izlənilməsi ilə körpədə xoşagəlməz halların müəyyənləşdirilməsinin mümkün olması,

- Bir dəfə kesar əməliyyatı olmuş qadınların növbəti körpələrini də kesar əməliyyatı ilə dünyaya gətirmələri

- Bir kesardan sonra təbii doğuşun aparılmasında təcrübəli mütəxəssisin və ya texniki təchizatın yetərsiz olması

- Hazırda qadınların gec yaşlarda, daha az sayda doğuş etmələri və kesar əməliyyatına üstünlük vermələri

- Doğuş qorxusu: epidural anesteziya ilə ağrısız doğuş imkanı olmayan mərkəzlərdə qadınların doğuş sancısından qorxmaları

- Normal doğuş zamanı meydana gələn problemlər səbəbi ilə qadın həkimlərinə qarşı qaldırılan iddiaların azaldılmasının tələb edilməsi

Turab Canbaxışov, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri

Ailem.az

.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 01:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri