Icma.az
close
up
RU
Keşnişin xəstəliklərin müalicəsində istifadəsi XALQ TƏBABƏTİ

Keşnişin xəstəliklərin müalicəsində istifadəsi XALQ TƏBABƏTİ

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

Keşniş (Coriandrum L.) - Кинза, Кориандр - Kərəvizkimilər fəsiləsindən olan birillik ot bitkisidir. Vətəni Şərq ölkələri hesab edilir. 

Azərbaycanda keşniş adında 3 növ vardır. Əkin keşnişi, təpə keşnişi, çöl keşnişi (keçi keşnişi, çələmir). Bunlar başqa-başqa cinslərdir, yarpaqları oxşar olduğu üçün el arasında "keşniş" adlandırılır. Bunlardan daha çox əhəmiyyətli növ əkin keşnişidir (Coriandrum sativum L.).

Keşniş qiymətli efir yağlı bitkidir. Sabiq SSRİ-də istehsal olunan efir yağının 75%-i keşniş bitkisinin toxumundan alınırdı. Bu efir yağı toxumların tərkibində 2,9%, yaşıl kütləsində isə 0,3-0,5%-dir. Keşnişin tərkibindəki linnaleol spirtindən alınan ətirli maddədən ətriyyat, qənnadı, pivəbişirmə, likor-araq və s. sənaye sahələrində istifadə edilir.

Çöl keşnişinin tərkibi C və A vitaminləri ilə, şəkər və iştah açan maddələrlə çox zəngindir.

Becǝrilməsi:

Keşniş bitkisinin toxumları erkən yazda və payızda səpilir. Adətən, fərdi təsərrüfatlarda onun toxumları dağınıq üsulla səpilir. Cǝrgǝarası 30 sm, bitkiarası 10 sm-dir. Toxum cücərəndən 35-45 gün sonra bitkilərdən istifadə edilir. Seyrəltmə kökündən çıxartma üsulu ilə aparılır. 80-90 gündən sonra, toxum yetişir. İstər əkin, istərsə də təpə keşnişinin toxumları cücərmə qabiliyyətini 3-4 il saxlayır.

İstifadəsi:

Xalq təbabətində keşnişin yaşıl kütləsi çay kimi dəmlənərək, ondan təkcə sidikqovucu dərman kimi deyil, həm də öskürəyə qarşı istifadə edirlər. Adi keşnişin meyvələrindən hazırlanmış cövhər sarılıq və babasil xəstəliklərinə, yaşıl kütləsindən hazırlanmış cövhər isə hipertoniya və şəkər xəstəliklərinə qarşı istifadə edilir. Keşniş həm də qanazlığına qarşı,

Mədə-bağırsaq xəstəliklərinə qarşı keşnişin, zirənin və razyananın toxumlarından bərabər miqdarda götürüb, əvvəl onları əzirlər, sonra isə qarışdırırlar. Bu qarışıqdan 2 xörək qaşığı götürüb, onu 1 stəkan suda dəmləyirlər. Sonra süzürlər və gündə 3 dəfə, hər dəfə 100 ml içirlər.

Daha bir resept: - 50 q keşniş toxumu və 50 q hind fındığı götürüb, onları suda qaynadıb, mədə qıcqırmasına qarşı, onun suyunu içirlər.

Şəkər xəstəliyinə qarşı 10 q səna yarpağı, 5 q xardal, 5 q zirə, 5 q cirǝ, 5 q keşniş toxumu, 15 q əzgil yarpağı, 50 q çörəkotu və 20 q qarabaşaqotu götürüb, onları suda qaynadırlar. Soyuduqdan sonra onu süzüb, birinci gün 1 kasa, ikinci gün 1 stəkan, üçüncü gün isə 1 fincan içirlər. İshal olarsa sona azaldılmalıdır. Bu, bir aydan sonra, üç gün təkrar olunur. Sonra on gün fasilə verilir və müalicə yenidən davam etdirilir.

Qaraciyər serrozuna qarşı keşnişin toxumlarını əzib, onu sıyıq halında qaraciyər nahiyəsinə yaxmalı.

Böyrək xəstəliklərinə qarşı kifayət qədər keşniş toxumunu götürüb, onu suda qaynadırlar. Soyuduqdan sonra, onu süzüb, gündə 3 dəfə, hər dəfə 50-100 ml içirlər.

Başgicəllənməsinə qarşı keşniş bitkisinin yaşıl kütləsinin suyuna və mərsin bitkisinin yarpaqlarının suyuna sirkə qarışdırıb, onu burunun içərisinə çəkirlər.

Başgicəllənməsi və ürək bulanması zamanı keşnişin yaşıl kütləsini suda qaynadıb, onun suyunu içirlər.

Baş ağrısı və başgicəllənməsinə qarşı keşnişin toxumlarını əzib, onu gündə 3 dəfə, hər dəfə 10 q şəkərlə qəbul etməli. Ya da 50-100 q keşniş toxumunu kişmişlə yeyirlər.

Mədə xəstəliklərinə qarşı keşnişin yaşıl kütləsini suda qaynadıb, onun suyunu içirlər.

Əl-ayaq titrəmələrinə qarşı 60 q armud, 60 q innab, 60 q keşniş, 15 q gül, 15 q razyana toxumu götürüb, onları bir litr su ilə qarışdırırlar. Qarışığın hissəsi qalana qədər qaynadırlar. Alınan mayeni gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı qəbul edirlər.

Daha bir resept: - Əl-ayaq titrəməsinə qarşı 20 q kǝbabiyə (rozmarin) və 50 q keşniş toxumu götürüb, əvvəl onları əzirlər, sonra qarışdırırlar. Bu qarışıqdan gündə 3 dəfə, hər dəfə 10-20 q su ilə içirlər.

Sidik yolu iltihabına qarşı sidiyi saxlaya bilməyənlər, çox miqdarda qarabaşaqotundan, yer badamından və keşniş bitkisindən istifadə etməlidir.

Boğaz şişlərinə qarşı 10 q mərsin yarpağı, 10 q palid qozası, 10 q sumaq, 50 q keşniş suyu, 50 q cəviz qabığının suyu, 50 q mərsin yarpağının suyu və 10 q heyva yarpağı götürüb, suda qaynadırlar. Qarışıq sıyıq halına çatdıqda, onu süzüb, suyu ilə qarqara edilir, sıyığın qalan hissəsi isə parçaya yaxılaraq boyuna bağlanır.

Babasil qanaxmasına qarşı razyana, zirə, çərəkotu, cəfəri, nanə, keşniş və kərəviz toxumlarının hərəsindən bir ovuc götürüb, onları kifayət qədər suda qaynadıb, soyuduqdan sonra, süzüb, alınmış mayeni gündə bir neçə dəfə, hər dəfə 50-60 ml içməli.

İshala qarşı 50 q keşniş, 50 q razyana, 15 q cirə, 15 q sumaq, 15 q zirǝ, 15 q nanə, 35 q innab və kifayət qədər su götürüb qaynadırlar. Alınmış mayeni üzüm şirəsi və ya mərsin yarpağının suyu ilə içilir.

Sevinc Hüseynova 

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri