Keyn ərəb klubuna keçir?
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İngiltərə millisinin kapitanı Harri Keynin nümayəndələri Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə görüş keçirib.
QOL.az xəbər verir ki, bu barədə "TalkSPORT" nəşri məlumat yayıb.
33 yaşlı hücumçu hazırda “Bavariya” ilə müqaviləsinin son ilinə qədəm qoyub. Keynin Münhen klubunda qalmaqdan məmnun olduğu və yeni müqavilə ilə bağlı danışıqlar aparmağa hazırlaşdığı bildirilir. Buna baxmayaraq futbolçunun nümayəndələri “Əl-Hilal”ın yeni idman direktoru Saymon Frensis ilə görüşüb.
Harri Keyn isə “Bavariya” ilə yeni müqavilə məsələsinin yaxın günlərdə müzakirə olunacağını vurğulayıb:
“Dünya çempionatından və məzuniyyətimdən sonra bu məsələni müzakirə etmək istədiyimizi demişdik. Dəqiq nə vaxt olacağını bilmirəm, amma danışıqlar bu və ya gələn həftə başlayacaq. Hər iki tərəf bu məsələyə təmkinlə yanaşır”.
Qeyd edək ki, Keyn “Bavariya”da keçirdiyi 3 mövsüm ərzində 94 oyunda 98 qol vurub. O, 2026-cı il dünya çempionatında isə 6 qolla İngiltərə millisinin bürünc medal qazanmasına töhfə verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 Avqust 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















