Icma.az
close
up
RU
Kibercinayətkarlar vətəndaşlara 28 milyonluq ziyan vurub

Kibercinayətkarlar vətəndaşlara 28 milyonluq ziyan vurub

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Müasir şəraitdə cinayətkarlığın strukturu və dinamikasında müşahidə edilən uzunmüddətli meyllər birmənalı olaraq nümayiş etdirir ki, mütəşəkkil cinayətkar qruplar və fərdi kriminal elementlər informasiya kommunikasiya texnologiyalarından istifadə edərək terrorçuluq, cinayət yolu ilə əldə edilən gəlirlərin leqallaşdırılması, maliyyə sisteminin mühüm elementi olan bank strukturlarının fəaliyyətinə qarşı kiberdələduzluq kimi qanuna-zidd məqsədlər üçün istifadə edilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Nizami Səfərov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Sön dövrlərdə dövlət və ictimai xadimlər adından süni intellekt vasitəsi ilə saxta videomüraciətlərin, sosial mediada bankların etimadından sui-istifadə etməklə həqiqətə uyğun olmayan məlumatların yayılması, vətəndaşların bank kartlarından kiberdələduzluq vasitəsilə külli miqdarda vəsaitlərin əldə olunması təcili təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini tələb edir.

Rəsmi rəqəmlərə görə, 2024-cü ildə kiberdələduzluq nəticəsində vətəndaşlara 22 milyon manatdan çox maddi ziyan vurulub, 2025-ci ilin ilk dörd ayı ərzində dəymiş zərər 6 milyon manatdan çox olub. Müvafiq dövlət orqanları kibercinayətkarlıqla mübarizədə bütün zəruri təbdirləri həyata keçirirlər, eyni zamanda, məsələnin mühüm tərəfi mövcud qanunvericiliyin təkmilləşdirilməsi və cinayətkarlığın gələcək illərdə transformasiya tendensiyalarına uyğun olaraq qabaqlayıcı tədbirlərin görülməsidir.

2024-cü ilin 24 dekabr tarixində son iyirmi ildə ilk dəfə olaraq BMT 193 dövlətin səsverməsi nəticəsində Kibercinayətkarlıqla mübarizə üzrə Konvensiya qəbul edib. Qısa zamanda onun ratifikasiyası və beynəlxalq standartların milli qanunvericiliyə daxil olunması müstəsna əhəmiyət kəsb edir. Regional təcrübədən də yararlanmaq faydalı ola bilər. Bir çox Avropa dövlətləri milli hüquq sistemi çərçivəsində süni intellektin tənzimlənməsi, kibercinayətkarlıqla mübarizə, rəqəmsal aktivlərin dövriyyəsi prosesində təhlükəsizliyin təmin olunması ilə bağlı çox sayda qanunvericilik aktları qəbul edib. Bununla bağlı qabaqcıl təcrübə mübadiləsinin əhəmiyyəti inkaredilməzdir və nəticə etibarı ilə kiberfəza sahəsində təhlükəsizliyin təmin edilməsi üçün ciddi töhfə verə bilər”, - deputat bildirib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 May 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri