Icma.az
close
up
RU
Kiberdələduzların qurbanları: Hücum, təhdid, hədəqorxu Bu bəladan necə qorunaq?

Kiberdələduzların qurbanları: Hücum, təhdid, hədəqorxu Bu bəladan necə qorunaq?

Publika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Texnologiyanın inkişafı həyatımıza nə qədər müsbət təsir etsə də, bəzən gətirdiyi son yeniliklər dələduzlara fürsət tanıya bilir. Zəmanənin qlobal problemlərindən olan kiberdələduzluq ölkəmizdə də geniş vüsət alıb. Vətəndaşlar istifadə etdikləri “WhatsApp” və “Telegram” kimi sosial şəbəkə vasitələrində naməlum nömrələr tərəfindən hücumlara, təhdidlərə, şübhəli müraciətlərə və şikayətlərə məruz qalırlar. Hətta vətəndaşlar özləri demədən belə qarşı tərəf onların şəxsi məlumatlarını öyrənə bilir.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov bildirib ki, bu cür hücumlar iki məqsəd daşıyır:

“Hədəflərdən birincisi, insanların şəxsi məlumatlarını əldə edərək hədə-qorxu gəlmək, xaos yaratmaqdır. İkinci Qarabağ müharibəsi zamanı biz bu halla çox qarşılaşırdıq. İkincisi isə sırf bank məlumatlarını əldə etməkdir. Dələduzlar kart məlumatlarını əldə etmək üçün müxtəlif ssenarilərə əl atırlar. Bunun üçün də ya yenə hədə-qorxu gəlirlər, ya da köməyə ehtiyacları olduğunu iddia edərək pul tələb edirlər. Bəzən isə heç bir pul tələb etmədən sadəcə şansını yoxlamaq üçün vətəndaşın hər hansı qohumu ilə bağlı həqiqəti əks etdirməyən - “Yaxınınız, övladınız təhlükədədir” tipli mesajlar yazaraq diqqəti cəlb edirlər. Bu zaman yaxını uzaqda olan vətəndaş əlbəttə ki, buna inanır və dələduzla əlaqəyə keçir. Dələduz bundan istifadə edərək ssenarini uzadır və vətəndaşdan pul tələb etməyə başlayır. Bu hücumları əsasən süni intellektin köməyi ilə xarici vətəndaşlar həyata keçirir”.

Ekspert qeyd edir ki, dələduzlar digər şirkətlərin və bankların adından istifadə edərək, endirim tipli kampaniyalar da “təşkil” edirlər:

“Bu cür hallara əsasən həqiqi şirkətlərin kampaniyaları zamanı təsadüf edilir. Məsələn, bayram ərəfələri, yaxud yayın sonları olan endirimlər zamanı dələduzlar üçün fürsət yaranır. Onlar bankların adından həqiqəti əks etdirməyən kampaniyalar təşkil edərək, müştərilərin məlumatlarını əldə edirlər.

Buna bir misal da var ki, xaricdə hava limanlarının anbarlarında beş ildən artıq əşya qaldıqda onu satışa çıxarırlar. Azərbaycanda isə belə bir qanunvericilik yoxdur. Lakin dələduzlar aviaşirkətlərin adından istifadə edərək bu cür kampaniyalar təşkil edir. Daxili İşlər Nazirliyinin, SOCAR-ın adından müxtəlif elanlar yayırlar. Bunların hər biri vətəndaşların məlumatlarının oğurlanması məqsədini güdür”.

E.Abbasovun sözlərinə görə, kiberdələduzluğun həyata keçirilməsi uzun proses tələb edir:

“Məlumatların ələ keçirilməsi üçün bir neçə mərhələ var. Vətəndaşların şəxsi məlumatlarını sosial media hesablarında başqası ilə bölüşmələri artıq kiberdələduzlara fürsət yaradır. Çünki texnologiyada məlumatların 3-cü şəxslərə də ötürülə bilməsi mümkündür. Texnologiya, süni intellekt inkişaf etdikcə dələduzların məlumatlara daxil ola bilmə gücləri də artır.

Bəzən onlar vətəndaşların virtual söhbətlərində hansı mövzuda müzakirə gedirsə, o mövzuya əsasən, ssenari qururlar. Buna görə də vətəndaş bu cür mesajlara avtomatik inanır. Həmçinin vətəndaş hansısa banka sosial media üzərindən kredit müraciəti edərkən, dələduzlar həmin bankın adından ssenari təşkil edərək vətəndaşa müraciət edir, linklər göndərirlər ki, bank məlumatlarını doldursunlar.

Dəfələrlə vurğulanır ki, vətəndaş ayıq-sayıq olmalıdır. Onlara gələn naməlum zəng və mesajlardan təhlükə hiss etməlidirlər. Vətəndaş gördüyü hər mesajı birbaşa qəbul etməməli, linklərə keçid etməməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası 30 sentyabr 2009-cu ildə 23 noyabr 2001-ci il Budapeştdə qəbul olunmuş kibercinayətkarlıqla mübarizəyə dair beynəlxalq Konvesiyaya qoşulub. Konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 5 bəyanat və 4 qeyd-şərt ilə təsdiq olunub. Bu Konvensiya kibercinayətkarlığa qarşı mübarizə aparmaq üçün cinayət hüququ sahəsində geniş, operativ və normal iş aparılması kimi faktorları özündə ehtiva edir.

Hüquqşünas Əkrəm Həsənov isə bildirib ki, kiberdələduzluq hallarının mənbəyinin müəyyən edilməsi qeyri-mümkün hesab oluna bilər:

“Siz sosial şəbəkə istifadəçisinizsə, artıq razılaşmısınız ki, sizə dünyanın hər yerindən zəng edə, mesaj yaza bilərlər. Bundan şikayət etsəniz belə, hüquq-mühafizə orqanları bunun üçün bir addım ata bilmir. Vətəndaşlara xəbərdarlıq olunur ki, onlara göndərilən linklərə daxil olmasınlar, məlumatlarını yazmasınlar. Əgər sosial şəbəkələrdən istifadə edirsinizsə, bu kimi hallarla qarşılaşmağınız normaldır. Süni intellektin inkişafı ilə bu hallar da çoxalır. Xarici vətəndaşlar süni intellekt vasitəsilə müxtəlif ölkələrə bu cür hücumlar təşkil edir. Bu müstəvidə vətəndaşların özləri diqqətli olmalıdırlar”.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin baş inspektoru, polis leytenantı Elbrus İbrahimov sözgedən hallarla bağlı vətəndaşlara xəbərdarlıq edib:

"Naməlum şəxslər vətəndaşlara müxtəlif xarici, yerli nömrələrdən mobil və ev telefonlarına zənglər etməklə yaxın qohumlarının xəstəxanaların birində ağır vəziyyətdə olması ilə bağlı yalan məlumatlar verərək təcili ödəniş edilməsi üçün müxtəlif məbləğlərdə pul vəsaitləri tələb edirlər. Cinayətkar şəxslər və qruplar tərəfindən hədəf kimi seçilən vətəndaşların yaşadıqları ünvanlara kuryerlər göndərməklə tələb olunan vəsaitlər nağd və ya onlayn formada ələ keçirilir.

Qeyd olunanları nəzərə alaraq, belə hallarla bağlı vətəndaşlar diqqətli olsunlar, daxil olan zənglər üzrə verilən məlumatları dəqiqləşdirsinlər, tanımadıqları şəxslərə pul vəsaitlərini verməsinlər".

Roza Şəfiyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://publika.az
archiveBu xəbər 13 Dekabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri