Icma.az
close
up
RU
Kiberhücumlardan necə qorunaq? Mütəxəssis bunları məsləhət görür

Kiberhücumlardan necə qorunaq? Mütəxəssis bunları məsləhət görür

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son dövrlərdə Azərbaycanın bəzi informasiya resurslarına, xüsusilə "gov.az" seqmentinə qarşı da "DDoS" və digər xarakterli kiberhücumlar həyata keçirilib. Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini Həsən Mansurov “Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans”da çıxışı zamanı deyib. Onun sözlərinə görə, belə hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real nəticələr doğura biləcəyini göstərir.

Rəis müavini əlavə edib ki, son illərdə ölkələrin enerji infrastrukturları da irimiqyaslı kiberhücumlarla üzləşir: “Bu ilin oktyabrında Avropa ölkələrindən təkcə birində dövlətin rəqəmsal xidmətlərinə qarşı kiberhücum zamanı təxminən 11 milyon sorğu vasitəsilə 750 minə yaxın fərdi identifikasiya nömrəsinə aid məlumatlar icazəsiz ələ keçirilib”.

Dövlət qurumlarına qarşı kiberhücumlar fonunda vətəndaşlar fərdi şəkildə öz şəxsi məlumatlarını, hesablarını və rəqəmsal təhlükəsizliyini qorumaq üçün hansı tədbirləri görməlidirlər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında İT mütəxəssisi Əmrah Mövsümzadə bildirib ki, dövlət qurumlarının informasiya resurslarına qarşı həyata keçirilən "DDoS" və digər kiberhücumlar kibertəhlükəsizliyin artıq yalnız texniki məsələ deyil, həm də milli təhlükəsizlik məsələsi olduğunu göstərir:

“Belə hücumların əsas məqsədi sistemlərin fəaliyyətini müvəqqəti dayandırmaq, dövlət xidmətlərinin əlçatanlığını məhdudlaşdırmaq və bəzi hallarda informasiya sistemlərinə daxil olaraq məlumatları ələ keçirməkdir. Bu cür halların qarşısının alınması üçün rəqəmsal infrastrukturun davamlı təkmilləşdirilməsi vacibdir. Xüsusilə dövlət informasiya sistemlərində "DDoS" hücumlarına qarşı müdafiə mexanizmləri gücləndirilməli, şəbəkə trafiki daim izlənilməli, sorğuların autentifikasiyası, məlumatların şifrələnməsi və ehtiyat sistemlərinin qorunması təmin edilməlidir.

Eyni zamanda, mütəmadi təhlükəsizlik auditlərinin aparılması və sistemlərdəki mümkün boşluqların hücum baş verməzdən əvvəl aşkarlanması mühüm əhəmiyyət daşıyır. Çünki müasir kiberhücumlar getdikcə daha da mürəkkəbləşir və onlara qarşı mübarizə davamlı təhlükəsizlik tədbirləri tələb edir. Müdafiə sistemlərinin də mövcud təhdidlərə uyğunlaşdırılması vacibdir”.

Onun sözlərinə görə, dövlət qurumlarına qarşı baş verən kiberhücumlar hər bir istifadəçinin şəxsi rəqəmsal təhlükəsizliyə daha ciddi yanaşmalı olduğunu bir daha xatırladır:

“İlk növbədə, bütün hesablar üçün güclü və fərqli şifrələrdən istifadə edilməli, mümkün olan platformalarda iki mərhələli təsdiqləmə aktivləşdirilməlidir. Şübhəli SMS-lərə, elektron məktublara və sosial şəbəkələrdə göndərilən keçidlərə daxil olmaqdan çəkinmək, həmin keçidlər vasitəsilə açılan saytlara, xüsusilə də məxfi məlumatları daxil etməmək lazımdır.

Buna misal olaraq bank kartı məlumatlarını, şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatları və təsdiq kodlarını göstərmək olar. Bu və digər məxfi məlumatlar heç kimlə paylaşılmamalı, naməlum və şübhəli mənbələrə təqdim edilməməlidir. Xüsusilə də məxfi məlumatların şübhəli saytlara daxil edilməsindən çəkinmək lazımdır. Belə məlumatlara bank kartı məlumatları, şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatlar, birdəfəlik təsdiq kodları və digər şəxsi informasiyalar daxildir. Bu məlumatlar heç kimlə paylaşılmamalı, naməlum və şübhəli saytlardakı müvafiq bölmələrə daxil edilməməlidir”.

Mütəxəssis qeyd edib ki, digər vacib məqam istifadə olunan telefon və kompüterlərin əməliyyat sistemlərinin, eləcə də proqram təminatlarının vaxtında yenilənməsidir:

“Çünki kiberdələduzlar çox zaman proqramlarda mövcud olan təhlükəsizlik boşluqlarından istifadə edirlər. Vətəndaşlar şəxsi məlumatlarının hansı platformalarda saxlanıldığına və kimlərlə paylaşıldığına da diqqət yetirməlidirlər. Yenilənməyən proqram təminatlarında və sistemlərdə əvvəlki versiyalardan qalan təhlükəsizlik boşluqlarına qarşı hücumlar həyata keçirilə bilər. Nəticədə bu cür hücumların zərərini birbaşa istifadəçilər də çəkə bilərlər. Buna görə də yeniləmə prosesinin vaxtında aparılması mütləq vacibdir. Ən əsası, kibertəhlükəsizlik təkcə dövlət qurumlarının və ya müəssisələrin məsuliyyəti deyil. Bu, dövlətin, özəl sektorun və hər bir vətəndaşın birgə yanaşmasını tələb edən məsələdir.

Çünki sistem nə qədər mürəkkəb və güclü olsa, bütün təhlükəsizlik standartlarına uyğun qurulsa belə, burada zəif həlqə adlandırılan bir amil mövcuddur. Bu, insan faktorudur. İnsan amili nəzərə alınmadıqda heç bir güclü və təhlükəsiz sistem tam qorunmuş vəziyyətdə qala bilməz. Buna görə də rəqəmsal mühitdə təhlükəsizliyin təmin olunması üçün həm texniki müdafiə mexanizmləri, həm də istifadəçilərin kiberməlumatlılıq səviyyəsi paralel şəkildə artırılmalıdır”.

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Noyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see438

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see324

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see320

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see317

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see313

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see306

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see275

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see274

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see269

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see268

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see262

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see262

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see261

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see261

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see257

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see236

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see236

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see227

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see208

Yemək saatlarına DİQQƏT: Ömrünüzü qısaldır ARAŞDIRMA

21 Noyabr 2026 16:47see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri