Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Kiçik Finlandiya Qış müharibəsində SSRİ ni necə alçaltdı?

Kiçik Finlandiya Qış müharibəsində SSRİ ni necə alçaltdı?

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

İosif Stalin ordusunun 12 gün ərzində Finlandiyanı işğal edəcəyini gözləyirdi. Lakin bu müharibə Sovet İttifaqı üçün qanlı fəlakətə çevrildi.

1939-cu ildə dünya genişmiqyaslı münaqişənin astanasında idi. Yaponiya Çində qanlı kampaniya aparır, İtaliya Efiopiyanı işğal edirdi, nasist Almaniyası isə Avstriyanı özünə birləşdirərək, Çexoslovakiyaya təhdid edirdi. Bu fonda daha bir dramatik hadisə baş verdi: Finlandiyanın Sovet İttifaqının işğalına qarşı müqaviməti, yəni Qış müharibəsi.

Tribunainfo.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu tarixi hadisələr haqqında “19FortyFive National Security” nəşrinin şərhçisi, ABŞ ordusunun xüsusi təyinatlı qüvvələrinin keçmiş zabiti Stiv Balestrieri məqalə yazıb.

Finlandiyanın sovet planlarını hiss etməsi

Finlər Stalinin torpaqlarını, xüsusilə də təbii sərvətlərini, o cümlədən nikel yataqlarını ələ keçirmək istəyini başa düşürdü. 1939-cu ilin avqustunda SSRİ və Almaniya arasında Molotov-Ribbentrop paktının imzalanması bu qorxuları daha da gücləndirdi. Polşanın işğalı və SSRİ ilə Almaniya arasında bölüşdürülməsindən sonra Stalin Finlandiyaya təzyiq göstərməyə başladı.

Sovet rəhbərliyi Leninqradın müdafiəsini gücləndirmək bəhanəsi ilə Finlandiya körfəzi yaxınlığında yerləşən adaların və Hanko yarımadasında hərbi-dəniz bazası üçün torpaq sahələrinin SSRİ-yə verilməsini tələb etdi. Əvəzində isə Finlandiyaya əhəmiyyətsiz bir hissə olan Kareliyadan kiçik bir ərazi təklif edildi.

Müstəqilliyini 1917-ci ildə qazanan Finlandiya bu tələbləri rədd etdi və Sovet İttifaqının təzyiqlərinə boyun əymədi.

SSRİ-nin böyük, lakin zəif hazırlanmış ordusu

Finlandiyanın imtinası Stalini qəzəbləndirdi və o, işğala hazırlaşmaq əmri verdi. Sovet ordusu kağız üzərində böyük görünürdü – onun 1 milyondan çox əsgəri var idi. Lakin bu qüvvənin yalnız 500 000 nəfəri Finlandiyaya qarşı cəmlənmişdi.

SSRİ texniki baxımdan da üstün idi – çoxsaylı tanklar, təyyarələr və artilleriya silahları var idi. Lakin 1937-ci ildə baş verən “Böyük Təmizləmə” ordunun effektivliyini ciddi şəkildə zəiflətmişdi.

1937-ci ildə Stalinin ordudakı təmizləmə əməliyyatı

Stalin müstəqil düşüncəli zabitlərə etibar etmirdi və 1937-ci ildə orduda genişmiqyaslı təmizləmə apardı. 30 000 hərbçi, o cümlədən yüksək rütbəli komandirlər edam edildi.

Bütün vacib vəzifələrə təcrübəsiz və zəif zabitlər təyin edildi. Bununla yanaşı, hərbi qərarları nəzarətdə saxlamaq üçün siyasi komissarlar təyin olunmuşdu.

Finlandiyanın kiçik, lakin yüksək döyüş ruhuna malik ordusu

Finlandiya ordusu kiçik idi, lakin yaxşı hazırlanmışdı. Müharibənin əvvəlində onun cəmi 33 000 əsgəri, bir neçə onlarla tankı və təyyarəsi var idi. Lakin səfərbərlik nəticəsində ordunun sayı 400 000-ə çatdırıldı.

Finlər şaxtalı qış şəraitinə uyğun döyüş aparmağı bacarır və ərazini çox yaxşı tanıyırdılar. Finlandiyanın müdafiəsini baron Karl Qustav Mannerheym idarə edirdi.

SSRİ-nin işğal planı və uğursuzluqlar

30 noyabr 1939-cu ildə SSRİ işğala başladı. Sovet tərəfi əsas hücumu Kareliya İsthmusu vasitəsilə həyata keçirmək istəyirdi və Finlandiyanın 12 günə təslim olacağını düşünürdü.

Lakin finlər Mannerheym müdafiə xəttində möhkəmlənərək Sovet tanklarını və piyadalarını uğurla dayandırdılar. Buzla örtülmüş göllər və sıx meşələr sovet texnikasının irəliləməsini çətinləşdirirdi.

“Molotov kokteyli”nin yaranması

Finlər sovet tanklarına qarşı sadə, lakin effektiv bir silah – “Molotov kokteyli” hazırladılar. İçərisinə yandırıcı maye doldurulmuş şüşə butulkalar tanklara atılır və onları alova qərq edirdi.

Fin ordusu Mannerheym xəttində Sovet İttifaqının 7 diviziyasını və 2 tank briqadasını məğlub edərək minlərlə əsgərini və 250-dən çox tankını məhv etdi.

Suomussalmi döyüşü – Finlandiyanın möhtəşəm qələbəsi

Mərkəzi Finlandiyada, Suomussalmi bölgəsində finlər Sovet İttifaqının 163-cü və 44-cü diviziyalarını tamamilə məhv etdilər.

Bu döyüşdə SSRİ 30 000-dən çox əsgərini itirdi, 43 tank və 270 hərbi maşın ələ keçirildi. Finlandiyanın itkiləri isə cəmi 900 ölü və 1 770 yaralı idi.

SSRİ-nin yenidən təşkilatlanması və müharibənin sonu

SSRİ-nin uğursuzluqlarından sonra Stalin ordunun rəhbərliyini dəyişdi və marşal Timoşenko ilə general Jukovu cəbhəyə göndərdi. Yeni komandanlıq möhkəm artilleriya atəşləri və ağır bombardmanlar təşkil etdi.

Finlandiya ağır itkilər verdiyinə görə 1940-cı ilin martında sülh sazişi imzalamağa məcbur oldu və ərazisinin 11%-ni SSRİ-yə verdi. Lakin bu müharibə SSRİ üçün siyasi və hərbi fəlakət oldu.

Finlandiyanın fədakarlığı və SSRİ-nin itkiləri

Finlandiya 25 000 ölü və 50 000 yaralı verdi. Lakin onlar öz müstəqilliklərini qorumağı bacardılar.

SSRİ isə daha böyük itkilərə məruz qaldı – 126 000 ölü və 188 000 yaralı.

Finlər “motti” taktikasından istifadə edərək Sovet ordusunu xırda qruplara bölərək məhv etdi. Lijçilərdən istifadə etməklə sürətli və gözlənilməz hücumlar təşkil edirdilər.

Bu müharibə Finlandiyanın kiçik, lakin güclü bir ordu ilə böyük bir imperiyanı necə məğlub edə biləcəyinin tarixi nümunəsi oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Aprel 2025 01:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see298

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri