Kilian Mbappe: “Finala çıxmaq üçün tələb olunanları etmədik”
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın yarımfinalında İspaniyaya 0:2 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, 27 yaşlı kapitan komandasının qarşılaşmaya hazırladığı oyun planını meydanda həyata keçirə bilmədiyini etiraf edib.
“Hazırlaşdığımız oyunu göstərə bilmədik. İlk dəqiqələrdən üç futbolçu ilə iki rəqibə qarşı pressinq tətbiq etdik və orada səhvə yol verdik. İspaniyaya qarşı fərdi şəkildə pressinq etməli idik. Hətta topu ələ keçirdiyimiz zaman toxunuşlarımız və hərəkətlərimiz DÇ-nin yarımfinalına layiq səviyyədə deyildi”, - deyə Mbappe bildirib.
Fransalı hücumçu komandasının finala yüksəlmək üçün lazım olan səviyyədə çıxış etmədiyini vurğulayıb:
“DÇ-nin yarımfinalında etməli olduğun işləri yerinə yetirməyəndə qalib gələ bilmirsən. İspaniya öz oyun planına sadiq qaldı. Dürüst olsaq, finala çıxmaq üçün tələb olunanları etmədik. Texniki və taktiki baxımdan uğursuz olduq”.
Qeyd edək ki, İspaniya Fransanı 2:0 hesabı ilə məğlub edərək DÇ-2026-nın finalına yüksəlib. Fransa isə iyulun 18-də üçüncü yer uğrunda oyunda İngiltərə - Argentina görüşünün məğlubu ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 15 İyul 2026 10:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















