“Turan Tovuz” finala çıxmaq istəmirdi?
Footbal-plus saytına istinadən Icma.az xəbər verir.
Fevralın 21-də ölkə kubokunun yarımfinalının ilk cavab qarşılaşması keçirildi. İlk oyunda 2:0 qalib gələn “Zirə” bu dəfə “Turan Tovuz”u qəbul etdi.
Sumqayıtda keçirilən oyun qalmaqallı hakim qərarları ilə yadda qalmışdı. Zirədəki oyunda da Qərb təmsilçisinin qələbə şansı heç də aşağı dəyərləndirilmirdi. Amma tovuzluların göstərdiyi oyun ümidləri puç etdi.
Belə ki, Kurban Berdıyevin kollektivi heç cür istədiyi oyunu göstərə bilmədi. “Bozqurd” yarımmüdafiədə dominantlığı ələ ala, hücumda “dişini göstərə” bilmirdi. Rəşad Sadıqov rəqibi çox yaxşı təhlil etmişdi, qonaqlara əl-qol açmağa imkan vermirdi. Maraqlıdı ki, bu mövsüm bir oyunda belə 90 dəqiqə oynamayan Xəyal Nəcəfov niyə start heyətində idi? Ayxan Hüseynov niyə sona yaxın meydana çıxdı?
Düzdü, ilk oyunda idarəçilik nəticəyə ciddi təsir etdi. Amma qəbul edək ki, tovuzlular Zirədə ümumi hesabı qələbəyə çevirmək üçün heç nə etmədi və ya edə bilmədi.
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 23 Aprel 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















