Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Kilsə dövlətin içində “dövlət” idi Paşinyan bu sistemi dağıdır ANALİZ

Kilsə dövlətin içində “dövlət” idi Paşinyan bu sistemi dağıdır ANALİZ

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanda legitimlik uğrunda açıq müharibə başladı

Ermənistanda kilsə ilə dövlət münasibətləri ətrafında gərginlik yenidən gündəmə gəlib. Baş nazir Nikol Paşinyan brifinqdə çıxışı zamanı ölkədə kilsə–dövlət münaqişəsinin olmadığını desə də, kəskin ittihamlarla diqqət çəkib. O qeyd edib ki, “kilsənin hakimiyyətini qəsb edən bir şəxs var. Biz onu layiq olmadığı vəzifəsindən uzaqlaşdırmaq üçün bütün icazə verilən qanuni tədbirləri görəcəyik”.

Xatırladaq ki, Ermənistan Baş naziri bütün ermənilərin katolikosu II Qaregini subaylıq andını pozmaqda günahlandırır. Paşinyan bildirib ki, əgər II Qareginin həqiqətən də subaylıq andını pozduğu və uşaq atası olduğu ortaya çıxsa, o, bütün ermənilərin katolikosu ola bilməyəcək. Din xadimləri də öz növbəsində Ermənistan Baş nazirini kilsə əleyhinə kampaniya başlatmaqda ittiham edir.

Politoloq Amid Əliyev “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanda son aylarda dərinləşən kilsə–hakimiyyət gərginliyi artıq lokal institusional mübahisə çərçivəsindən çıxaraq ölkənin siyasi gələcəyini müəyyən edən əsas qarşıdurmalardan birinə daha doğrusu erməni siyasi gündəminin ana xəttinə çevrilib. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan rəsmi açıqlamalarında “kilsə–dövlət münaqişəsi yoxdur” desə də, II Qareginin kilsə hakimiyyətini “qəsb etdiyini” və onun vəzifədən uzaqlaşdırılması üçün bütün qanuni vasitələrdən istifadə ediləcəyini açıq şəkildə bəyan edir:

“Bu mövqe faktiki olaraq Ermənistanın ən qədim və ən nüfuzlu institutlarından biri ilə hökumət arasında açıq legitimlik savaşının getdiyini real zaman şəraitdə göstərir. Məsələ yalnız dini rəhbərliklə bağlı deyil, mövzu post Qarabağ dövründə Ermənistanın necə bir dövlət olacağı, hansı ideoloji və geosiyasi kursu seçəcəyi barədə fundamental siyasi seçimdən və bütövlükdə erməni cəmiyyətinin yeni yaranmış geosiyasi konfiqurasiyasiyaya transformsiyasından gedir.

Erməni Apostol Kilsəsi tarixən sadəcə dini institute və ya ibadət yeri olmayıb. Dövlətçilik ənənələrinin zəif olduğu dövrlərdə kilsə erməni milli kimliyinin, tarixi yaddaşının və diasporla əlaqələrin əsas daşıyıcısı rolunu oynayıb. Bu səbəbdən kilsə Ermənistan cəmiyyətində xüsusi simvolik və siyasi çəkiyə malikdir. Müasir Ermənistan sekulyar dövlət kimi formalaşsa da, kilsə hələ də həm ölkə daxilində, xüsusilə regionlarda, həm də diasporada ciddi təsir imkanlarını saxlayır. Məhz bu tarixi irs kilsəni adi dini aktordan daha çox milli-siyasi institut səviyyəsinə qaldırıb və indiki qarşıdurmanın kəskinliyini izah edən əsas amillərdən biridir”. Politoloq qeyd edib ki, erməni kilsəsi əsrlər boyu erməni dövlətinin içində “dövlətə” çevilərək bütün siyasi, iqtisadi və social proseslərə təsir etmə imkanının da ha da inkişaf etdirərək sanki ali hakimiyyət orqanı statusunu özünə əxz edib:

“Nikol Paşinyan hakimiyyəti bu gün kilsə ilə qarşıdurmanı formal olaraq konkret şəxsin, II Qareginin legitimliyi üzərindən aparmağa çalışır. Baş nazirin arqumentlərinə görə, məsələ kilsənin özündə deyil, kilsə hakimiyyətini qeyri-qanuni şəkildə əlində saxlayan bir fiqurdadır. O, bunu Qaregini subaylıq andını pozmaqda, kilsədaxili idarəetməni şəxsi maraqlara tabe etdirməkdə və kilsəni siyasi proseslərə cəlb etmək kimi arqumentlərlə ittiham edir. Hökumət bu ittihamları hüquqi müstəviyə çıxararaq, kilsə rəhbərliyinin legitimliyini ictimai müzakirə predmetinə çevirməyə çalışır. Bununla yanaşı, “kilsə islahatları”, şəffaflıq və institusional yenilənmə kimi anlayışlar hökumət diskursunda getdikcə daha çox yer almağa başlayıb. Kilsə və ona yaxın ictimai xadimlər isə bu prosesi açıq anti-kilsə kampaniyası kimi qiymətləndirirlər. Kilsə ətrafında baş verən siyasi-dini qarşıdurma erməni cəmiyyətində dərin çatlar, kəskin ziddiyətlər və dövlətlə vətəndaş arasında inmaın silkələnməsinə zəmin yaradıb. Kilsənin legitimliyini saxlamağa hədəflənmiş şəxslərin və siyasi qrupların fikrincə, hakimiyyət dini institutu zəiflətməklə milli birliyə zərbə vurur və kilsəni siyasi rəqib kimi neytrallaşdırmağa çalışır. Ruhani elita hökuməti konstitusion prinsipləri pozmaqda, kilsənin daxili işlərinə müdaxilə etməkdə və dövlət gücündən siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edir. Bu mövqe xüsusilə müharibədən sonra formalaşmış milli-konservativ elektorat arasında müəyyən rezonans doğurur və kilsəni Paşinyana qarşı ideoloji alternativ mərkəzə çevirir. Bu eyni zamanda Paşinyan hakimiyyətinin əleyhidarları üçün də əlverişli silaha çevrilir”.

 Erməni cəmiyyətində bu qarşıdurmaya qarşı münasibətin birmənalı olmadığını vurğulayan A. Əliyev qeyd edib ki, iri şəhər mühiti, gənclər və liberal elektoratın əhəmiyyətli hissəsi kilsənin siyasətdən kənar qalmasını və dövlətin sekulyar xarakterinin gücləndirilməsini dəstəkləyir: “Buna qarşılıq regionlarda, daha ənənəvi düşüncəyə malik sosial qruplar üçün kilsə milli təhlükəsizliyin və tarixi davamlılığın simvolu kimi qəbul olunur. Bu sosial parçalanma kilsə–hakimiyyət qarşıdurmasını təkcə elitlərarası mübarizə yox, həm də cəmiyyət daxilində ideoloji bölünmə formasına salır. Bununla yanaşı güclü siyasi fiqur olan erməni diasporu da kilsənin erməni cəmiyyətinə mövcud olan gücünün qorunub saxlanılmasında maraqlıdır.

Mövcud qarşıdurmanın kökündə bir neçə əsas səbəb dayanır. Birincisi, Paşinyan hakimiyyətinin Qarabağ müharibəsindən sonra seçdiyi yeni siyasi kursdur. Bu kurs daha praqmatik, “real Ermənistan” anlayışına əsaslanan, Qərbə yaxınlaşmanı və regional kompromisləri önə çıxaran yanaşmanı ehtiva edir. Erməni cəmiyyəti və dövləti mərhələyə qədəm qoymaq üçün bütün keçmişin qalıqlarından və ələlxüsus da kilsənin zərərli təsirindən qurtulmalıdır. Kilsə və ona yaxın dairələr isə daha çox “tarixi Ermənistan”, milli iddialar və ənənəvi təhlükəsizlik düşüncəsi üzərində qurulmuş ideoloji xətti müdafiə edirlər. İkincisi, yaxınlaşan seçkilər fonunda kilsə potensial siyasi mobilizasiya mərkəzi kimi qiymətləndirilir. Hakimiyyət üçün kilsənin açıq və ya dolayı şəkildə müxalif qüvvələri legitimləşdirməsi real risk olaraq görülür. Üçüncüsü isə geosiyasi faktorlar dayanır, bəzi analitiklər və ekspertlər kilsəni Rusiyanın Ermənistandakı ənənəvi təsir kanallarından biri kimi qiymətləndirir və bu kontekstdə qarşıdurmanı daha geniş regional proseslərin tərkib hissəsi sayırlar.

Bu vəziyyətdə sual yaranır: qarşıdurma kimlərə xidmət edir və kimlər tərəfindən qızışdırılır? Paşinyan üçün bu mübarizə siyasi nəzarəti möhkəmləndirmək, müxalif mərkəzləri zəiflətmək və Qərbə yönəlmiş dövlət modelini institusional olaraq təmin etmək imkanı yaradır. Kilsə və ona yaxın konservativ elitalar üçün isə bu, siyasi təsir imkanlarını qorumaq, milli-tarixi narrativi gündəmdə saxlamaq və seçkilər öncəsi hakimiyyətin manevr imkanlarını məhdudlaşdırmaq vasitəsidir. Paralel olaraq, köhnə siyasi elitalar və radikal müxalif qruplar bu qarşıdurmanı hakimiyyətə qarşı istifadə edilə bilən əlverişli alət kimi görürlər”.

Politoloq hesab edir ki, hazırkı mərhələdə Ermənistan hakimiyyəti problemi açıq institusional toqquşma olmadan, mərhələli şəkildə idarə etməyə çalışır: “Hüquqi mexanizmlər, informasiya mübarizəsi və legitimlik diskursu əsas alətlər kimi ön plana çıxır. Ruhanilərə qarşı cinayət işləri, auditlər və kilsə rəhbərliyinin ictimai tənqidə məruz qalması bu strategiyanın elementləridir. Məqsəd kilsəni birbaşa qarşıdurmaya çəkmədən, onun siyasi təsir imkanlarını tədricən zəiflətməkdir. Əgər bu qarşıdurma seçkilərə qədər həll olunmasa, ən real ssenari “idarə olunan gərginlik” modelinin davamıdır. Açıq kilsə–dövlət böhranı ehtimalı aşağı olsa da, kilsənin dolayı siyasi təsiri Paşinyanın seçki mövqelərini zəiflədə bilər. Kilsə Paşinyanı təkbaşına hakimiyyətdən uzaqlaşdıra bilməsə də, onun qələbə marjasını azalda, müxalif qüvvələr üçün mənəvi legitimlik yarada və siyasi prosesləri daha qeyri-stabil hala gətirə bilər. Ermənistanda kilsə–hakimiyyət qarşıdurması dini mübahisədən çox, dövlətin gələcək kimliyi uğrunda gedən siyasi mübarizədir. Bu mübarizə post-müharibə Ermənistanının hansı yol ayrıcını seçəcəyini, tarixi-millətçi identikliklə praqmatik dövlətçilik arasında hansı balansı quracağını müəyyən edəcək. Seçkilərə qədər bu konfliktin tam həll olunması real görünmür, əksinə, o, Ermənistan siyasətinin əsas gərginlik xətti olaraq qalmaqda davam edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Yanvar 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri