Kim Çen In elə bir tank göstərdi ki… Dünya ŞOKDA KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Şimali Koreyanın paytaxtı Pxenyan şəhərində piyada və tank bölmələrinin iştirakı ilə taktiki hərbi təlimlər keçirilib.
KONKRET.az xəbər verir ki, məlumata görə, təlimlərin əsas məqsədi hücum zamanı bölmələr arasında qarşılıqlı fəaliyyətin, o cümlədən tank əleyhinə müdafiə sistemlərinin zərərsizləşdirilməsi və ardınca hücum əməliyyatlarının məşq etdirilməsi olub.
Təlimlərdə süvari alayının tanklarla təchiz olunmuş rotası, xüsusi təyinatlı qüvvələr, həmçinin zərbə tipli pilotsuz uçuş aparatları iştirak edib.
Şimali Koreya lideri Kim Çen In təlimlərin gedişindən razılığını ifadə edərək yeni əsas döyüş tankını “zərbə gücü, manevr qabiliyyəti və müdafiə səviyyəsinə görə dünyada analoqu olmayan nümunə” kimi qiymətləndirib.
Bildirilib ki, nümayiş zamanı tankın aktiv müdafiə sistemi müxtəlif istiqamətlərdən hücum edən tank əleyhinə raketləri və pilotsuz aparatları 100 faiz dəqiqliklə zərərsizləşdirib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Mart 2026 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















