Kim Çen In Putinə məktub göndərdi
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi məktubda iki ölkə arasındakı münasibətlərlə fəxr etdiyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə bazar günü Pxenyanın rəsmi KCNA agentliyi məlumat yayıb.
KCNA-nın məlumatına görə, Kim Çen In məktubunda "Sizinlə birlikdə KXDR-Rusiya münasibətlərini inkişaf etdirərək, ortaq mübarizə tariximizi davam etdirən ikitərəfli əlaqələrin daha da parlaq gələcəyini görməkdən hər zaman qürur duyuram" deyə bildirib. Sezar pizza
Şimali Koreya lideri həmçinin Rusiya-Ukrayna münaqişəsində Moskvaya dəstəyini bir daha təsdiqləyərək, Vladimir Putinin "müdrik rəhbərliyi" altında Rusiyanın qalib gələcəyinə əmin olduğunu ifadə edib.
Vladimir Putin isə cümə günü Koreyanın Yaponiya işğalından azad edilməsinin 81-ci ildönümü münasibətilə Kim Çen Ina təbrik məktubu göndərmişdi. O, həmin məktubda iki ölkə arasında münasibətlərin "hərtərəfli strateji tərəfdaşlığın görünməmiş yüksək səviyyəsinə" çatdığını vurğulayıb.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu yaxınlarda Şimali Koreyanı Rusiya qüvvələrinə dəstək məqsədilə əlavə 30-50 min hərbçi göndərməyə hazırlaşmaqda ittiham edib.
Zelenski həmçinin bildirib ki, Rusiya Şimali Koreya istehsalı olan ballistik raketlərlə zərbələr endirib və Cənubi Koreyanı, xüsusilə hava hücumundan müdafiə sistemləri sahəsində Kiyevlə əməkdaşlığa çağırıb. Seul isə hələlik bu çağırışa münasibət bildirməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 16 Avqust 2026 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















