Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Kim dostdur, kim düşmən, kim sevgilidir, kim ailə, heç nə bilinmir

Kim dostdur, kim düşmən, kim sevgilidir, kim ailə, heç nə bilinmir

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Tez-tez eşidirdik, dünya dəyişəcək, hamımız gülüb keçirdik. Deyirdilər, dünya əvvəlki dünya olmayacaq, inanmırdıq. Danışırdılar ki, insanlıq başqa bir mərhələyə adlayır, kimsə bunun nə demək olduğunu tam anlamırdı.

Yavaş-yavaş və məcburən anlamağa başlamışıq.

Dünya dəyişdi. Amma biz dünyanın dəyişəcəyini başqa cür təsəvvür etmişdik. Elə bilirdik texnologiya inkişaf edəcək, insanlar daha ağıllı olacaq, dövlətlər daha ədalətli davranacaq, müharibələr azalacaq, sərhədlər yumşalacaq. Qurd quzu ilə yaşayacaq. Sən saydığını say, gör fələk nə sayır. Sən demə, dünyanın dəyişməsi insan dəyişməsi imiş. İndi baxırsan, texnologiya sürətləndi, bu sürət vicdanı əlimizdən aldı. Silahlar ağıllandı, insanın ağlını sellərə verdi.

Dövlətlərin imkanları böyüdü, qarşılığında bir-birinə etimad kiçildi. İndi qarşıya çıxan ən böyük problem, kimin kim olduğunu bilməməyimizdir.

Hansı ölkə hansının dostudur, düşmənidir, müttəfiqidir, bilinmir. Dünən bir-birinə düşmən deyənlər bu gün eyni masada oturur. Bu gün eyni masada oturanlar sabah bir-birinə qarşı sanksiya elan edir.

Səhər “strateji tərəfdaş” olan ölkə axşam “təhlükə” elan edilir. Dünən qucaqlaşanlar bu gün bir-birini hədələyir. Dünən əl sıxanlar bu gün biri-birinə silah sıxır. Dostluğun da, düşmənliyin də son istifadə tarixi var. Dəhşətdi...

ABŞ Prezidenti Donald Trampın İranla bağlı bir-birinə zidd görünən mesajları bunun ən bariz nümunələrindəndir. Bir gün dialoqdan, anlaşmadan, münasibətlərin yaxşılaşmasından danışılır. Başqa bir gün hərbi əməliyyat, təhdid və bombalar gündəmə gəlir.

Siyasətin də dili dəyişib. Əvvəllər sözün ardınca onu tutmaq gəlirdi, indi sözün ardında ona əməl etməmək həyat tərzidr. Rusiya-Ukrayna müharibəsi dünyanın necə dəyişdiyini daha ağır şəkildə göstərdi. Vladimir Putin dəfələrlə ruslarla ukraynalıların tarixi və mədəni yaxınlığından, hətta eyni xalq anlayışından danışır. Eyni zamanda Ukraynada müharibə davam edir, insanlar ölür, şəhərlər dağıdılır, evlər viran qalır.

Modern dünyanın ən böyük paradoksu bilirsiniz nədir, insan haqqında danışan siyasət insanın özünü qoruya bilmir.

Dünyanın ən maraqlı səhnələri göz önünə gəlir, dövlət başçıları görüşür, gülümsəyir, əl sıxır, şəkil çəkdirirlər.

Görüş bitir, təyyarələr havaya qalxır, vəssalam... Hər şey unudulur. Həmin rəhbərlər bir-birinə sanksiyalar, təhdidlər, diplomatik notalar, bombalar göndərir. Buna nə deyəsən, kamera qarşısında diplomatiya, kamera arxasında geosiyasətmi, riyakarlqımı, zamanla ayaqlaşnaqmı...  İnsan bu iki dünyanın arasında qalır.

Sadə insan müharibə istəmir, amma müharibədə oğlunu itirir, evindən olur.

Siyasətdə əbədi dostluqdan çox milli maraq danışılır. Amma problem milli marağın mövcudluğunda görünmür, milli maraq bəzən bütün mənəvi sərhədləri silmək üçün bəhanəyə çevrilir. Maraqlar dəyişir, münasibətlər dəyişir, ölən insan geri qayıtmır.

Bu gün dünyanın siyasi sistemi getdikcə daha çox transaksion münasibətlər üzərində qurulur. Kim nə verir, kim nə alır, kim nə qədər qazandırır, kim nə qədər itiriri, kim kimin üçün lazımdır?

Kim haqlıdır sualı aktullağını çoxdan itirib. İnsan dəyişib. Küçəyə çıxırsan, baxırsan, restorana gedirsən, baxırsan. Bir masada kim kiminlə oturub, anlamaq olmur. Kim kimin dostudur bilinmir. Kim kimin düşmənidir kəsdirə bilmirsən. Kim kimin sevgilisidir, başa düşmürsən, hətta kim kimin həyat yoldaşıdır, sualının qarşısında aciz qalırsan.

Birinin sevgilisi başqasının qolundadır. Birinin “ömürlük” dediyi insan sabah başqasının yanında görünür.

Əvvəlki münasibətlərin adı qalıb, özü çoxdan ölüb. Dostluq var, onun atributu olan sədaqət yoxdur. Sevgi var, vəfa, etibar ərşə çəkilib. İnsanlar bir-birinin həyatına girir, çıxır, yenidən qayıdır. Heç nə olmamış kimi davranırlar.

Bax, belə dünyaya gəldik. İndi heç kim heç nəyə təəccüblənmir. Utanmaq hissi əbədiyyətə qovuşub.

Əvvəllər insan bir addım atanda öncə düşünürdü, sonra hərəkət edirdi. İndi addımı atandan sonra düşünürlər. Əvvəllər ayıb insanı durdururdu, indi hətta ayıb da kontentə çevrilib. Əvvəllər insanın sirri vardı, indi o sirri elə insan özü yayımlayır. Əvvəllər şəxsi həyat şəxsi idi, indi şəxsi həyatın özü nümayiş predmetidir. Kədərlisi odur ki, insan görünmək üçün özündən itir.

Vallah, at izi it izinə qarışıb. Nəyin doğru, nəyin yanlış olduğunu ayırmaq çətinləşib. Kimin səmimi, kimin rol oynadığını anlamaq müşkülə çevrilib. Kimin dostluğunun arxasında sevgi, kimin dostluğunun arxasında maraq dayandığını bilmək olmur. Kimin “səni sevirəm” sözünün arxasında ürək, kimin sözünün arxasında oyun olduğunu bilmək adamı məyusluğa salır.

Biz artıq qarışıqlığa öyrəşmişik. Məsələnin ən ağrılı tərəfi bududur. İstisnalar normaya çevrilir. Əvvəllər insanı utandıran hadisə indi müzakirə olunmur. Bir insanın adına ləkə olan şey bu gün onun “şəxsi seçimi” adı ilə müdafiə olunur. Bəlkə də buna görə köhnə adamlar “Tərbiyə qalmadı”, “İnsanlıq dəyişdi”, “Bizim vaxtımızda belə deyildi”, deyə şikayət edirlər. Yeni adamların isə tükü də tərpənmir, onların “normal” anlayışı başqadır. Hiss olunur ki, gücün qarşısında prinsip, marağın qarşısında vicdan geri çəkilir.

Dünya böyük bir bazara bənzəməyə başlayıb. Bu bazarda etibar, sədaqət, dostluq, sevgi, insan satılır. Hər bir halda insan kim olduğunu itiriməkdən qorxmalıdır. İnsan öz dostunu tanımaya, düşmənini səhv sala, sevgilisini dəyişə bilər. Amma özünü itirəndə artıq itirdiyi şeyin adını belə tapa bilməyəcək.

Elşad EYVAZLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Sentyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see338

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see320

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see315

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see298

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see294

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see291

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see282

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see274

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see263

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see258

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see247

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see245

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see241

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see237

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see230

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see221

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see219

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see216

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see215

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri