Kim Kardaşyanla Luis Hamilton buna görə ayrıldılar (Foto)
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Amerikalı televiziya ulduzu Kim Kardaşyan və "Formula -1" pilotu Luis Hamilton arasındakı böyük sevgi sona çatıb. Kim Kardaşyan sosial media hesabından birlikdə çəkdirdikləri bütün şəkilləri silib və Luis Hamiltonu izləməyəi dayandırıb.
Milli.Az lent.az-a istinadən bildirir ki, iddialara görə, ayrılığa səbəb Luis Hamiltonun keçmiş sevgilisi və Kim Kardaşyanın ögey bacısı Kendall Cenneri unuda bilməməsidir.
Fotolari sildi və onu izləməyi dayandırdı
Münasibətlərini ictimaiyyətin gözü qarşısında yaşamağı sevən cütlüyün böyük sevgisi sona çatıb. Kim Kardaşyan sosial media hesabından Hamiltonla çəkdirdiyi bütün şəkilləri silib və məşhur pilotu izləməyi dayandırıb.
Ayrılma səbəbi: ögey bacı
Britaniya mətbuatında yer alan iddialara görə, bu böyük sevginin sonunun səbəbi olduqca təəccüblüdür. Hamiltonun keçmiş münasibətləri olan və eyni zamanda Kim Kardaşyanın ögey bacısı olan məşhur model Kendall Cenneri unuda bilmədiyi və bu vəziyyətin münasibətlərdə dönməz bir böhrana səbəb olduğu bildirilir. Kim Kardaşyanın artıq bu vəziyyətə dözə bilmədiyi və münasibətlərə son qoyduğu bildirilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 12 İyul 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















