Icma.az
close
up
RU
“Kim Putinə inanır?“: ukraynalılar atəşkəsə ümid etmir və mübarizəyə hazırdır“ “The Times“

“Kim Putinə inanır?“: ukraynalılar atəşkəsə ümid etmir və mübarizəyə hazırdır“ “The Times“

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

"Rusiya elə tələblər irəli sürür ki, onların əksəriyyətini ukraynalılar heç vaxt qəbul etməyəcək..."

Ukraynalılar siyasətçilərin mümkün atəşkəslə bağlı bəyanatlarına baxmayaraq, mübarizəyə hazırlaşır. 

Moderator.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb.

Qeyd edilir ki, əgər Vladimir Zelenskinin hökuməti sülh naminə suverenlikdən imtina etsə, bu, Ukraynada xəyanət kimi qəbul olunacaq.

Kiyev yaxınlığındakı təlim düşərgəsində 3-cü əlahiddə desant-hücum briqadasının tərkibində hazırlıq keçən ukraynalı Pavel etiraf edir ki, müharibənin tezliklə bitəcəyinə ümid etmir.

"Biz yüz illərdir Rusiya ilə vuruşuruq", - o, gülərək bildirir. O, rusları dəli adlandırır və münaqişənin 2022-ci ildə yox, 2014-cü ild, Rusiya Krımı və Donbasın bir hissəsini işğal edəndə başladığını hesab edir. "Mənim 24 yaşım var, amma özümü qat-qat yaşlı hiss edirəm," - o, bildirir. "Mən bu müharibəyə 12 yaşım olanda hazırlaşmağa başlamışam". O, ilin sonuna qədər cəbhədə qalacağını gözləyir.

Pavel və qrupu dörd günlük təlim düşərgəsi üçün təxminən 14 min qrivna ödəyib. Bütün könüllülər ön cəbhəyə tam hazır olmaq istəyir. "Neçəniz bu silahı əlinizdə tutmusunuz?" - təlimçi soruşur, qrup isə avtomatları təmizləyir. Bütün əllər qalxır. "Unutmayın, silah siz deyilsiniz, siz silahsınız".

Rusiya elə tələblər irəli sürür ki, onların əksəriyyətini ukraynalılar qəbul etmir, bunıar demilitarizasiya, Qərbdən hərbi yardımın dayandırılması və Ukraynanın NATO-ya üzv olmayacağına zəmanətdən ibarətdir.

"Ukraynalılar Kiyevdə Rusiya nəzarətində olan Belarusiya modelinə qarşı istənilən qiymətə müqavimət göstərəcək", - Oksford Universitetinin professoru Yanina Dill bildirir. "Ukraynalılar, hətta bu, həyatlarını xilas etsə və ya nüvə müharibəsi riskini azaltsa belə, Rusiyanın siyasi nəzarətini gücləndirən strategiyanı qəbul etməyə hazır deyil". Eyni zamanda, onlar Rusiya təcavüzünə qarşı müqavimətin gətirdiyi çətinlikləri çəkməyə hazırdır.

Təlim düşərgəsində könüllülər saxta rus mövqeyinə hücum etməyə çalışır. Partlayışlar və tüstü meşəni bir anlıq döyüş zonasına çevirir. Arxada dayanıb diqqətlə izləyən bir "Tələbə" var. O, yaralandıqdan sonra iki dəfə kliniki ölüm keçirib, amma sağ qalıb. "Tələbə" deyir: "Sizə yalnız bir şey deyə bilərəm. Bu müharibə tezliklə bitməyəcək".

Ternovkadakı şaxtaçı Aleksey isə Rusiya mövqelərindən cəmi 50 km məsafədə yaşayır. "Bu, bizim reallığımızdır. Əgər Ukraynada yaşayırsansa, döyüşə hazır olmalısan, İsraildəki İsrail Müdafiə Qüvvələri kimi. Mən döyüşməyə hazıram," - o, bildirir.

Könüllülər inanmır ki, ABŞ və Rusiya Ukraynaya sülhü məcbur edə bilər. Onlar şərqdəki Rusiya işğalının terrorunu, xüsusən oğurluq və işgəncələri yaşayıb. "Kim Putinə inanır? Bu sualın cavabı açıq-aşkardır," - könüllülərdən biri deyir. "Sağ qal, geriyə dön" xeyriyyə təşkilatının rəhbəri Taras Çmut bildirir: "Biz bu müharibəni düşmənin dahiliyinə görə uduzmarıq. Biz yalnız zəif olarsaq, uduzarıq".

Cümə günü axşam Xreşşatikdə sağçı qrupların gəncləri toplaşıb. Əvvəllər "xuliqan" kimi görünən gənclər indi qəhrəman kimi görünür: "Onlar bizim gələcəyimizdir," - 2023-cü ildə əri əsir düşən tibb bacısı Nadya deyir. "Biz sülh istəmirik. Biz azad olmaq istəyirik". 18 yaşlı tələbə Roman isə atəşkəsi "mümkünsüz" sayır: "Bir gün silah götürüb vətənimi müdafiə etməli olacağam".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Mart 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri