Icma.az
close
up
RU
“Kimin daxilində nə var, elə fikirləşir” Ayxan Abbasov

“Kimin daxilində nə var, elə fikirləşir” Ayxan Abbasov

Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Kimin daxilində nə var, elə fikirləşir” - Ayxan Abbasov

Azərbaycan milli komandası “FIFA Series 2026” beynəlxalq turniri çərçivəsində Mehsi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Belə yağışlı havada bizi tək qoymayan azarkeşlərimizə təşəkkür edirəm. Bu cür şəraitdə oynamaq ağırdır. Hər iki komanda çətinlik çəkirdi. Buna baxmayaraq, futbolçuların oyuna köklənməsini, qol vurmaq istəyini gördük. Bu il ilk toplanışımız idi, heyətdə yeni oyunçular var idi. Növbəti oyuna vaxtımız azdır. Amma ciddi hazırlaşırıq. Qalib gəlmək istəyirik. Rəqib daha güclü, yaxşı komandadır. Yaxşı nəticə ilə azarkeşlərimizi sevindirmək istəyirik.

- Bu oyun millimizə nə verdi? Nəyi görmək istəyirdiniz, nə gördünüz?

- Bundan əvvəlki oyunlarımızın hamısı çox ciddi rəqiblərə qarşı idi. Millidəki futbolçuların döyüşkənliyi ilə öyünürdük. Bilirik ki, Millətlər Liqasında qalib gəlmək məcburiyyətindəyik. Bu gün futbolçuların qol vurmaq, qələbə istəyi var idi. Məncə, millinin oyunlarında nəticə önəmlidir. Hər xal, hər statistika vacibdir.

- Niyə futbolçular oyuna Azərbaycansayağı yanaşırdılar. Hesabda 4:1 öndə olsaq da, futbolçu rəqib meydançada simulyasiya edirdi…

- Bu, düzgün fikir deyil. Hava şəraitini nəzərə almaq lazımdır, sürüşkənlik var idi. Millətlər Liqasında heç bir futbolçunu itirmək istəmirik. Belə hallara diqqət etməlidirlər.

- Heyətdə çoxlu dəyişikliklər oldu. Optimal formanı tapmaq istəyirdiniz, ya hamıya şans vermək?

- Hamıya şans vermək, görmək istəyirik. Komandada rəqabət var. Heyətdə dəyişiklik ola bilər. Zədə amili də var. Bəzi futbolçuların forması daha yaxşıdır. Hər kəsi görürük. Bugünkü oyun əlavə şans idi.

- Son 24 saat ərzində sizə olan tənqidlər oyuna hazırlığa mane olmurdu?

- Diqqəti qorumaq lazım idi. Çox da bu məsələyə köklənmirdik. Tənqidləri normal qarşılayıram. Açıqfikirliyiksə, hər kəs bizi bəyənməyə bilər, hərənin öz fikri var. Bu, milli komandadır. Millinin heyəti açıqlananda hərənin öz versiyaları yaranır. Bu da normaldır. Bir şeyə əminəm, alnım açıqdır, heç vaxt nəyəsə qərəzli yanaşmıram və yanaşmaram da. Hərdən görünür ki, kimin daxilində nə var, elə fikirləşir.

- 6:1 hesabının rekord olacağını bilirdiniz?

- Dünən mətbuat konfransında bildirilmişdi, bilirdik. Futbolçulara belə tapşırıq verməmişdik ki, rekord olsun. Oyun, temp, hücumlar, qol istəyirdik. Çox qol vurmaq sevindirir.

- Bu qələbənin Sumqayıtda qazanılması sizə necə təsir edir? Növbəti rəsmi oyunların burda keçirilməsi təklifi ilə çıxış edə bilərsiniz?

- Sumqayıt mənimçün doğmadır. 4 ilə yaxın burada işləmişəm. İlklərə imza atmışıq. Milli komandanın oyunlarının bölgələrdə də olmasını istəyirik. Sumqayıt da bu variantlardan biridir.

- Növbəti görüş Syerra Leoneyə qarşıdır. Bugünkü performans növbəti rəqibə qarşı planlarda hansısa dəyişikliyə səbəb olacaq?

- İki oyun planımız var idi. Matçdan əvvəl də fasilədə çox dəyişik etməyi düşünürdük. Eləməyə də bilərdik. Lakin hesab imkan verdi ki, bu addımı ataq. Bəzi futbolçulara istirahət verdik. Növbəti oyunu fərqli oynamaq istəyirik. Litva və Lixtenşteynlə oyunları da düşünürük. Bəzi məsələləri bu oyunlarda görmək istəyirik. Son 15 dəqiqədə fərqli sistemlə oynadıq. (sportal)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://qol.az
archiveBu xəbər 27 Mart 2026 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri