Icma.az
close
up
RU
Ayxan Abbasov: Kimin kiminlə problemi varsa, ora yozur

Ayxan Abbasov: Kimin kiminlə problemi varsa, ora yozur

Icma.az bildirir, Sportal.az portalına istinadən.

"Şamaxı" Misli Premyer Liqasının 25-ci turunda öz meydanında "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Artıq neçənci dəfədir ki, layiq olmadığımız halda məğlub oluruq. Üstün oynayırıq, qol epizodları bizdə çox olur. Təəssüf ki, bunları dəyərləndirə bilmirik. Bu gün rəqibə heç epizod vermədik və öz qapımıza qol vurduq. Amma buna baxmayaraq, uşaqlar sona qədər vuruşdular, təslim olmadılar. Bu ayda 5-ci oyunumuz idi. Heyətdə çox dəyişiklik edə bilmirik. Sevinirəm ki, "Araz-Naxçıvan" kimi komandaya qarşı üstün oynadıq. Belə məğlubiyyətlər olur. Bəlkə də indi xalımız çox olardı. Bir çox matçda yaxşı oynamışıq, amma fürsətləri dəyərləndirə bilməmişik. Son ötürmələrdə, son vuruşlarda inkişaf etməliyik. Buna vaxt lazımdır. Çempionat davam edir. Fasilədən sonra yaxşı hazırlaşıb sona qədər mübarizə aparacağıq.

- "Şamaxı"nın futbolçularını millidə görmək ehtimalı var?

- Bizim bir neçə futbolçumuz U-21 millisinin əsas oyunçularıdır. Əsas milliyə çağırmaq istəyərdim. Bir neçə gənc oyunçu stabil çıxış edir. Həm də bunu haqq edirlər. Amma U-21-in iki çətin oyunu var. Biz onları da fikirləşirik. Bu futbolçular böyük oyunları da oynamalıdır. İstəyirəm ki, onlar əsas milliyə gələndə hazır olsunlar. A millidə 10-15 dəqiqə oynamaqdansa, U-21-in heyətində Portuqaliyaya qarşı 90 dəqiqə oynamaq daha yaxşı olar.

- Millidə qarşınıza hansı məqsəd qoyulub?

- Məqsəd deyəndə ki, qalib gəlməliyik.

- Son mətbuat konfransında klub rəhbərlərini tənqid etmişdiz. Konkret olaraq kimləri nəzərdə tuturduz?

- Bizim problemimiz odur ki, mətbuat konfransına qulaq asmırıq. Kimin kiminlə problemi varsa, ora yozur. Mənə verilən suala baxmaq lazımdır. Həmişə mənə verilən suallara cavab verirəm, fikrimi bildirirəm. Sual verilmişdi ki, bizdə uğursuzluq olanda tək məşqçilər dəyişir, ancaq dünya praktikasında uğursuzluq olanda klub rəhbərləri istefa verirlər. Mən də dedim ki, bəli belə bir şey var. Bu, heç kimə şamil olunmur. Hərə bir yerə yozub. Suala cavab vermişəm. Hansısa şəxslə problemim yoxdur.

- Millinin keçmiş üzvlərindən növbəti toplanışa dəvət etməyi planlaşdırdığınız kimsə var?

- Var. 25-ci turun oyunlarını gözləyirik. Hansısa zədə ola bilər. Həm yeni adlar olacaq, həm də son vaxtlar dəvət olunmayanları çağırmağı düşünürük.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://sportal.az
archiveBu xəbər 18 Mart 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri