Icma.az
close
up
RU
Kimin nizam tərəzisi daha düzdür?

Kimin nizam tərəzisi daha düzdür?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Demirəm, bizim qonşu gürcülərin, ümumiyyətlə, post-kommunist məkanının insanlarının ABŞ-dan və Avropadan məyus olmaq üçün əsasları yoxdur. 

Söhbət heç prezident Donald Trampın "geosiyasi və geoiqtisadi fokusları”ndan da getmir. Hələ prezident Baydenin vaxtında ruslar Ukraynaya hücum edəndə və insanlar buna qarşı ABŞ-ın və Avropanın üzücü, uzunmüddətli müharibə senarisindən başqa bir şeyə malik olmadığını görəndə sanki sarsıldılar, çünki ruslar eyni qayda ilə onlara da hücum edə bilərdilər və ən qorxulusu da bu idi ki, Ukraynadan fərqli olaraq, hətta Qərb yardım etsə belə, onların Moskva qarşısında heç on-iyirmi gün də duruş gətirmək iqtidarları yox idi. 

Amma bu, ilk sarsıntı deyildi. Əvvəllər də məyusluq elementləri olmuşdu. Bir sıra post-sovet ölkələri üçün avro-inteqrasiya prosesi çox uzun çəkdi, bu yolda Qərb onlarçün daha hansı "mərhələ”lər, "imtahanlar” fikirləşib tapmadı? 

Hətta "bəxtləri gətirib” Avropya daha tez inteqrasiya olunan post-sosialist və post-sovet ölkələrinin də insanları böyük şadyanalıq və atəşfəşanlıq yaşamadılar. Belə məlum oldu ki, Qərbi və Şərqi Avropa ölkələrini bir səviyyəyə gətirmək üçün on illərlə işləmək lazım gələcək və Şərqi Avropa ölkələrinin insanları "ikipilləli inkişaf senarisi” və ya faktiki olaraq "ikinci sort avropalı” statusu ilə barışmalı olacaqlar...

Ona görə də məyusluqçün əsaslar ciddidir. Hələ heç onu demirik ki, xeyli dərəcədə qərbçi siyasi təhlilçilər belə var ki, onlar hətta Qərbin Ukraynanı siyasi avantüraya çəkdiyini düşünürlər. 

Hətta bu cür iddiaların da tamam-kamal əsassız olduğunu demirik: əlbəttə, müəyyən məntiq var burada, amma prosesi yubatmaq imkanları az idi, minimum idi, həm də Ukraynın özünün başqa seçimi qalmışdımı? Bilirsiniz, insan özünü, ailəsini və evini müdafiə etmək zərurəti qarşısında qalanda onun "alternativ seçimləri” olmur, normal insan nə qədər ki, müqavimət imkanları var, azadlıqla qul olmaq arasında "seçim etməyi” düşünmür. 

Ukrayna da ya ikinci Belarus olmalı idi, on illərlə özünün Ukraynabaşısının, real olaraq isə, Kremlin hakimiyyətinin altında inləməliydi, nəinki bütün Avropada, hətta post-sovet məkanında gülüş obyektinə çevrilməli, ya da şərəfli, amma çox ağır müqavimət yolunu seçməliydi...

Elə bu səbəbdən də qonşu gürcülərə qayıdaraq deyək ki, "məyus olmaqla”, "küsmək”lə iş bitmir: Gürcüstan da, lap elə digər post-sosialist və postsovet ölkələri də bu vaxta qədər nəyə nail olublarsa, bunu ABŞ-ın və Qərbi Avropanın sayəsində ediblər. 

Onlar olmasaydı, SSRİ dağılmayacaqdı, böyük bir imperiya çökməyəcəkdi və keçmiş sosialsit, sovet respublikaları hətta indinin özündə də belə müstəqil və suveren olmayacaqdılar. Hətta hazırda belə Rusiya keçmiş SSRİ-ni bərpa etmək yolunda qarşısında bir maneə görürsə, bu, ilk növbədə ABŞ və qərbi Avropa ölkələridir. Ukrayna məhz onların sayəsində neçə ildir Moskva qarşısında duruş gətirə bilir... 

Qərb hətta Ukraynanın, Gürcüstanın "daxili siyasi palitra”sına da etinasız deyil. Onlar oliqarx B.İvanişvilinin dəstəsini hakimiyyətdən uzaqlaşdırmaqçün nə qədər çalışdı və indi də çalışırlar: biz hələ Ukraynada neçə "Maydan” olduğunu da unutmuşuq.

İvanişvili və dəstəsi Qərbin onları qəbul etmədiyini anlayır, amma yenə də ümidlərini itirmirlər. Baş nazir Kobaxidze dözmədi, mayın təxminən ortalarında prezident Trampa və vitse-prezident Vensə məktubla müraciət etdi. 

Bundan xeyli əvvəl də Kobaxidze və komandası, hətta oliqarx İvanişvilinin özü Trampın səlahiyyətlərinə başlayacağı ərəfədə daim deyirdilər ki, yeni administrasiyanın Gürcüstana yönəlik siyasətində "dərin dövlət” kriteriləri yox, guya biznesmen D.Trampın "praqmatik biznesmen yanaşması” üstünlük təşkil edəcək. 

Trampın ikinci gəlişinin artıq altıncı ayı start götürsə də, hələ ki nə bu adamın özü, nə də komandasından kimsə Gürcüstan kontesksində hər hansı açıqlama verib.

İvanişvili dəstəsinin ABŞ-dan, Avropadan nə umduğunu, hansı münasibəti gözlədiyini anlaya bilmirik. Hələ yarım il keçib Tramp cənablarının təkrar hakimiyyətə gəlməsindən, qarşıda çox şey ola bilər, hərçənd, bunu qəti ehtimal etmirik. 

Amma "Gürcü arzusu” demirdimi ki, Qərb gürcülərin nəinki milli maraqlarını, hətta milli özəlliklərini nəzərə almır? Məgər onlar iddia etmirdimi ki, Qərb Ukrayna kimi Gürcüstanı da avantüraya, Moskvaya qarşı müharibəyə çəkmək istəyir? 

Belədirmi? Bilirsinizmi, bunu da qərblilər hansısa avantür məqsədlər üçün demirlər. Bəli, Tramp indi Ukrayna ilə bağlı çox fikrə düşə bilər, onun hətta faydalı qazıntılarına belə iştahlana bilər, amma digər ABŞ siyasətçilərinin belə məkrli planları yox idi, ən azı C.Bayden və komandası bu xüsusda nəsə düşünmürdü - əlbəttə, bizə məlum olduğu qədər! 

Sadəcə, bu adamlar belə düşünür ki, lazım gələrsə, azadlıq uğrunda ən son vasitəyə də, hətta silahlı mübarizəyə əl atmaq lazımdır. Amerikalılar özləri hələ üç yüz il bundan əvvəl öz iqtiqlaliyyətləri uğrunda vuruşublar. Prezident Ceffersonun belə sözü vardı ki, azadlıq ağacı qanla suvarılmalıdır! 

İyirminci əsrdə nə qədər ölkəyə ABŞ azadlıq və demokratiya uğrunda mübarizədə böyük dəstək verdi: onların coğrafiyası Cənubi Amerikadan Cənub-Şərqi Asiyayadək uzanır! Sadəcə, biz post-sovet insanları istəyirik ki, istiqlaliyyətə və azadlığa "məxməri xalılar” üzərilə gedək, hər şey sanki Göylərdən ərmağan olsun!

Bir dəfə həqiqətən də belə oldu: sovet imperiyası qansız-qadasız, böyük kataklizmlər olmadan çökdü və biz gözləmədiyimiz halda birdən-birə az qala, hər şeyə nail olduq. Bəlkə buna görə çox şeyin qədir-qiymətini bilmədik, çox şeydən düşünmədən, heyfslənmədən imtina etdik. 

İndi elə ola bilər ki, qansız-qadasız istiqlaliyyətə qovuşmuş postsovet ölkələri heç olmasa, onu qorumaq zərurətilə qarılaşmalı olsunlar. 

Ona görə də bunu kiminsə "geosiyasi avantürası” hesab etmək lazım deyil. Hətta sovetin vaxtında da ukraynalı, pribaltikalı millətçilər silahlı müqavimət göstərir, partizan müharibəsi aparırdılar. 

Onlar niyə görə bunu kiminsə "avantürası” hesab etmirdilər? Odur, hərdənbir, özümüzdən bunu da soruşaq ki, kimin nizam-tərəzisi daha düzgündür? Axı bundan əvvəl də, nə az, nə də çox, düz yetmiş il Kreml əhli bizə çox şey deyirdi...

Hüseynbala Səlimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 İyun 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see274

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see264

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see264

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see260

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see245

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see243

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see239

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see231

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see218

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see197

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see197

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see195

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see192

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see190

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see190

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see186

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see181

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see167

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see166

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri