Icma.az
close
up
RU
“Kimin qarın ağrısı varsa, adımı hallandırır” Elmar Məmmədyarov

“Kimin qarın ağrısı varsa, adımı hallandırır” Elmar Məmmədyarov

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Sabiq xarici işlər naziri adının Ramiz Mehdiyevin komanda üzvü kimi hallandırılmasına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, sabiq nazir bu haqda “Müsavat TV”nin efirində danışıb.

-Bilirəm, mənə niyə zəng edirsiz. Soruşacaqsız ki, APA məlumat yayıb, adınız Ramiz Mehdiyevin komandasında hallanır. Yazmağına yazsınlar, Ramiz Mehdiyev Prezident Administrasiyasından çıxandan sonra mənim onunla heç bir əlaqəm olmayıb. Nə telefon zəngi, nə cib telefonu, nə ev telefonu, nə salaməleyk. Heç bir ünsiyyətim olmayıb. Bax bunu yaza bilərsiniz. Gülməli şeylər yazırlar, gülməli məsələlər uydururlar. Mən belə başa düşürəm ki, kimin qarın ağrısı varsa, öz başından nələrsə uydurur və bu zaman da hansısa görkəmli adamların adını çəkməyə çalışırlar. Kifayət oldu?
-Sizi istintaqa dəvət etməyiblər?

-Gözləyin də. Bu gün bazar günüdür. Bəlkə bazar ertəsi günü dəvət edəcəklər. Amma inanmıram ki, dəvət etsinlər. Çünki orda ciddi adamlar işləyirlər və onlar əllərində fakt olmadan hərəkət etmirlər.

-Yəni, Mehdiyevlə heç bir əlaqəniz yoxdur və tam rahatsız... Düz başa düşürəm?
-Düz başa düşürsüz... Heç bir əlaqəm yoxdur, o mənada rahatam.
-Adınızı hallandıran media orqanına, istintaqa özünüz müraciət edəcəksiz?
-Yəqin ki, kim bu uydurmanı mediaya sızdırıbsa, onlar bu söhbətləri öz başlarından uzaqlaşdırmaq məqsədilə hansısa görkəmli adamların adlarını qəsdən çəkirlər. Yəni, öz adları siyahıda çıxmasın deyə, yalandan bizim adımızı hallandırırlar.
-Bəs nəyə görə məhz sizin adınız bu siyahıdadır? Bir versiyanız varmı?
-Görkəmli adamam da mən. 16 ildən artıqdır nazir olmuşam. 5 il keçib ki, vəzifədən çıxmışam. İndiyə qədər heç kim sakitləşmir.
-İşlədiyiniz dönəmdə Ramiz Mehdiyevlə münasibətləriniz necə olub?
-Yaxşı olsaydı, 2019-cu ildən bəri onunla əlaqəm olardı. Amma mən onun nə əl, nə ev telefonunu bilirəm. Bir dəfə də olsun, əlaqəm olmayıb. Ünsiyyətim yoxdur. Onu da hamı bilir. 6 ildir PA-dan çıxandan sonra onunla əlaqələrim yox idi. Mən bu 6 ildə onunla əlaqə saxlamamışam.
-Bəs həbsinə münasibətiniz necədir?
-Yaxşı da... Bu, artıq provakasiyadır. Bəsdi də...

-Niyə “provakasiya”? Həbsə münasibət soruşuram normal şəkildə... Axı az öncə özünüz də dediz ki, görkəmli insanam. Görkəmli adamdan həbsə münasibət öyrənmək istəyirəm.

-Lazım olsa, faktlar olsa, həbs edəcəklər. Sübut edə bilsələr, faktları gətirə bilsələr, həbs etsinlər. Mən cavaba hazıram.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Oktyabr 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri