Kimisi altı mahnı oxuyub 10 min qazanır, kimisi də yarım saata 8 min...
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Artıq 2026-cı ilə sayılı günlər qalıb. Bayram yaxınlaşdıqca insanlar əylənmək, Yeni ili korporativ tədbirlərdə sevdikləri müğənnilərlə birlikdə keçirmək istəyirlər. Tanınmış sənətçiləri konsertlərdə canlı görmək bir çoxunun arzusudur.
Bəs bu arzunu həyata keçirmək neçəyə başa gəlir? Yeni il tədbirlərində müğənnilərin səhnə qiymətləri nə qədərdir?
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2025-ci il üçün yerli şou-biznes ulduzlarının Yeni il proqramlarında iştirak haqqı artıq bəllidir:
Belə ki, Xalq artistləri - Aygün Kazımova və Röya Ayxan ən yüksək qonorar alan sənətçilər sırasındadır. Hər iki müğənninin toy mərasimində çıxışı 10 min, korporativ tədbirlərdə isə 15 min manat təşkil edir. Onların proqramına 6 mahnı daxildir.
Digər müğənnilərin Yeni il tədbirləri üçün müəyyənləşən qonorarları da açıqlanıb. Belə ki, Xalq artisti Miri Yusif 30 dəqiqəlik proqramla tədbirlərdə 8 min manata çıxış edir.
Xalq artistləri - Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və Brilliant Dadaşova isə hər biri 30 dəqiqəlik səhnə proqramına görə 7 min manat qonorar tələb edir.
Müğənni Nigar Camal altı mahnıdan ibarət çıxışı üçün 6 min manat alır.
Meyxanaçı Namiq Qaraçuxurlu altı mahnı ilə tədbirlərdə 5 min manata çıxış edir.
Murad Arifin 30 dəqiqəlik səhnə proqramının qiyməti isə 4 min manatdır.
Bundan başqa, Xalq artisti Eyyub Yaqubov toy mərasimlərində 30 dəqiqəlik çıxış üçün 5 min, korporativ tədbirlərdə isə 7 min manat qonorar alır.
Əməkdar artist Lalə Məmmədova 30 dəqiqəlik proqramla tədbirlərdə 4 min manat qarşılığında iştirak edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 27 Dekabr 2025 15:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















