Icma.az
close
up
RU
Kimlər 700 bal toplaya biləcək? Bu şəxslərin şansı DAHA ÇOXDUR

Kimlər 700 bal toplaya biləcək? Bu şəxslərin şansı DAHA ÇOXDUR

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Dövlət İmtahan Mərkəzi (DİM) dəfələrlə vurğulayıb ki, qəbul imtahanlarının birinci və ikinci mərhələlərində sualların çətinlik səviyyəsi eyni olur. Bu ənənə bu il də davam etdiriləcək”.

Bu fikirləri təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu Modern.az-a açıqlaması zamanı bildirib. Ekspertin fikrincə, nadir hallarda da olsa, sualların çətinlik səviyyəsində 10 faizə qədər fərq müşahidə edilə bilər:

“Yəni suallar əvvəlki mərhələyə nisbətən 10% daha asan və ya çətin ola bilər. İkinci cəhddə də bu cür fərq baş verə bilər.

Məsələn, üçüncü ixtisas qrupu üzrə keçirilmiş birinci cəhd zamanı tarix fənnindən bəzi sualların konkret və aydın cavabının olmaması abituriyentlər arasında narazılığa səbəh olmuşdu. Eyni zamanda, riyaziyyat fənnindən də anlaşılmaz suallara rast gəlmək mümkün idi. İkinci cəhddə isə bu cür müəmmalı sualların verilməsi ehtimalı azdır”.

“700 bal toplamaq mümkündürmü?” sualına gəldikdə isə, bəli düşünürəm ki ola bilər:

“Xüsusilə də buraxılış imtahanında yüksək - 300 bala yaxın nəticə göstərmiş abituriyentlərin 700 bal toplamaq şansı kifayət qədər yüksəkdir. Bu baxımdan, ikinci cəhddə maksimum nəticə göstərən abituriyentlərin olması mümkündür”.

O həmçinin vurğulayıb ki, adətən prestijli ixtisaslar üzrə keçid ballarında artım müşahidə olunur:

“Bu il də üçüncü ixtisas qrupu üzrə bəzi nüfuzlu ixtisaslarda 3–5 bal arası artım baş verə bilər. Bununla yanaşı, texnoloji istiqamətli ixtisaslar – o cümlədən informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi və digər mühəndislik sahələrində də keçid ballarında müəyyən artım gözlənilir”.

Ekspertin sözlərinə görə, eyni zamanda, bəzi mühəndislik ixtisaslarında  xüsusilə az seçilən ixtisaslarda da azalma müşahidə oluna bilər:

“Qeyd edək ki, hələ ikinci mərhələ, yəni ixtisas qrupları üzrə blok imtahanları keçirilməyib. Bu səbəbdən keçid ballarında hansı istiqamətdə dəyişikliklərin olacağı ilə bağlı dəqiq proqnoz vermək hələlik mümkün deyil. Statistik məlumatlar yalnız imtahanlar yekunlaşdıqdan sonra tam şəkildə müəyyənləşəcək”, - deyə R.Fikrətoğlu bildirib.

Aytac Bəhruzqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 İyun 2025 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri