Kimlər yoğurtdan imtina etməlidirlər? Həkimdən məsləhət
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Kəskin mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkən şəxslərə yoğurt istehlak etmək tövsiyə edilmir.
Moderator.az xəbər verir ki, bu barədə rusiyalı diyetoloq-nutrisioloq Sofiya Kovanova Aif.ru nəşrinə müsahibəsində danışıb.
Mütəxəssis yoğurtun hansı hallarda sağlamlıq üçün zərərli ola biləcəyini izah edib.
"Əgər süd zülallarına qarşı dözümsüzlüyünüz varsa, laktozasız yoğurtlara üstünlük verməyinizi tövsiyə edirəm. Mədə-bağırsaq sistemi xəstəliklərinin kəskinləşdiyi dövrdə, eləcə də qida zəhərlənməsi zamanı yoğurt yemək və ya içmək məsləhət görülmür", - deyə o bildirib.
S.Kovanovanın sözlərinə görə, xəstəliyin kəskin mərhələsində yoğurtun tərkibindəki şəkər və dadlandırıcılar bağırsaqlarda fermentasiya prosesini gücləndirə, qaz əmələ gəlməsinə və qarın ağrılarına səbəb ola bilər.
Diyetoloq əlavə edib ki, yoğurtun tərkibində olan aromatizatorlar və rəngləndiricilər kimi süni əlavələr mədənin iltihablanmış selikli qişasını daha da qıcıqlandıra və narahatlığı artıra bilər. /oxu.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 05 Avqust 2026 08:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















