Icma.az
close
up
RU
Kimsə ölünü bəhanə edib yeməyə, boğaz otarmağa gəlirsə, eləsinin yasa gəlməməsi daha yaxşıdır

Kimsə ölünü bəhanə edib yeməyə, boğaz otarmağa gəlirsə, eləsinin yasa gəlməməsi daha yaxşıdır

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə bir sıra bölgələrdə yas mərasimlərində ehsan yeməklərinin verilməsi rəsmi və ya ictimai təşəbbüslərlə məhdudlaşdırılıb və ya tamamilə qadağan edilib. Bu qərar israfçılığın qarşısını almaq, ailələrin maddi yükünü azaltmaq və yasın əsl mahiyyətinə, mərhumun ruhuna dua və ehtiram göstərilməsinə fokuslanmaq məqsədi daşıyır. Lakin bəzi insanlar bu dəyişikliklərə narazılıq edirlər. Onlar bildirirlər ki, ehsan verilmədikdə insanlar yas mərasimlərinə gəlməkdən çəkinir, nəticədə mərhumun ailəsi cəmiyyətin dəstəyindən və təsəllisindən məhrum olur. Bu məsələ cəmiyyətdə həm dini, həm də sosial baxımdan müzakirələrə səbəb olmaqda davam edir.

Mövzu ilə bağli Redaktor.az-a danışan ilahiyyatçı Tural İrfan bildirdi ki, dində yas zamanı yemək vermək, ehsan süfrələri açmaq göstərişi, tövsiyyəsi yoxdur:

"Peyğəmbər özü vəfat edəndə belə, ehsan verilməyib. Kim yasa, ölüyə hörmətə görə gəlirsə, o, başa düşəcək. Yox, kimsə ölünü bəhanə edib yeməyə, boğaz otarmağa gəlirsə, eləsinin yasa gəlməməsi daha yaxşıdır. Məgər yas, hüzn məclisi qarın doldurmaq yeridir? Kim ki, yemək verilmədiyinə görə yasa getmir, demək o şəxs ora başsağlığı verməyə, ölü sahibinə dəstək olmağa deyil, qarnını otarmağa gedirmiş. Ancaq məsələ belədir ki, dəbdəbəli yas, ehsan süfrələri ləğv ediləndən sonra insanlar rahatlaşıb, əksinə, gedib başsağlığı verib qayıdırlar. Əvvəlcə yemək-içmək, boş-boş söhbətlər o qədər olurdu ki, məclis yas məclisi təsiri bağışlamırdı, qonaqlığa oxşayırdı. Amma indi sadə və səmimi şəkildə yola verilir. Ləğv edilən bölgələrdən çoxsaylı təşəkkürlər gəlir ki, "bizi bu israfçılıqdan qurtardınız". Düşünmürəm ki, bütün yerlərdə yemək olmadığından camaat yasa getməsin. Ola bilər, gəlib başsağlığı verib gediblər".

Müsahibimiz vurğuladı ki, adətən hər zaman camaat yemək süfrəsinə görə toplaşıb gözləyir.

"İndi də yemək olmadığına görə oturmayıb, gediblər. Yas məclisi nə piket, nə aksiyadır. Nə də qarın oyatmaq yeri. Harada yazılıb ki, yasda mütləq yüzlərlə adam olmalıdır? Qətiyyən elə şey yoxdur. İnsanlar müxtəlif vaxtlarda da gedib başsağlığı verə bilər. Şərt o deyil ki, eyni vaxtda hamı bir yerə cəmləşsin. Xurafatdan, cəhalətdən, dindən sui-istifadədən əl çəkmək lazımdır. Mərhuma başsağlığı verib, müəyyən qədər də dəstək olub, dönüb qayıtmaq lazımdır. İslama uyğun yas belə olmalıdır", - deyə Tural İrfan yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri