Icma.az
close
up
RU
Kimyaçılar və UltraSumqayıt fanklubları yığmanı dəstəkləyəcəkmi? özləri açıqladı

Kimyaçılar və UltraSumqayıt fanklubları yığmanı dəstəkləyəcəkmi? özləri açıqladı

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Yığmamız bu gün beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Haiti ilə qarşılaşacaq. Sumqayıtda - Mehdi Hüseynzadə adına şəhər stadionunda keçiriləcək matç saat 21.45-də başlayacaq.

Xatırladaq ki, millimiz tarixində ilk dəfə Sumqayıtda meydana çıxacaq. Əlbəttə, belədə sumqayıtlı azarkeşlərin ölkənin əsas komandasını dəstəkləmək üçün stadiona yollanması gözlənilir. Bəs, şəhərin, dəqiq desək, "Sumqayıt"ın fanklubları tribunalarda yer alacaqmı?
"Football-plus.az" bu suallarla "Sumqayıt"ın azarkeş qruplarının rəhbərlərinə müraciət etdi.
Sənan Mirzəyev ("Kimyaçılar"):

"Bəli, bu barədə AFFA-ya təklifimizi vermişik. Qarşı tərəf təşəbbüsü bəyənib. İndi hazırlıqlar davam edir. Stadiona yollanıb millimizi dəstəkləməklə Azərbaycanın yaşıl meydanlarda tək olmadığını göstərəcəyik. Xüsusi pankartlar hazırlamaq fikrimiz yoxdu. Amma azı 400 nəfər olacağıq və 90 dəqiqə ərzində yığmamızı dəstəksiz qoymayacağıq. Zənglər dayanmır. Ona görə ki, məhz millinin matçı olduğuna görə fanklubun üzvü olmayan çoxsaylı futbolsevərlər bizə müraciət edir və komandamızı "Kimyaçılar"ın tərkibində dəstəkləmək istədiklərini deyir".


Qüdrət Allahverdiyev ("UltraSumqayıt"):

"Təbii ki, biz də millimizi tək qoymaq niyyətində deyilik. Təklifimizə AFFA tərəfindən müsbət cavab verilib. "Göyqurdlar" fanklubuyla üzbəüz tribunalarda yerimizi alacağıq. Xüsusi pankart açmaq fikrində deyilik. UEFA bu məsələlərdə sərt qaydalar qoyub. Millimizə şüarlarla dəstək verəcəyik. Azı 100-150 nəfər olacağıq. Əlbəttə, say arta bilər. Çünki fanklubumuzun üzvü olmayan, amma millimizi bizimlə birlikdə dəstəkləmək istəyən xeyli futbolsevər var. Yığmamıza uğurlar arzulayırıq".


KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Mart 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri