Icma.az
close
up
RU
KİNOMUZA SAHİB ÇIXAQ Eldəniz Quliyev yazır

KİNOMUZA SAHİB ÇIXAQ Eldəniz Quliyev yazır

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında yaranmış süni ajiotaj səngimir...

Bir tərəfdə milli kinomuzun təəssübünü çəkən, onun inkişafını, dünya arenasına çıxışını, ən əsası mütərəqqi kino xadimlərinin birliyini arzu edən qocalı-cavanlı kinematoqrafçılar... Digər tərəfdə isə, nə istədiyini kəsdirə bilməyən 15-20 nəfərdən ibarət və olsa-olsa, Don Kixota parodiya adlana bləcək kiçik bir qruplaşma...

Qəribə də olsa, bu qruplaşmanın öz Don Kixotu da var, Sanço Pansosu da. Hətta onlar özləri üçün xəyali bir Dulsineya da "yapıblar" - yaşı çox olsa belə. Bu "dostların" Rosinant adlı "hayı gedib vayı qalmış" qoca bir yabıları, eləcə də Don Kixotun, nəhəng devlər saydığı yel dəyirmanları da var...

...Onların tək bircə, amma ən vacib personajı çatmır - Servantesi! 

Bu yaşa gəlmişəm amma hələ də mənə çatmır ki, nəyə görə bəzi adamlar ciddi məsələlərə münasibət bildirəndə başlarından daha çox, - üzr istəyərəm -, digər girdə yerləri ilə düşünürlər?..
Haşiyə çıxaraq ərz edim ki, onların ədalət və reallıq hissindən savayı hər şeyləri var: samballı  "day-dayları",  orden-medalları, ad-sanları, dolanışıqları və sairə və ilaxır.

Birincilər (o cümlədən, mən də) AKİ-nin ümumi konfransının və sədr seçkilərinin ciddi şəkildə qanunla, nizamnamə tələblərinə uyğun olaraq, demokratik, tam şəffaf və alternativli, yəni çoxnamizədli keçirilməsi təşəbbüsü ilə çıxış  edirlər.

İkincilər isə, iki ayaqlarını bir başmağa pərçim edibən, əsl bolşevik inadkarlığı ilə: "AKİ sədri seçkiylə yox, təyinatla olmadır" deyirlər.

Niyə təyinatla? Nədən kino ictimaiyyəti öz doğma ittifaqına sədr seçmək hüququndan məhrum olmalıdır? Nə üçün AKİ üzvlərinin, habelə İttifaqın taleyi  kənarda, kimlər tərəfindənsə volyuntarizm hikkəsiylə həll edilməlidır?! Bu nonsens deyilsə, onda mən də Roma Papasının xalası nəvəsiyəm...

Davam edirəm:
- birincilər dəlil-sübutla, FAKTlarla danışır...
- ikincilər, tutduğunu buraxmayan kor kimi, - RƏYlərlə. Və heç cürə anlamaq istəmirlər ki, RƏYi hər zaman dəyişmək, inkar eləmək olar, FAKTı isə heç vaxt - nə dəyişmək, nə də inkar etmək olar!
- birincilər əsaslı arqumentlər, ədalətli yanaşma irəli sürür...
- ikincilər əsassız gümanlara və ədalətsiz yollara üstünlük verir...
- birincilər milli kinomuzun sabahını, bədi- sənədli kino yaradıcılığı və kino sənayesinin prospektini düşünür...
- ikincilər ancaq və ancaq öz komformist maraqlarını...
- birincilər milli kino sənətinə yeni nəfəs gətirən yeni nəslin taleyindən nigarandı.. 
- ikincilər öz şəxsi maddiyyatlarından...
- birincilər Mədəniyyət Nazirliyi və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) ilə müştərək iş birliyi qurub milli kinomuzun tərəqqisinə töhfə verməyə çalışır...
- ikincilər bu birlikdən əndişələnib aşkar şəkildə dağıdıcı mövqe sərgiləyirlər...

Əlbəttə, bu misalların sayını istənilən qədər artırmaq olar; ancaq elə bunlar da kifayətdir ki, kimin kim olduğu aydın olsun.

Kobud çıxsa da deməliyəm: "İa-aa!" - bu, uzunqulağ anqırtısının fonetik transkripsiyasıdır. Və məncə, bu gün bunu, Azərbaycan kinosunun inkişafına əngəl törədənlərin, milli kinomuzun büdrəməsinə rəvac verənlərin ən çox istifadə etdikləri səs birləşməsi də hesab etmək olar!..

Mənə görə, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqı üzvlərinin əksəriyyətinin fikirincə AKİ artlq öz sədrini seçib. Və lazım gələrsə, dübarə seçkiyə getməyə hazırdı. Təki Don Kixotu yamsılayanlar araya yeni təfriqə salmasınlar, təki işlərin gedişatına süni əngəllər törətməsinlər...
Təki, təki...

Bəli, bizim seçimimiz bəllidir! Və bu seçim milli kinomuzun yaşaması, tərəqqisi naminə bütün varlığı ilə çalışan dəyərli sənətkarımız Əli İsa Cabbarovdu! O Əli İsa Cabbarov ki, AKİ üçün son bir ildə... son 10 il ərzində edilənlərdən qat-qat çox işlər görüb. Pozitiv və alqışlanmalı işlər! Bunları danmaq, şübhəsiz ki, riyakarlıq və nadanlıqdan başqa bir şey deyil.

Haqqında bəhs etdiyim "mehriban dostlar" isə, səd heyif ki, hər bir normal insana xas olan beş hiss üzvündən ən azı ikisini salıb itiriblər - görmə və eşitmə hisslərini!..

Belə olmasaydı, onlar feyk bəyanatlar yaymaz, müxtəlif təşkilatlara donos yazmazdılar...

Nəhayət belə olmasaydı, onlar öz merkantil maraqlarını qorumaq xatirinə və guya daha uzağı görmək, yaxud daha yüksəyə dırmaşmaq üçün... vicdanlarından ayaqaltı düzəltməzdilər!..

Eldəniz QULİYEV

15.08.2026

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 17 Avqust 2026 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri