Icma.az
close
up
RU
KİNOMUZA SAHİB ÇIXAQ

KİNOMUZA SAHİB ÇIXAQ

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Kinematoqrafçılar İttifaqı ətrafında yaranmış süni ajiotaj səngimir...

Bir tərəfdə milli kinomuzun təəssübünü çəkən, onun inkişafını, dünya arenasına çıxışını, ən əsası mütərəqqi kino  xadimlərinin birliyini arzu edən qocalı-cavanlı kinematoqrafçılar... Digər tərəfdə isə, nə istədiyini kəsdirə bilməyən 15-20 nəfərdən ibarət  və olsa-olsa, Don Kixota parodiya adlana bləcək kiçik bir qruplaşma...

Qəribə də olsa, bu qruplaşmanın öz  Don Kixotu da var, Sanço Pansosu da. Hətta onlar özləri üçün xəyali bir Dulsineya da "yapıblar" - yaşı çox olsa belə. Bu "dostların" Rosinant adlı "hayı gedib vayı qalmış" qoca bir yabıları, eləcə də  Don Kixotun, nəhəng devlər saydığı yel dəyirmanları da var... 

Onların tək bircə, amma ən vacib personajı çatmır -- Servantesi! 

Bu yaşa gəlmişəm amma hələ də mənə çatmır ki, nəyə görə bəzi adamlar ciddi məsələlərə münasibət bildirəndə başlarından daha çox, -üzr istəyərəm -, digər girdə yerləri ilə düşünürlər?..

Haşiyə çıxaraq ərz edim ki, onların ədalət və reallıq hissindən savayı hər şeyləri var: samballı  "day-dayları",  orden-medalları, ad-sanları, dolanışıqları və sairə və ilaxır. 

Birincilər (o cümlədən, mən də) AKİ -nin ümumi konfransının və sədr seçkilərinin ciddi şəkildə qanunla, nizamnamə tələblərinə uyğun olaraq, demokratik, tam şəffaf və alternativli, yəni çoxnamizədli keçirilməsi təşəbbüsü ilə çıxış  edirlər.

İkincilər isə, iki ayaqlarını bir başmağa pərçim edibən, əsl bolşevik inadkarlığı ilə: "AKİ sədri seçkiylə yox, təyinatla olmadır!deyirlər.

Niyə təyinatla? Nədən kino ictimaiyyəti öz doğma ittifaqına sədr seçmək hüququndan məhrum olmalıdır? Nə üçün AKİ üzvlərinin, habelə İttifaqın taleyi  kənarda, kimlər tərəfindənsə  volyuntarizm hikkəsiylə həll edilməlidır?! Bu nonsens deyilsə, onda mən də Roma Papasının xalası nəvəsiyəm...

Davam edirəm:

- birincilər dəlil-sübutla, FAKTlarla danışır...

- ikincilər, tutduğunu buraxmayan kor kimi, - RƏYlərlə. Və heç cürə anlamaq istəmirlər ki, RƏYi hər zaman dəyişmək, inkar eləmək olar, FAKTı isə heç vaxt - nə dəyişmək, nə də inkar etmək olar!

- birincilər əsaslı arqumentlər, ədalətli yanaşma irəli sürür...

- ikincilər əsassız gümanlara və ədalətsiz yollara üstünlük verir...

- birincilər milli kinomuzun sabahını, bədi- sənədli kino yaradıcılığı və kino sənayesinin prospektini düşünür...

- ikincilər ancaq və ancaq öz komformist maraqlarını...

- birincilər milli kino sənətinə yeni nəfəs gətirən yeni nəslin taleyindən nigarandı.. 

- ikincilər öz şəxsi maddiyyatlarından...

- birincilər Mədəniyyət nazirliyi və onun nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) ilə müştərək iş birliyi qurub milli kinomuzun tərəqqisinə töhfə verməyə çalışır...

- ikincilər bu birlikdən əndişələnib aşkar şəkildə dağıdıcı mövqe sərgiləyirlər...

Əlbəttə, bu misalların sayını istənilən qədər artırmaq olar; ancaq elə bunlar da kifayətdir ki, kimin kim olduğu aydın olsun.

Kobud çıxsa da deməliyəm: "İa-aa!" - bu, uzunqulağ anqırtısının fonetik transkripsiyasıdır. Və məncə, bu gün bunu, Azərbaycan kinosunun inkişafına əngəl törədənlərin, milli kinomuzun  büdrəməsinə rəvac verənlərin ən çox istifadə etdikləri səs birləşməsi də hesab etmək olar!..

Mənə görə, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqı üzvlərinin əksəriyyətinin fikirincə AKİ artlq  öz sədrini seçib. Və lazım gələrsə, dübarə seçkiyə getməyə hazırdı. Təki Don Kixotu yamsılayanlar  araya yeni təfriqə salmasınlar, təki işlərin gedişatına süni əngəllər törətməsinlər...

Təki, təki...

Bəli, bizim seçimimiz bəllidir! Və bu seçim milli kinomuzun yaşaması, tərəqqisi naminə bütün varlığı ilə çalışan dəyərli sənətkarımız  Əli İsa Cabbarovdu! O Əli İsa Cabbarov ki, AKİ üçün son bir ildə... son 10 il ərzində edilənlərdən  qat-qat  çox işlər görüb. Pozitiv və alqışlanmalı işlər! Bunları danmaq,  şübhəsiz ki, riyakarlıq və nadanlıqdan başqa bir şey deyil.

Haqqında bəhs etdiyim "mehriban dostlar" isə, səd heyif ki, hər bir normal insana xas olan beş hiss üzvündən ən azı ikisini salıb itiriblər - görmə və eşitmə hisslərini!..

Belə olmasaydı, onlar feyk bəyanatlar yaymaz, müxtəlif təşkilatlara donos yazmazdılar...

Nəhayət belə olmasaydı, onlar öz merkantil maraqlarını qorumaq xatirinə və guya daha uzağı görmək, yaxud daha yüksəyə dırmaşmaq üçün... vicdanlarından ayaqaltı düzəltməzdilər!..

Eldəniz Quliyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Avqust 2026 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri