Icma.az
close
up
RU
Kirayə evlər buna görə fantastik qiymətədir AÇIQLAMA

Kirayə evlər buna görə fantastik qiymətədir AÇIQLAMA

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycanda kirayə mənzil qiymətlərinin kəskin artması, xüsusilə median qiymətin 1000 manatı keçməsi daşınmaz əmlak bazarında ciddi müzakirələrə səbəb olub. Bu dəyişiklik həm tələb-təklif balansındakı pozulmalar, həm şəhərə miqrasiyanın artması, həm də tikinti və yaşayış xərclərinin yüksəlməsi ilə izah olunur. Bəs, bu tendensiya davam edərsə, mənzil bazarı necə formalaşacaq və bu artım vətəndaşların gündəlik yaşayış xərclərinə və sosial rifahına hansı dərəcədə təsir göstərəcək?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, Mərkəzi Bank müəyyən dövrlərdə hesabatlar və təhlillər aparır ki, bu da prosesin müsbət tərəfidir. 
"Onların açıqlamalarında göstərilir ki, bazardakı təkliflərin sayına uyğun olaraq qiymətlər formalaşır və bəzi hallarda bu göstəricilər 1000 manatı keçib. 2004-cü ildə də oxşar tədqiqat və araşdırmalar aparılıb. O dövrlə indiki dövr arasındakı müqayisədə qiymət artımı müşahidə olunur. Bu artım daha çox daşınmaz əmlakın satış qiymətləri ilə müqayisədə icarə qiymətlərində özünü göstərir".
Ekspert bildirib ki, faktiki vəziyyət də ondan ibarətdir ki, 2021-ci ildən 2024-cü ilin sonuna qədər ölkədə kəskin qiymət artımı müşahidə olunub. 
"Azərbaycan daşınmaz əmlak sektorunda belə kəskin artım daha əvvəl yalnız müəyyən dövrlərdə, 2006–2008-ci illər arasında müşahidə olunmuşdu və bu, əsasən inşaat materiallarının bahalaşması, beynəlxalq inflyasiya və ümumi yüksək inflyasiya ilə bağlı idi. Lakin bu dəfə səbəblər fərqlidir. Burada əsas amil daşınmaz əmlakın qıtlığıdır. Qıtlıq nəticəsində və eyni zamanda sektora yönələn investisiya kapitalının artması qiymətlərin yüksəlməsinə səbəb olur. İpoteka kreditləri də bu prosesdə mühüm rol oynayır və qiymət artımını sürətləndirən amillərdən biridir. Bundan əlavə, inşaat materiallarının bahalaşması, bazarda təkliflərin azalması, tikinti şirkətlərinin və yeni layihələrin sayının azalması da bu vəziyyətə təsir edir. Son dövrlərdə Bakı şəhərində həyata keçirilən pilot və söküntü layihələri də kirayə bazarında ciddi qıtlıq yaradıb. Bu isə ümumi bazara təsir edərək qiymət artımını daha da gücləndirir. Nəticə etibarı ilə son illərdə Bakı şəhərində mənzil bazarında satış qiymətlərində orta hesabla 17–18%-ə qədər artım müşahidə olunub. İcarə bazarında isə artım daha yüksək olub və təxminən 12–15% və daha yuxarı göstəricilər qeydə alınıb".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Aprel 2026 00:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see512

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see430

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see400

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see281

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see276

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see269

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see266

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see262

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see253

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see245

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see238

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see233

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see223

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see213

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see206

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see203

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see201

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see197

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri