Icma.az
close
up
RU
Kirayə gəlirlərinə tətbiq olunan vergi 14% dən 10% ə endirilir Bu dəyişiklik bazarı necə dəyişəcək?

Kirayə gəlirlərinə tətbiq olunan vergi 14% dən 10% ə endirilir Bu dəyişiklik bazarı necə dəyişəcək?

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda fiziki şəxslərə məxsus yaşayış sahələrinin kirayəyə verilməsindən əldə olunan gəlirlərə tətbiq edilən vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi təklif olunur. Bu dəyişiklik Vergi Məcəlləsinə ediləcək yeni düzəlişlər paketində yer alıb. Məqsəd kirayə bazarının stimullaşdırılması və vergi intizamının gücləndirilməsidir. Burada iki mühüm istiqamət ön plana çıxır. Birincisi, artıq vətəndaşlara vergi uçotuna durmaq məcburiyyəti olmadan, gəlirlərini rəsmi şəkildə bəyan edib vergilərini ödəmək imkanı yaradılır. Bunun üçün qanunvericilikdə “agent mexanizmi” nəzərdə tutulur – yəni ev sahibi öz adından bu prosesi idarə edən, vergiləri hesablamaq və ödəmək səlahiyyətinə malik vasitəçi təyin edə biləcək. Bu, həm inzibati sadələşmə yaradır, həm də kirayə münasibətlərinin rəsmi uçota keçidini asanlaşdırır.
İkincisi, kirayə gəlirləri üzrə vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi bazarda real canlanma yaradacaq addımdır. Bu dəyişiklik, bir tərəfdən vətəndaşları leqallaşmaya təşviq edir, digər tərəfdən isə ümumilikdə kirayə bazarının stimullaşdırılmasına və kölgə iqtisadiyyatının azalmasına xidmət edir. 
Fikrimcə, bu dəyişiklik vacibdir. Uzun illərdir ki, ölkədə kirayə bazarının böyük bir hissəsi kölgə iqtisadiyyatı çərçivəsində fəaliyyət göstərir. Bir çox ev sahibləri kirayədən gəlir əldə etsə də, bu gəlirlər bəzən rəsmi şəkildə bəyan edilmir. Nəticədə, dövlət büdcəsi üçün potensial vergi mənbələri itirilir, bazarda isə şəffaflıq azalır. Vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi bu mənada motivasiyaedici mexanizm rolunu oynayır. Daha aşağı vergi dərəcəsi, vətəndaşların gəlirlərini rəsmi şəkildə bəyan etməsini iqtisadi baxımdan sərfəli edir. Bu da həm dövlət üçün əlavə gəlir, həm də bazar üçün daha şəffaf mühit deməkdir. Təklif olunan dəyişikliklərdən biri də agent sisteminin tətbiqidir. Bu sistem vətəndaşlara vergi öhdəliklərini yerinə yetirmək üçün vasitəçi təyin etmək imkanı verir. Yəni ev sahibi öz adından vergiləri ödəmək üçün etibarlı agent seçə bilər. Bu, xüsusilə kirayə gəliri ilə passiv şəkildə məşğul olan şəxslər üçün bürokratik yükü azaldır. Artıq hər bir vətəndaşın mühasibatlıqla və hesabatlarla məşğul olması zəruri deyil. Agent sistemi həm də vergi nəzarətini sadələşdirəcək, çünki bazarda rəsmi uçot aparmaq daha asan olacaq. Bu dəyişikliklər təkcə vergi sisteminə deyil, həm də kirayə bazarının strukturuna təsir göstərəcək. Belə ki, şəffaf bazar formalaşacaq. Rəsmi gəlir bəyan edənlərin sayının artması nəticəsində kirayə qiymətlərinin formalaşması daha balanslı olacaq. Vergi yükünün yüngülləşməsi və inzibati prosedurların sadələşdirilməsi kölgədə qalan əməliyyatların azalmasına gətirib çıxaracaq.Daha çox şəxs vergi ödəyicisi kimi qeydiyyatdan keçəcək və nəticədə büdcə gəlirləri artacaq. Rəsmi gəlir bəyan edən və vergi ödəyən vətəndaşların sayı artdıqca, dövlət dəstək mexanizmləri daha ədalətli əsasda qurulacaq.
Kirayə dərəcələrinin azaldılması bazarda qısamüddətli adaptasiya dövrü yarada bilər. Qeydiyyata düşmək istəməyən bəzi ev sahibləri üçün yeni qaydalar ilk mərhələdə çətin görünə bilər. Lakin uzunmüddətli perspektivdə bu sistem daha sabit və proqnozlaşdırıla bilən bazar formalaşdıracaq.
Eyni zamanda, mülkiyyətçilərin sayı artdıqca, onlar üçün kirayə biznesi rəsmi gəlir mənbəyi kimi daha cəlbedici olacaq. Bu da daşınmaz əmlak sektoruna əlavə investisiya axını gətirə bilər. Beləliklə,  vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsi sadəcə vergi siyasətində kiçik texniki dəyişiklik deyil. Bu, kirayə bazarının leqallaşdırılması, vergi mədəniyyətinin yüksəldilməsi və kölgə iqtisadiyyatının azaldılması istiqamətində atılmış ciddi addımdır. Əgər bu islahat ardıcıl və şəffaf şəkildə həyata keçirilərsə, yaxın illərdə həm dövlət, həm sahibkar, həm də kirayəçilər daha sabit, ədalətli və rəqabətqabiliyyətli bazarın üstünlüklərini hiss edəcəklər.
Çinarə Ağayeva, 
Biznes məsləhətçi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Noyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see314

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see201

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see172

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see159

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see148

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see146

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see142

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see139

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see134

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see133

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see132

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri