Icma.az
close
up
RU
Kirill Qaburiç: Ölkələr gücü ilə deyil, səhiyyə sistemi ilə öyünməlidirlər

Kirill Qaburiç: Ölkələr gücü ilə deyil, səhiyyə sistemi ilə öyünməlidirlər

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qlobal böhran yalnız iqtisadi və siyasi deyil, həm də ünsiyyət və qarşılıqlı əməkdaşlıq sahələrində ciddi problemlər yaradır".

Oxu.Az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda "Qlobal Səhiyyə Böhranda: Hazırlılıq və Bərabərlikdə Yeni Cəbhələr" adlı panel müzakirədə Moldovanın sabiq baş naziri Kirill Qaburiç deyib.

"Biz COVID pandemiyasından özümüz üçün dərslər çıxarmışıq, lakin düşünməliyik ki, oxşar hallar baş verərsə, həmin həllər yenə də yararlı olacaqmı?" - deyə o fikrini davam etdirib.

Qaburiç səhiyyə sahəsinə investisiyaların artırılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, digər sahələrə yönəldilən sərmayələr sürətlə artsa da, səhiyyə sahəsinə ayrılan vəsaitlər sabit qalır:

"Kiçik və orta miqyaslı ölkələr var ki, onlar səhiyyə sahəsində lazımi dəstəyi ala bilmirlər. Müharibə ilə yanaşı, tibbi xidmətə çıxışı olmadığı üçün həyatını itirən insanlar var. Tibbi ləvazimatlara və dərman preparatlarına çıxış bərabərləşdirilməlidir".

O, özəl sektorun səhiyyə sistemində iştirakının artırılmasını dəstəklədiyini bildirib və bunun effektivliyini vurğulayıb:

"Dəfələrlə sübut olunub ki, səhiyyədə özəl sektorun iştirakı effektiv nəticələr verir. Hökumətlər də bu prosesdə müəyyən mənada dəstək göstərməlidirlər".

Sonda Qaburiç ölkələrin hərbi gücünə deyil, səhiyyə sisteminin gücləndirilməsinə üstünlük verməsinin vacibliyini qeyd edib:

"Ölkələr gücü ilə öyünür, nəinki səhiyyə sistemi ilə. Biz başa düşməliyik ki, gücün nə qədər böyük olması yox, onun sağlam dünya üçün nə qədər səmərəli olmasına baxmalıyıq".

Aləmdə Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Mart 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp: Putinə səbrim çox tez tükənir

13 Sentyabr 2025 00:33see190

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see158

İntihar etdiyi deyilən türk aktrisadan xəbər var

12 Sentyabr 2025 13:37see150

İpoteka ilə alınan evlərin satılmasına icazə verilir? Əgər bu şərtlər varsa… KONKRET

12 Sentyabr 2025 19:03see137

Amerikada qızılcaya yoluxan uşaq ölüb

12 Sentyabr 2025 15:13see135

Tailandda quduzluq epidemiyası yayılır

13 Sentyabr 2025 01:25see133

Yaşmada sex yandı

13 Sentyabr 2025 10:49see132

Liqa 1: Marsel darmadağına sevindi

13 Sentyabr 2025 01:51see131

Ukraynalılar Bakı Bulvarında Rusiyaya etiraz etdi Bizə qardaş deyirlər, sizə dost deyirlər

12 Sentyabr 2025 22:54see130

Paketadan ayrılıq qərarı

12 Sentyabr 2025 14:29see126

Kanelo Dana Uayt haqqında danışan spikerin sözünü kəsib

13 Sentyabr 2025 00:18see125

Uşaqda məktəbdən sonra baş ağrısının 5 SƏBƏBİ

12 Sentyabr 2025 16:09see124

Model 100 min dollara ər axtarır

12 Sentyabr 2025 18:57see122

“Millət vəkili” anlayışı kimi “ekspert” sözü də cəmiyyətdə formalaşır Fazil Mustafa

12 Sentyabr 2025 19:38see121

Yaponiya bu ölkələrə “F 15” döyüş təyyarələri göndərəcək

12 Sentyabr 2025 16:19see121

KİV: Mossad Qətərdə HƏMAS rəhbərlərinə qarşı yerüstü əməliyyatdan imtina edib

14 Sentyabr 2025 01:26see120

Araz Naxçıvan Kəpəz ə qalib gəldi

12 Sentyabr 2025 19:42see120

Gecənin şəkli bu olnalıdır Qurbanovun ofisiantlarla səmimi anı Video

12 Sentyabr 2025 10:23see117

Elbrusda kanat yolu qırıldı, ölənlər var

13 Sentyabr 2025 00:27see117

Avtomobil 1 həftə və ya daha çox sürülməsə hansı problemlər yaranır?

13 Sentyabr 2025 20:02see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri