Kirptovalyuta nəhəngləri sevinc içində: Gələn il hər həftə şad xəbər alacaqlar Yeni Sabah
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Donald Trampın ABŞ seçkilərində qalib gəlməsi ilə kriptovalyutalar üçün qızıl dövr başlayıb.
Yenisabah.az xəbər verir ki, bu fikri "Binance" kriptovalyuta birjasının baş direktoru Riçard Tan "Financial Times"a müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, respublikaçının Ağ Evə qayıtması “kripto sənayesi üçün böyük qələbə” idi və kriptovalyutaların Amerika tənzimləyicilərinin əksəriyyəti tərəfindən tanınmasına səbəb olacaq.
Oxşar nöqteyi-nəzərlə kriptovalyutalar üzrə ixtisaslaşmış digər platformaların rəhbərləri də çıxış edirlər. "Coinbase"in baş direktoru Brayan Armstronq qeyd edib ki, Trampın qələbəsindən sonra “Amerika iqtisadi azadlıq yolunda olacaq”.
“Galaxy Digital” kriptovalyuta şirkətinin qurucusu Maykl Novoqratz hesab edir ki, qarşıdan gələn il hər həftə sənaye üçün xoş xəbərlər görünəcək.
Eyni zamanda ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) keçmiş əməkdaşı Amy Lynch-in fikrincə, Tramp administrasiyası SEC-i deyil, Əmtəə Fyuçers Ticarət Komissiyasını sənayenin əsas tənzimləyicisi edə bilər ki, bu da kriptovalyuta sahəsinin daha yumşaq tənzimlənməsi demək olacaq. "Lynch"ə görə, bu, "böyük fırıldaqçılıq halları” doğura bilər./Musavat.com
Baxış sayı:115
Bu xəbər 09 Noyabr 2024 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















