Icma.az
close
up
RU
Kişi arvadını pişik saxlamaq üstündə döydü KONKRET

Kişi arvadını pişik saxlamaq üstündə döydü KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xalid Hacıyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə onun cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Xalid Hacıyevin barəsində “qətimkan tədbiri” seçilməməsi nəzərə alınıb.

İttihama görə, hadisə 13 yanvar 2026-cı il tarixdə gecə saat 00:30 radələrində Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, Xalid Hacıyev rəsmi nikahda olduğu həyat yoldaşı, zərərçəkmiş Yasəmən Hacıyeva (adı, soyadı şərtidir) arasında ev heyvanı olan pişiyin saxlanılması ilə bağlı fikir ayrılığı yaranıb. Mübahisə zamanı təqsirləndirilən şəxs arvadının üzərinə hücum edərək qəsdən əl (yumruq) zərbəsi ilə onun baş nahiyəsinə vurub. Nəticədə Yasəmən Hacıyeva başın təpə-ənsə nahiyəsinin hematoması ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət alıb. Bununla da zərərçəkmişin sağlamlığına qəsdən yüngül zərər vurulub.

Bundan əlavə, hadisə zamanı Yasəmən Hacıyeva özünü qorumaq məqsədilə sağ əlini başının qarşısına tutduqda, Xalid tərəfindən endirilən növbəti əl zərbəsi onun sağ əlinin I və V barmaqları nahiyəsinə dəyib. Nəticədə həmin nahiyələrdə sıyrıqlar əmələ gəlib. Ekspertiza rəyinə əsasən, bu xəsarətlər dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilib.

İş üzrə məhkəmə iclasında Xalid Hacıyev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 13 yanvar 2026-cı il tarixdə gecə saatlarında oğlu üçün evə pişik gətirib. Həmin vaxt həyat yoldaşı pişiyin evdə saxlanılmasına etiraz edib, heyvana baxa bilməyəcəyini və evin çirklənəcəyini bildirib. Sonra qadın pişiyin evdən aparılmasını tələb edib. Təqsirləndirilən şəxs isə pişiyin saxlanılmasının problem yaratmayacağını deyərək etirazını bildirib. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb. Xalid mübahisə zamanı əsəbiləşərək bir dəfə əli ilə həyat yoldaşının baş nahiyəsinə zərbə vurduğunu etiraf edib. İkinci dəfə zərbə endirmək istəyərkən, Yasəmən Hacıyeva əlini başının qarşısına tutduğundan zərbə onun əl nahiyəsinə dəyib. Bundan sonra mübahisənin dayandığını bildirib.

Təqsirləndirilən şəxs məhkəmədə törətdiyi əməldən peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanı ödədiyini və zərərçəkmiş şəxslə barışıq əldə etdiyini qeyd edib. O, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə iclasında iştirak edən Yasəmən Hacıyeva ifadə verməkdən imtina edib və istintaq zamanı verdiyi ifadənin elan edilməsini xahiş edib. O, məhkəməyə ərizə ünvanlayaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Xalid tərəfindən dəymiş ziyanın ödənilməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Fevral 2026 11:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri