Icma.az
close
up
RU
Kişi ibadət edən arvadına bıçaqlı hücum etdi

Kişi ibadət edən arvadına bıçaqlı hücum etdi

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 16-da Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən evlərdən birində baş verib. 
Mingəçevir şəhər sakini, 1989-cu il təvəllüdlü Bəhram həmin gün saat 14:50-də ailə üzvləri ilə birlikdə yaşadığı evdə arvadı Esmira (adlar şərtidir – red.) mübahisə edib. 
Onların arasında mübahisənin yaranmasına səbəb isə Esmiranın namaz qılaraq ibadət etməsi olub. Bununla bağlı aralarında yaranmış fikir ayrılığı ilə əlaqədar irad bildirib. Bu zaman əsəblərini cilovlaya bilməyən Bəhram arvadının üzərinə hücum edib və ona qəsdən zərbələr vurub. 
Hadisəni törədən Bəhramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Bəhram ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadı Esmira ilə olan birgə nigahdan üç övladları doğulub: “Yaşadığım müddət ərzində bir neçə dəfə Esmira ilə aramızda anlaşılmazlıq olaraq mübahisə baş verib. Fevralın 16-da Gürcüstandan gəldim. Saat təxminən 4 rədələrində yaşadığım evə çatdım. Evə daxil olduqda, uşaqlar yatılı vəziyyətdə olub. Esmira isə evdə olmayıb. Mən də çox bərk əsəbləşdim. Səhər evdən çıxdım və günorta vaxtı evə qayıtdıqda Esmira ilə aramızda olanlarla bağlı mübahisə yarandı. Esmira dini ad altında dələduzluq və qanunsuzluqlarla məşğul olan şəxslərə qoşulub. Mən isə onu bu yoldan geri qaytarmaq istəmişəm. Bu zaman Esmira üzərimə qışqırdı. Mən də onun bu hərəkətindən əsəbiləşdim və üzərinə gedərək ayağım ilə sifət nahiyəsindən vurdum. Onun dişi sındı. Bundan sonra mübahisəmiz başa çatdı”. 
İş üzrə zərərçəkmiş Esmiranın sözlərinə görə, yaşadıqları müddət ərzində bir neçə dəfə Bəhramla aralarında anlaşılmazlıq olmaqla mübahisə yaranıb: “Mən əvvəl heç vaxtı onun barəsində polisə şikayət etməmişəm. Fevralın 16-da, saat təxminən 4 radələrində Bəhram evə gəldi. Bizim aramızda bu zaman pulla bağlı mübahisə yarandı. Bəhram məni vurduğu üçün küçəyə qaçdım. Təxminən bir saat sonra Bəhramın sakitləşdiyinə əmin olduqdan sonra geri qayıtdım. Günorta saatlarında yenə bizim aramızda pul və mənim dini görüşlərim ilə bağlı mübahisə yarandı. Mübahisə zamanı Bəhram mənə namaz qılmamağı bildirdi. Mən isə ona namaz qılacağımı dedim. Bununla bağlı Bəhram mənə irad tutaraq mübahisəyə davam etdi. Üzərimə gələrək məni döydü. Sonra isə mətbəx bıçağı ilə alın nahiyəmə vurdu. Həmin vaxtı aldığım zərbədən yerə doğru əyildim. Bu zaman Bəhram ayağı ilə ağız nahiyəmə təpiklə zərbə vuraraq dişimi sındırdı”. 
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Bəhram 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxması, həmçinin hər gün saat 21:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı evi tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
Həmçinin müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməsi öhdəliyi üzərinə qoyulub. Cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi də tapşırılıb. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Yanvar 2026 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri