Kişi şadlıq sarayının qarşısında boşanma ərəfəsində olduğu arvadını döydü CƏZA
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən A.Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 7 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 24 yanvar 2023-cü il tarixdə, təxminən saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Leon" Şadlıq sarayının qarşısında qeydə alınıb.
Belə ki, A.Babayev boşanma ərəfəsində olduğu həyat yoldaşı, zərərçəkmiş T.T.-yə (adı, soyadı şərtidir) evə qayıtmasını tələb edib. Lakin qadın razılaşmayıb və ona etiraz edib. Bu səbəbdən təqsirləndirilən şəxs T.T. ilə mübahisə edərək onu döyüb, yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirib.
Hadisədən sonra A.Babayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov


