Kişi ona çay süzməyən arvadını döydü CƏZA
Binəqədi Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Qabil Həsrətovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
İttihama görə, hadisə 23 oktyabr 2024-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Yuxarı Sulutəpə qəsəbəsində qeydə alınıb.
Belə ki, Qabil Həsrətov evdə arvadı, zərərçəkmiş Səbinə Həsrətova (şərti) ilə mübasiə edib. Mübahisəyə səbəb isə qadının ərinə çay süzməməsi olub. Bu zaman o, sağ əli ilə 2 dəfə Səbinənin sol gözünün alt nahiyəsinə qəsdən yumruq zərbəsi vuraraq, ona sağmalığa yüngül dərəcəli bədən xəsarətləri yetirib.
Kamal Məmmədov