Icma.az
close
up
RU
Paşinyan yeni konstitusiya qəbuluna gedir: Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur

Paşinyan yeni konstitusiya qəbuluna gedir: Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəyə yeni konstitusiya lazım olduğunu bir daha vurğulayıb.

Paşinyanın konstitusiyanı yeniləmək istəməsinin əsas səbəbi  Zəngəzur dəhlizi və Azərbaycanla sülh məsələsi ola bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Paşinyan bu dəyişikliyin vacibliyini "müasir reallığı əks etdirən" zərurət kimi təqdim etməklə çalışır, lakin əslində bu, Ermənistanın 30 il ərzində irredentist siyasətin iflasını qəbul etmək məcburiyyətindən doğur:

"Ermənistan rəhbərliyinin konstitusiya dəyişiklik planı əslində regional güc balansının köklü dəyişməsini etiraf etmək cəhdidir. Paşinyan mövcud konstitusiyaya düzəlişlərdən deyil, yeni konstitusiyanın qəbulundan danışır və böyük ehtimalla parlament seçkilərindən əvvəl bu dəyişiklikləri həyata keçirməyə çalışır. Bu, Ermənistanın 1990-cı illərlərdən bəri apardığı territorial iddialar siyasətinin artıq dayanılmaz olduğunu göstərir.
Ermənistan hakimiyyəti onilliklər ərzində xalqını "Böyük Ermənistan" fantaziyası ilə aldatmış, reallığı inkar etmiş və regional əməkdaşlığa qarşı müqavimət göstərmişdir. İndi isə Paşinyan məcburiyyətdən "müasir reallığı qəbul etmək" barədə danışır, çünki Ermənistan artıq keçmiş aqressiv siyasətini davam etdirə bilmir.
Paşinyanın "bugünkü Ermənistanın mövcud reallığını ifadə etməlidir" açıqlaması əslində ölkənin regional təcridindən çıxış yolu axtarması deməkdir. Ermənistan onilliklər ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti aparmış, beynəlxalq hüququ tapdalamış və regionu sabitləşdirməyə mane olmuşdur".

Politoloq qeyd etdi ki, Zəngəzur dəhlizi məsələsi Ermənistan üçün xüsusilə ağrılıdır, çünki bu, ölkənin əsl geosiyasi mövqeyini - regionda tranzit ölkə olmaq statusunu - qəbul etmək deməkdir:

"Ermənistan rəhbərliyi əvvəllər özünü "irredentist güc" kimi təqdim etməyə çalışırdı, indi isə praktik məsələlərlə məşğul olmağa məcburdur.
Konstitusiya dəyişiklik planı həm də Ermənistanın daxili siyasi böhranının təzahürüdür. Paşinyan hakimiyyəti xalqın qarşısında uzun müddət sürdürdüyü revanşist ritorika üçün cavab verməli olur və reallığa uyğunlaşmaq məcburiyyətində qalır.
2027-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi üçün referendum keçirməyi planlaşdırılır - bu, Ermənistanın keçmiş siyasətinin tam şəkildə dəyişdirilməsi prosesinin rəsmi etirafıdır. Ermənistan artıq regionda konstruktiv rola keçməyə məcburdur".

T.İsmayılovun sözlərinə görə, Paşinyanın konstitusiya dəyişiklik planı regional sülh üçün mütləq zərurəti nəzərdə tutur, lakin bu proses Ermənistanın çoxillik təhrikkarlığının nəticəsi olaraq çox gec başlanır.

"Regionda sabitlik ancaq Ermənistanın tam şəkildə keçmiş aqressiv siyasətindən əl çəkməsi və reallığı qəbul etməsi ilə mümkün olacaq.
Bu konstitusiya dəyişiklik planı əslində Ermənistanın regionda apardığı zərərli siyasətin son nöqtəsi olmalıdır və ölkənin gələcəyə konstruktiv baxışla yanaşması üçün zəruri addımdır", - deyə o vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 İyul 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri