Icma.az
close
up
RU
Kişi sonsuzluğu ilə bağlı yanılmalar

Kişi sonsuzluğu ilə bağlı yanılmalar

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hal hazırda bütün dünyada sonsuzluq problemi ən böyük problemlərdən biri sayılır.

İnsanların əksəriyyəti sonsuzluqdan söhbət düşükdə bunu ilk növbədə qadının sağlamlığında olan hər hansı problemlə əlaqələndirir. Lakin bu səhv fikirdir. Müasir dövrdə kişi sonsuzluğu da qadın sonsuzluğu kimi çox yayılmış problemdir.

Kişi sonsuzluğu ilə bağlı bir çox "rəvayətlər" var. Bu yanılmaları sizə təqdim etmək istərdik.

- Sonsuzluq problemi varsa, ilk növbədə qadını müayinə və müalicə etmək lazımdır. Heç nə alınmazsa, onda kişi həkimə getməlidir. Bu səhv yanaşmadır. Həm qadın, həm də kişi eyni zamanda müayinədən keçməli və müalicə almalıdır. Bu halda nəticə daha uğurlu olacaq.

- Kişi cavandırsa, onda sonsuzluq ola bilməz. Sonsuzluğa yalnız yaşı çox olan kişilərdə təsadüf edilir. Bu da səhv fikirdir. Bəli, kişinin yaşı artdıqca onun cinsiyyət sistemində  pozulmaların inkişafının riski də artır. Bu pozulmalar isə sonsuzluğa səbəb ola bilər. Lakin bu heç də o demək deyil ki, cavan kişi sonsuzluqdan sığortalanıb. İlk növbədə bəzi anadangəlmə pozulmalar və patologiyalar sonsuzluğa səbəb olur. Bu pozulmalar haqqında kişi özü müəyyən vaxta kimi bixabər ola bilər.

Əgər kişi uşaqlıqda tez-tez və ağır xəstələnirdisə, xüsusilə də bəzi infeksion xəstəlikləri ağır şəkildə keçirdibsə (ilk növbədə parotit - "qulaq dibi"), bu gələcəkdə sonsuzluğun inkişafına səbəb ola bilər. Əgər kişi uşaq vaxtı tez-tez qasıq nahiyəsi travmaları alırdı, tez-tez soyuqlayırdı, pis qidalanırdı və s., bu da gələcəkdə problemlərə səbəb ola bilər.

Beləliklə, kişinin yaşı sonsuzluqla birbaşa bağlı deyil.

Bu qadınlarda daha aktual problemdir. Belə ki, kişilərdə spermatozoidlərin "istehsalı" hətta 70 yaşına kimi davam edə bilər. Lakin qadınların yumurtalıqlarında yumurta hüceyrələrinin yetişməsi yalnız 45-50 yaşına kimi mümkündür. Daha sonra qadının orqanizmində ciddi hormonal dəyişikliklər baş verir ki, o, artıq dolyaratma qabiliyyətini itirir.

- Kişilərdə sonsuzluğun əsas səbəbi "pis" xəstəliklərdir. Bu da yanlış fikirdir. Əslində vaxtında müalicə olunmuş "pis" (zöhrəvi) xəstəliklər sonsuzluğa səbəb olmur. Düzgün və ya vaxtında müalicə olunmamış belə xəstəliklər xroniki fazaya keçərək kişinin cinsiyyət sistemində xroniki iltihabların səbəbi olur. Bu iltihablar isə sonsuzluğun inkişafına səbəb ola bilər.

Lakin belə iltihabların səbəbi tək "pis" xəstəliklər deyil - uzunmüddətli soyuqlamalar, digər mikroblar və infeksiyalar (stafilokokk, streptokokk, göbələk infeksiyası və s.) və s. ola bilər.

- Əgər kişidə əvvəlki nikahda və ya nikahdan kənar uşaq varsa, sonsuzluğun problemi kişinin sağlamlığında deyil. Bu da yanılmadır.

Sonsuzluq sonradan da müxtəlif səbəblərə görə inkişaf edə bilər. Bu qazanılmış (ikincili) sonsuzluqdur. Bu hal həm kişilərdə, həm də qadınlarda mümkündür. Belə pozulmaya ilkin sonsuzluqla müqayisədə daha az-az təsadüf edilir.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri