Icma.az
close
up
RU
Kişilər bir olmur: döyüləni, söyüləni var...

Kişilər bir olmur: döyüləni, söyüləni var...

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Zorakılıq barədə danışanda insanlar birmənalı olaraq qadına və uşağa qarşı olan zorakılığı nəzərdə tutur. Lakin kişiləırin zorakılığa məruz qalması faktları da var və bu rəqəm günü-gündən artır. 2024-cü il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub, zorakılığa məruz qalanların 534-ü qadın, 52-si kişi olub.

Kişilərə qarşı zorakılıq kişilərə və ya oğlan uşaqlarına qarşı edilən zorakılıqdır. Ümumiyyətlə, kişilər tez-tez həm zorakılığın qurbanı, həm də zorakılığı tətbiq edən rolunda olurlar. Kişilərə qarşı cinsi zorakılığa əksər cəmiyyətlərdə qadınlara qarşı zorakılıqdan fərqli yanaşılır və beynəlxalq hüquq tərəfindən böyük ölçüdə tanınmır. Lakin kişilərin qadınlar tərəfindən fiziki və psixoloji zorakılığa məruz qalması qəbul edilir. Kişilərə qarşı zorakılıq həm kişilər, həm də qadınlar tərəfindən törədilsə də, ABŞ Ədliyyə Statistikası Bürosunun məlumatlarına görə, kişilərin kişiləri öldürdüyü qətllər ümumi qətllərin 65,3%-ni təşkil edir.

Ailədə zorakılıq bütün cəmiyyətlərin ortaq problemdir. Bu sahədə aparılan araşdırmalar dünyada hər dörd qadından birinin və hər altı kişidən birinin ailədə zorakılığa məruz qaldıqlarını göstərib. Zorakılıq özünü həm fiziki, həm mənəvi, həm də iqtisadi tərəfdən göstərir. Ailədaxili zorakılığa məruz qalanlar arasında son illər kişilərin sayının artması halları da var.

Ailədə zorakılıq bir çox formada təzahür edə bilər, bunları sıralasaq o zaman aşağıdakı siyahı əmələ gələcək. Yumruq atma, təpikləmə, söyüş, hər hansı soyuq alətlə vurma, odlu silahlarla qorxutma və ya yaralama, zorla evləndirilmə, cinsi əlaqəyə məcbur etmə, evdə dustaq etmə və s. Bunlardan əlavə, ailə üzvlərinə qarşı səs ucaltmaq, başqalarının yanında hörmətdən salmaq, qürurunu qırmaq da zorakılıq sayılır. İqtisadi imkanların məhdudlaşdırılması, yəni maddi sıxıntıya salmaq da ailədaxili zorakılığın bir növü hesab edilir.

Nədənsə, ailədə zorakılıqdan söz düşəndə hamının gözünün özünə əri tərəfindən döyülmüş, üz-gözü göyərmiş, paltarları cırılmış qadın surəti gəlir. Bizim cəmiyyətdə kişilərin ailədə zorakılığa məruz qalmasına inanmırlar, daha dəqiq ifadə etsək əksəriyyət bunu mümkünsüz hesab edir. Bizim ölkəmizdə də zaman-zaman mətbuata, hüquq-mühavizə orqanlarına məlum olan zorakılıq hadisələri olur, amma etiraf etmək lazımdır ki, ölkəmizdə hər 100 zorakılıq halından yalnız bir neçəsi aşkara çıxır. Nə Statistika komitəsinin, nə də AQUPDK-nin verdiyi rəqəmlər reallığı əks etdirmir.

Kişilərin zorakılıq gördüyü cəmiyyətlərdə isə çox vaxt fiziki qüsuru olan kişilər və qocalar bundan əziyyət çəkir. Bu o demək deyil ki, onlara fiziki güc tətbiq edilir, yox, sadəcə sözlə də zorakılıq olur. Həmçinin bu iş qabiliyyətini itirmiş və ya yaşlanmış kişilərin ən çox raslaşdığı durumdur. Bəzi qadınlar mübahisə zamanı kişiyə hansısa əşyanı atmaqdan belə çəkinmirlər. Hər hansı bir əşya atmaq, alçaldıcı ifadədən istifadə etmək, təhqir etmək də ailədaxili zorakılıq hesab olunur.

Kişilər ailədə zorakılıq gördüyünü etiraf etmirlər, çünki bu, ətrafın stiqmasına səbəb olur. Amma bəzən də olur ki, bəzi kişilər artıq ətrafda hər kəs bildiyi üçün həyat yoldaşı tərəfindən döyüldüyünü etiraf edir. Əksər vaxtlarda kişilər potensial zorakılıq tətbiq edən hesab edilir. Bunu biz qadınlar əsasən, bioloji olaraq daha güclü olmaları ilə yozuruq. Bəzi hallarda kişilər ailədə daha çox "rəis"lik etmək və hər şeyi öz nəzarəti altına almaq istədikləri üçün zorakılıq tətbiq edirlər. Bəzi hallarda isə qazdıqları quyuya özləri düşürlər. Yəni onların hegemonluq istəyi özlərinin zorakılığa məruz qalmasına yol açır. Kişinin "rəis"liyindən, davranışlarından bezən qadın da ona eynilə davranır.

Başqa səbəblər də var, maddi vəziyyətin zəif olması, psixoloji vəziyyət, həyatından narazı olması və s. Bizim cəmiyyətdə əvvəllər kişinin zorakılığa məruz qalması nadir müşahidə edilsə də, artıq sıradan, adi bir haldır. Düzdür, onlar qadınlar kimi döyülmür, işgəncəyə məruz qalmır, daha çox mənəvi zorakılığa məruz qalırlar. Amma zorakılıq elə zorakılıqdır, fiziki, mənəvi, psixoloji, iqtisadi – hansı cür olursa olsun. Zorakılığa məruz qalan da, zorakılığı tətbiq edən də kim olursa olsun, hansı cinsdən olursa olsun, qınanılmalı, stiqmaya məruz qoyulmalıdır.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri