Icma.az
close
up
RU
Kişilər boşanmadan niyə çəkinir? Psixoloq səbəbləri sadaladı

Kişilər boşanmadan niyə çəkinir? Psixoloq səbəbləri sadaladı

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Boşanma üçün ilk addımı atanların qadınlar olması müəyyən iddialar yaradır.

Hətta çoxları buna görə kişilərin ailəsinə daha bağlı, boşanmadan çəkinən və evliliyini bitirmək istəməyən tərəf olduğunu düşünür.

“Cəmiyyətdəki “ailəni ən çox qadınlar dağıdır, kişilər isə boşanmaqdan çəkinirlər” fikrinin formlaşmasının statistik əsası var”.

Bunu “Yeni Sabah”a psixoloq Elnarə Kərimova bildirib.

Onun sözlərinə görə, belə bir fikrin yaranmasında bir sıra səbəblər mövcuddur:

“Mediasiya və sonrakı mərhələdə məhkəməyə təqdim olunan boşanma ərizələrinin 80 faizindən çoxunu qadınlar yazır. Yəni boşanma istəyi qadınlardan gəlir. Amma bu, əksər hallarda qarşı tərəfin, yəni kişinin hərəkətlərindən yaranan nəticədir. Cəmiyyət isə daha çox səbəbi yox, nəticəni müzakirə etməyi xoşladığından bu məqam arxa planda qalır. Məsələn, kişi xəyanət edir, qadın bir neçə dəfə bağışlayır, ancaq müəyyən müddət sonra xəyanətin davamlı olduğunu görür və boşanmaya ərizə təqdim edir. Yaxud fiziki zorakılıqla üzləşir, dəfələrlə valideynlər məsələyə müdaxilə edir, ər-arvadı barışdırır, lakin sonda qadın dözmür və boşanır.

Cəmiyyət bunu qadının dözümsüzlüyü ilə eyniləşdirir və onun bütün bu fiziki, mənəvi, hətta cinsi zorakılığa dözməli olduğunu düşünür. Bütün bunların fonunda isə cəmiyyətdə ikinci bir müzakirə açılır və kişilərin boşanmamaq üçün israr etdiyi qənaəti yaranır. Bunu kişilərin daha çox ailəcanlı olması, ailənin dağılmasından qorxması kimi şərh edirlər”.

Ekspert vurğulayıb ki, əslində, kişilərin boşanma üçün məhkəməyə müraciət etməməsinin bir çox səbəbi var:

“Bura iqtisadi-sosial səbəblər daxildir. Əmlak bölgüsü, aliment, boşanan və s. Amma bir də psixoloji səbəblər var ki, bunlar da bir az mentalitetdən, bir az cəmiyyətin reaksiyasından, bir az dünyagörüşündən, bir az da qadın-kişi bərabərliyinin bir çox hallarda ancaq qanun müddəaları olaraq qalmasından qaynaqlanır. Məsələn, kişi düşünür ki, qadını, ailəsini maddi cəhətdən təmin edirsə, özü evdən kənarda hansısa münasibət qura bilər və bunun üçün qınaq obyekti olmamalıdır.

Qadın evdədirsə, kişi üçün bu rahatlıq təmin edir. Yəni kişi arxayındır ki, qadın evdədir, uşaqlarla maraqlanır, onları tərbiyə edir, problemlərini həll edir, belə olan halda hətta artıq sevmədiyi xanımı ilə münasibəti rəsmən pozmaq istəmir. Çünki boşanmaq ona əlavə problemlər yaradacaq, ortada qazancın ikiyə bölünməsi, əmlak bölgüsü, aliment, uşaqlarla görüşməkdə məhdudiyyətlər yarana bilər. Yaxud digər qrup kişi hesab edir ki, artıq sevmədiyi, bir ortamda olmaqdan maksimum yayındığı həyat yoldaşı ilə rəsməm boşanmaq həmin qadına azadlıq verməkdir ki, bunu da sonunda milli mentalitetə bağlamaq cəhdləri var.

Üstəlik, kimsə kişinin ailənin, evin xaricindəki həyatına müdaxilə etmirsə, həmin kişi üçün bu, ideal həyatdır. Belə həyatda o, həm evli kişi kimi cəmiyyətdəki statusunu qoruyur, həm də istədiyi həyatı yaşayır. Ona görə də hətta sevmədiyi, anlaşa bilmədiyi, daim şikayətləndiyi, ən əsası isə xoşbəxt olmadığı və birlikdə xoşbəxt uşaqlar böyüdə bilmədikləri halda belə, həyat yoldaşından rəsmən ayrılmaq istəmir”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Dekabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri