Icma.az
close
up
RU
Menu

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Kişilər bu 11 ifadəni işlətdisə, deməli...

Kişilər bu 11 ifadəni işlətdisə, deməli...

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Evlilik heç vaxt ideal olmur. İki insan münasibətlərə öz həyat təcrübəsini, travmalarını, arzularını və gözləntilərini gətirir, buna görə də tez-tez aralarında anlaşılmazlıqlar yaranır.

Qaynarinfo "Your Tango” saytına istinadla yazır ki, bəzən problemlər bir tərəfin emosional uzaqlaşmasına gətirib çıxarır.

Sadəcə, arada deyildiyi kimi görünən sözlər də onun hisslərinin zəiflədiyinin siqnalı ola bilər. Əgər kişi tez-tez aşağıdakı ifadələri işlədirsə, onun ruh halına və evlilikdə nələr baş verdiyinə diqqət yetirmək lazımdır:

1. "İstədiyin kimi elə, mənimçün fərqi yoxdur”

Qadının qərarlarına laqeyd yanaşmaq emosional uzaqlaşmanın əlamətidir. Kişi onun seçimləri ilə maraqlanmırsa, bu münasibətlərdə iştirakının azaldığını göstərir. Səbəblər müxtəlif ola bilər: hörmətin azalması, evlilikdə darıxmaq və ya şəxsi problemlər.

2. "Məşğulam, sonra danışarıq”

Əvvəllər fikirlərini bölüşən kişi indi danışıqdan qaçırsa, bu, onun şüurlu şəkildə ünsiyyətdən uzaqlaşmaq istədiyini göstərə bilər.

3. "Niyə sən Filankəs [başqa şəxsin adı] kimi ola bilmirsən?”

Başqaları ilə müqayisə etmək narazılığın açıq əlamətidir. Kişi həyat yoldaşının başqa biri kimi olmasını istəyirsə, demək, öz həyatından narazıdır.

4. "Şişirtmə, bu çox kiçik məsələdir”

Qadının hisslərini kiçiltmək onun məsuliyyət götürmək istəmədiyini göstərir. Sevgi itdikdə, partnyorun emosiyalarına qarşı hörmət və empatiya da zəifləyir.

5. "Mən tək qalmaq istəyirəm”

"Məkan” istəyi vacib söhbətlərdən qaçmaq və münasibətləri düzəltmək istəməməyin göstəricisi ola bilər. Bu, həmçinin emosional yüklənmədən qorunmaq və ya ayrılmaqdan qaçmaq cəhdi ola bilər.

6. "Sən onsuz da başa düşməyəcəksən”

Ünsiyyətin bağlanması kişinin artıq həyat yoldaşına etibar etmədiyini göstərir. Hisslərini paylaşmamaq emosional məsafəni ifadə edir.

7. "Axırıncı dəfə nə vaxt ... xatırlamıram”

Birlikdə keçirdikləri anları unutmaq onun birlikdə həyatla maraqlanmadığını göstərir. Bu sözlər gələcəyini ayrı görmək niyyətinə işarə edə bilər.

8. "Hər şey yaxşıdır, mən yaxşıyam”

Kişi davamlı olaraq emosiyalarını gizlədirsə və açıq danışmaqdan qaçırsa, bu münasibətlərin qalan hissəsini pozmaqdan qorxmasının göstəricisi ola bilər. Belə davranış çox vaxt gələcəyə dair qeyri-müəyyənliyi də əks etdirir.

9. "Bu sənin problemindir, mənim yox”

Evlilikdə tərəflərin problemləri ümumi olur. Kişi qadının çətinliklərinə qatılmırsa, bu onun uzaqlaşdığını göstərir.

10. "Biz artıq tamamilə fərqli insanlarıq”

Bu sözlər narazılığı, yaxınlığın itməsini və münasibətlərin davam etdirilməsinin mənasızlığını gizlədə bilər.

11. "Niyə mübahisə edək, mənası yoxdur”

Mübahisələrdən qaçmaq kişinin emosional olaraq tam uzaqlaşdığını göstərir.

Məqalədə qeyd olunur ki, bu ifadələr hər zaman sevginin tam itdiyini göstərmir, bəzən kişi sadəcə qadının onu dinləməsini və niyyətini anlamasını istəyir ki, münasibətləri birlikdə qorumaq mümkün olsun. Yeri gəlmişkən, bütün bunları qadınlara da şamil etmək olar.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Sentyabr 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see331

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see323

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see320

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see310

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see271

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see260

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see257

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see253

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see249

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see245

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see222

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see222

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see216

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see210

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see207

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see205

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see190

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see182

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see175

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri