Icma.az
close
up
RU
Kişilərdə hormonal pozğunluqlar və sonsuzluq

Kişilərdə hormonal pozğunluqlar və sonsuzluq

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

Kişilərdə olan hormonal pozğunluqlar – qadınlara nisbətən daha az hallarda sonsuzluğun səbəbi olurlar.

Ona görə də kişilərdə sonsuzluğun səbəbini araşdırarkən, qanın hormonlara müayinəsi çox nadir hallarda – ancaq nəzərəçarpan dərəcəli oliqozoospermiya və azoospermiya (eyakulyatda spermatozoidlərin sayının az olması və ya spermatozoidlərin heç olmaması) olduğu zaman təyin edilir.

Bu halda qanın FSH, LH, testosteron, prolaktin və qalxanvari vəzi hormonlarına müayinəsi təyin edilir.

Qanda testosteron hormonunun səviyyəsinin azalması (hipoqonadizm) zamanı spermatogenez prosesi də pozulur. Bu hal onunla izah edilir ki, testosteron yeni spermatozoidlərin formalaşmasında əsas iştirakçılardan biri hesab olunur. Hipoqonadizm - hipofiz vəzisi tərəfindən LH - lyüteyinləşdirici hormon istehsalının azalması ilə əlaqədar ola bilər. Lyüteyinləşdirici hormon (LH) xayalar tərəfindən testosteron hormonunun hazırlanmasına təsir edir. Buna görə də qanda LH-nun səviyyəsinin azalması zamanı testosteron hormonunun da azalması müşahidə ediləcəkdir. Belə hallarda aparılan müalicə - mütəmadi olaraq lyüteyinləşdirici hormon preparatlarının orqanizmə daxil edilməsindən ibarət olur. Bunun nəticəsində qanda testosteron hormonunun səviyyəsi də normallaşmış olur ki, bu da xayalarda spermatogenez prosesinin yaxşılaşmasına səbəb olur.

Qanda testosteron hormonunun səviyyəsinin azalmasının digər səbəbi xayalarda testosteron hormonu istehsal edən Leydinq hüceyrələrinin zədələnməsi ola bilər. Leydinq hüceyrələrinin zədələnməsinin səbəbləri – xayalıq orqanlarının travmatik zədələnmələri, cinsi sistem orqanlarının vaxtında müalicə edilməmiş yoluxucu-iltihabi xəstəlikləri, xayaların anadangəlmə patologiyaları və s. ola bilər.

Kişilərdə olan sonsuzluğun səbəblərindən biri də qanda prolaktin hormonu səviyyəsinin artması ola bilər. Uşaq əmizdirən qadınlarda prolaktin hormonu süd hazırlanması prosesini tənzimləyir. Kişilərdə cüzi miqdarda istehsal olunan bu hormon heç bir əhəmiyyətli vəzifə yerinə yetirmir. Ancaq qanda prolaktinin səviyyəsinin artması, kişi orqanizmində testosteron hormonunun səviyyəsinin azalması nəticəsində kişi sonsuzluğu inkişaf edə bilər. Kişi orqanizmində qanda prolaktinin səviyyəsinin artmasının səbəbi isə, hipofizin şiş xəstəliyi, həmçinin davamlı streslər ola bilər.

Qanda testosteronun səviyyəsinin azalması qalxanvari vəzi hormonlarının artması səbəbindən də mümkündür.

Kişilərdə hormonal pozğunluqların səbəbləri, hormonların anadangəlmə olaraq normadan artıq olması və ya çatışmazlığı ola bilər. Uşaq yaşlarında orqanizm tərəfindən kişi cinsi hormonların hazırlanmasının pozulması, vaxtından əvvəl cinsi yetkinliyə və ya cinsi yetkinliyin, ümumiyyətlə, baş verməməsinə də səbəb ola bilər. Bu halda, uşağın müayinə və müalicəsi nə qədər tez başlanarsa, nəticə də bir o qədər yaxşı olar.

Kişi orqanizmində olan hormonal pozğunluqlar qadın orqanizminə nisbətən müalicəyə daha çətinliklə tabe olurlar. Kişi sonsuzluğunun müalicəsinin gedişatında müxtəlif hormonal preparatların tətbiq edilməsi ilə onun hormonal fonunu normallaşdırmaq olmursa, müxtəlif süni mayalanma üsullarından - süni inseminasiya, donor spermasından istifadə edilməsi, EKM-dan istifadə olunur.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see445

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see386

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see272

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see255

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see246

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see240

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see232

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see225

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see207

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see198

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see198

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see191

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see183

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see182

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see182

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see177

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see174

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see165

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri